Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəqqas
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Riyazi rəqqas
Riyazi rəqqas — Riyazi rəqqas nazik ipdən asılmış bir cisimdən ibarətdir. Riyazi rəqqasın tezliyi ipin uzunluğundan və rəqqasın yerləşdiyi coğrafi enlik və uzunluq dairəsindəki qravitasiya sahəsindən asılıdır. Riyazi rəqqasın tezlik düsturu bir bölək iki pi vuraq kök altda qravitasiya bölək ipin uzunluğu ilə ölçülür.
Böyükağa Məmmədov (rəqqas)
Böyükağa Məmmədov (23 yanvar 1927 – 17 yanvar 2018) — Azərbaycan rəqqası, xalq artisti. == Həyatı == Mirməmməd Mircəfər oğlu Məmmədov (Böyükağa Məmmədov) 1927-ci il yanvarın 23-də Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra 5 nömrəli peşə məktəbində oxumaqla yanaşı, həm də məktəbin rəqs kollektivində fəaliyyət göstərib. Burada rəqsin sirlərini yaşıdlarına öyrədib. Müharibənin ağrı-acısını yaşayan kiçik Mirməmmədin atası, qardaşı və bacısı müharibəyə aparılır. Ehtiyat əmək qüvvələri məktəbinin ansamblına yazılması onun gələcək fəaliyyətində mühüm rol oynayır. Həyatın ritmlərini xalq rəqsində tapan rəqqasın zəngin yaradıcılıq yolu vardır. 1955-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirir, 1946-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olur. 1965-ci ildə respublikanın Xalq artisti adına layiq görülür. 1966-cı ildə Texniki və bədii yaradıcılıq evi, Y.Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri təyin edilir.
Metyu Bol (rəqqas)
Metyu Bol (ing: Matthew Ball, Dekabr, 1993-cü il, Liverpul, Böyük Britaniya) - İngilis rəqqas. Hal-hazırda Royal Baletdə baş rəqqasdır. Anası rəqs müəllimi, atası teatrşünaslıq müəllimi və yazar olan Bol, 1993-cü ilin dekabr ayında İngiltərədə, Liverpulda anadan olmuşdur. O, Royal Balet məktəbində təhsil alıb, 2013/2014-cü ildə Royal Balet truppasına qoşulmuş, 2015-ci ildə birinci dərəcəli artist, 2016-cı ildə solist, 2017-ci ildə birinci dərəcəli solist olmuş və 2018-ci ildən isə baş rəqqas olaraq Royal Baletdə fəaliyyətini davam etdirmişdir. Bol Londonun, Holborn səmtində yaşayır.
Yusif Qasımov (rəqqas)
Yusif Əli oğlu Qasımov (1948, Ağdam) — Azərbaycan Respublikasının xalq artisti (1991), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı və yaradıcılığı == Qasımov Yusif Əli oğlu 1948-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1955-ci ildə məktəbə daxil olmuşdur və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1959-cu ildən isə Bakı şəhərində yaşayır. 1961-ci ildə keçmiş pionerlər evində xalq artisti Böyükağa Məmmədovun rəqs dərnəyinə getmişdir. 1966–1967-ci illərdə Respublikada keçirilən rəqs müsabiqələrinin qalibi olmuşdur. 1967-ci ildə Moskva şəhərində keçirilən sosialist ölkələri arasında rəqs müsabiqələrinin birinci dərəcəli lauriyatı olmuşdur. 1968-ci ildə Polşanın Krakov şəhərində keçirilən beynəlxalq klassik və milli rəqs müsabiqəsinin baş mükafatına layiq görülmüşdür. Həmin il bir çox peşəkar ansambllardan dəvətlər almışdır (İ. Moiseyevin, Sibirin Qadenko ansamblına, Don kazaklarının ansamblına, Voronej ansamblına, Dağıstanın "Lezqinka" ansamblına). Bu təkliflərə baxmayaraq özümü doğma Vətəndə sınamaq istədi.
