Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurumba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. == Tarixi == == Əhalisi == Əhalisi 937 nəfərdir.
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Qorumaq öhdəliyi
Qorumaq öhdəliyi (ing. The responsibility to protect (RtoP or R2P) — soyqırım, müharibə cinayətləri, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması ilə bağlı dörd əsas narahatlığı həll etmək üçün 2005-ci il Ümumdünya Sammitində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilmiş qlobal siyasi öhdəlik. Doktrina son iki onillikdə yekdil və əsaslı beynəlxalq norma kimi qəbul edilir. Qorumaq öhdəliyi prinsipi suverenliyin bütün əhalini kütləvi vəhşilik cinayətlərindən və insan hüquqlarının pozulmasından qorumaq məsuliyyətini daşıdığı əsas müddəaya əsaslanır. Prinsip beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də suverenlik, sülh və təhlükəsizlik, insan hüquqları və silahlı münaqişə ilə bağlı hüququn əsas prinsiplərinə hörmətə əsaslanır. R2P-nin üç sütunu var: Sütun I: Dövlətin müdafiə öhdəlikləri – "Hər bir dövlət öz əhalisini soyqırımdan, müharibə cinayətlərindən, etnik təmizləmədən və insanlığa qarşı cinayətlərdən qorumağa borcludur" Sütun II: Beynəlxalq yardım və potensialın gücləndirilməsi – Dövlətlər bir-birinə müdafiə öhdəliklərində köməklik göstərəcəklərini öhdələrinə götürürlər. Sütun III: Vaxtında və qətiyyətli kollektiv reaksiya - Əgər hər hansı bir dövlət öz müdafiə öhdəliklərində "açıq-aşkar uğursuzluğa düçar olarsa", o zaman dövlətlər əhalini qorumaq üçün kollektiv tədbirlər görməlidir. Dövlətlər arasında Qorumaq öhdəliyi ilə bağlı razılaşma olsa da, üçüncü sütunun praktikada tətbiqi ilə bağlı davamlı mübahisələr var. Qorumqa öhdəliyi vəhşi cinayətlərin qarşısını almaq və mülki şəxsləri onların baş verməsindən qorumaq üçün artıq mövcud olan tədbirlərin (məs, vasitəçilik, erkən xəbərdarlıq mexanizmləri, iqtisadi sanksiyalar və VII fəsil səlahiyyətləri) tətbiqi üçün çərçivə təmin edir. Qorumaq öhdəliyi çərçivəsində gücdən istifadə etmək səlahiyyəti yalnız Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına aiddir və son həll yolu hesab olunur.
Aral dənizinin quruması
Aral dənizinin quruması — Aral dənizində suyun səviyyəsinin ildən-ilə azalması ilə əlaqədar ekoloji, bioloji fəlakət; sosial problemlər yaratmış torpaq və iqlim fəlakəti. Dənizin qurumuş hissəsində Aralqum səhrası əmələ gəlib. == Qurumasının səbəbləri == Aral dənizi qurumasına qədər sahəsinin böyüklüyünə görə Xəzər dənizi, Yuxarı göl (Şimali Amerika), Viktoriya gölündən (Şərqi Afrika) sonra dünyada 4-cü göl idi. Aral dənizinin quruması XX əsrin 60-cı illərində başlamışdır. Həmin vaxtlarda Sırdərya və Amudərya çaylarının suyunun çox hissəsinin kanallarla Türkmənistan, Özbəkistan və Qazaxıstanın cənubunun ehtiyacı üçün götürülməsinə, suvarma üçün istifadə edilməsinə başlanıldı. Nəticədə dəniz öz sahilindən nəzərəçarpacaq dərəcədə geri çəkildi və quruduğu yerlər dəniz duzu və digər kimyəvi maddələrlə örtüldü. 1993-cü ildə Aral dənizinin xilası üzrə beynəlxalq fond yaradılıb. Bu fond vasitəsi ilə indiyə qədər 300-dən artıq layihə həyata keçirilib (Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan bu Fondun təsisçiləridirlər). == İstinadlar == == Xarici keçidlər == Aral dənizinin «səssiz ölüm»ü. Aral dənizi hövzəsi regionunda ekoloji fəlakətin aradan qaldırılmasına 3,5 milyard dollar ayrılıb.
Çayların quruması və donması
Coğrafi qurşaq
Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır. Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur. Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonası və Dəyişkən rütubətli meşələr (o cümlədən musson) == Yer səthinin enlik zonallığı bölgüsü == C. Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C. Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var.
Nival qurşaq
İsti qurşaq
İsti qurşaq — İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..