Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarayusifli
Qarayusifli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndi adı Qaraqoyunlu hökmdarı Qara Yusifin adı ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1863 ildə aparılmış siyahıya alınmasına əsasən Qarayusifli kəndi Yelizavetpol quberniyasının, Cavanşir qəzasının, 1873-cü il siyahıya alınmasına görə, Gəncə qəzasının kəndi kimi qeydə alınmışdır. Qarayusifli kəndi 1863-cü ildə 8 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 55 nəfərdən ibarət Qarayusiflidə 34 kişi, 21 qadın yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 12 tüstüdən ibarət Qarayusiflinin əhalisinin ümumi sayı 78 nəfər olmuşdur. Həmin ildə aparılmış siyahıya alınmaya istinadən Qarayusiflinin 43 kişi, 35 qadın sakini olmuşdur. XIX əsrin ortalarında Qarayusifli kəndinin yüzbaşısı Kərbəlayi Alməmməd Əhməd oğlu (1833-...) idi. Onun Gülməmməd (1825-...), Şahməmməd (1843-...) adlı qardaşları olmuşdur. Hal hazırda kəndin əhalisi təxminən 1500 nəfərdir.
Qarayusifli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağayusif Əliyev
Ağayusif Mübariz oğlu Əliyev (1 sentyabr 1992, Bağban, Ucar rayonu – 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Ağayusif Əliyev 1 sentyabr 1992-ci ildə Ucar rayonunun Bağban kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Ağayusif Əliyev Orduya könüllü yazılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli və Hadrutun azad edilməsində vuruşmuşdur. Ağayusif Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.