Disko rəqqas (film, 1982)
Mithun Çakraborti baş rolda oynadığı musiqili hind filmi, Subxaş Babbar tərəfindən 10-u dekabr 1982-ci ildə çəkilib. Hazırda film janrın klassikası sayılır və çox tanınıb, sevilən filmdir. == Məzmun == Cimmi əmisi ilə küçələrdə çıxış edərək bir parça çörək qazanan kasıb bir uşaqdır. Lakin varlı evdə baş vermiş bir olay onların həyatını dəyişir. Bundan sonra Cimmi və anası bu şəhəri tərk etməyə məcbur olurlar. İllər ötür. Cimmi öz gücü ilə şöhrət qazanır. O, öz sevgisinə də rast gəlir. Onun sevgilisi uzun illər bundan əvvəl anasını və Cimmini alçaldan varlı adamın qızıdır...
Rəqqasə
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Fuko rəqqası
Yerin öz oxu ətrafında fırlanmasını sübut etmək üçün cihazdır. 1851-ci ildə Paris Panteonunda L.Fuko bu təcrübəni göstərmişdir. Leninqradda İsaakiyevski soborun tavanından 98 m uzunluğunda belə bir rəqqas asılmışdır. Rəqqas hərəkətə gətirildikdən bir neçə dəqiqə sonra onun yelləndiyi müstəvi Yerin fırlandığı istiqamətin əks tərəfinə xeyli meyl edir ki, bu da Yerin fırlanmasını sübut edir.
Hanako (rəqqasə)
Hisa Ota (大田 ひさ, Ota Hisa, 7 may 1868, Ovari vilayəti[d], Tokaydo[d] – 2 aprel 1945, Gifu) və ya səhnə adı ilə Hanako (花子) – Yaponiya aktrisası və rəqqasəsi. Aşağı dərəcəli geyşa olan Hanako XX əsrin əvvəllərində Avropadakı performanslarına görə tanınır. == Həyatı və karyerası == Hisa Ota 1868-ci ildə Gifu şəhərində doğulmuşdur. Beş yaşından etibarən nihon-buyu rəqsini öyrənməyə, 10 yaşından etibarən isə səyahət edən teatr truppası ilə məşq etməyə başlamışdır. Geyşa karyerasına hazırlaşmaq üçün rəqs və musiqi öyrənmişdir. 1901-ci ildə o, bir vodevil ansamblı ilə Avropaya səyahət etmiş və 1902-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə çıxış etmişdir. Uzun və qısaboy bədən quruluşuna malik olan Ota Londonda yerləşən Savoy teatrında çıxış edərkən ABŞ rəqqasəsi Loi Fuller tərəfindən "kəşf edilmişdir". Fuller əvvəllər də Yakko və Kavakami kimi şinpa sənətçiləri üçün bahalı Avropa turları təşkil etmişdi. Fuller Otadan təsirlənmiş və onu ansamblın ulduzuna çevirmişdir. Bundan sonra Ota özünə Hanako səhnə adını qəbul etmişdir.
Yuriko (rəqqasə)
Yuriko Kikuçi (qızlıq soyadı Amemiya; 2 fevral 1920, San-Xose, Kaliforniya – 8 mart 2022, Manhetten, Nyu-York ştatı) və ya səhnə adı ilə Yuriko – yaponəsilli ABŞ rəqqasəsi və xoreoqrafı. Marta Qrehemin rəqs ansamblındakı fəaliyyətinə görə tanınır. == Həyatı və karyerası == === İlk illəri === Yuriko Amemiya 2 fevral 1920-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Xose şəhərində ABŞ-yə immiqrasiya etmiş yapon ailədə doğulmuşdur. Anası Çiyo (Furuya) Amamiya öz klinikasını açdırmış sertifikatlı mamaça idi. Atası Morişiqe Amemiya isə qadın papaqları üçün dəvəquşu lələyi idxal etməklə məşğul olurdu və həyat yoldaşının klinikasında menecer kimi işləyirdi. 1923-cü ildə ispan qripi səbəbilə Yurikonun atası, eləcə də, 1 və 5 yaşında olan iki bacısı ölmüşdür. Bu səbəbdən Yurikonun anası onu Yaponiyadakı qohumlarının yanına göndərmişdir. Yuriko 1926-cı ildə Kaliforniyaya qayıtmış və anasının yeni əri Şoci Kinoşita ilə yaşamağa başlamışdır. Anası tərəfindən yerli rəqs məktəbinə yazdırılan Yuriko burada step-dans və baletlə tanış olmuşdur. 1929-cu ildə ailə Yaponiyaya səyahət etmiş və Kinoşitanın təklifi ilə Yuriko rəqs müəllimi Konami İşiinin dərslərinə yazılmışdır.
14 yaşlı kiçik rəqqasə
14 yaşlı kiçik rəqqasə (fr. La Petite Danseuse de Quatorze Ans) — Fransız rəssamı və heykəltəraşı Edqar Deqanın hazırladığı məşhur heykəl.
Mavi rəqqasələr
Mavi rəqqasələr (fr. Danseuses bleues, ing. Blue dancers) — fransız rəssamı, impressionizmin banilərindən biri sayılan Edqar Deqa tərəfindən 1897-ci ildə çəkilmiş rəsm əsəridir. Əsərin ilk sahibi fransız kolleksiyaçı Düran-Rüel, ikinci sahibi isə rusiyalı kolleksiyaçı Sergey Şukin olmuşdur. Əsər 1918-ci ildən 1948-ci ilə kimi Yeni qərb incəsənəti dövlət muzeyində saxlanılıb. 1948-ci ildən A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində sərgilənir. Əsər pastel vasitəsilə 65×65 sm ölçüdə olan kağız üzərində işlənilib. == Yaranma tarixi == Əsər Edqar Deqanın yaradıcılığının son mərhələsinə aiddir, bu zaman rəssamın görmə qabiliyyəti zəifləmiş və o, böyük rəngli ləkələrlə işləməyə başlamış, şəklin səthinin dekorativ təşkilinə daha çox əhəmiyyət vermişdir. Rəqqasələr mövzusu rəssama çox yaxın idi və onun tərəfindən pastel, yağlı boya və şəkil janrında dəfələrlə təkrar olunmuşdur. Bəzi tənqidçilərin fikrincə boya ahəngdarlığının gözəlliyinə və kompozisiya həllinə görə, "Mavi rəqqasələr" əsəri həmin mövzuda Deqanın nail olduğu təcəssümün ən yaxşı nümunəsidir.
Şamaxı rəqqasələri
Şamaxı rəqqasələri (fr. La Danseuse de Shamakha; ing. Shamakhi dancers) — XIX əsrdə Şamaxıda və ətraf ərazilərdə fəaliyyət göstərmiş saray mənşəli rəqqasə qrupları. Kiçik Asiyada məşhur idilər. == Tarixi == Şamaxı rəqqasları və rəqsləri ilə bağlı mövcud sənədlər çox məhduddur. Rus rəssamı Qriqori Qaqarin 1840–1855-ci illərdə Cənubi Qafqazda hərbi xidmətdə olarkən Şamaxı rəqqasələrinin bir necə təsvirini yaratmışdır. Onların arasında Sankt-Peterburqda Rus Dövlət Muzeyində saxlanılan "Şamaxı rəqqasələri" tablosu daha məşhurdur. Tablonun mərkəzində Sona adlı rəqqasənin oynaması təsvir edilir. Ətrafda gənc rəqqas Hikmət, Sonaya əl çalan rəqqasələr Rəna və Nisə, daha sonra Səkinə, İzzət və Məleykə oturublar. Musiqiçilərin arasında çırtma ilə rəqsin ritmini nəzərə çatdıran Qəndixanımdır.
Rəqqan
Rəqqan və ya Zaviyyət-Rəqqan (ərəb. رقان‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin inzibati mərkəzidir. == Tarixi == Fransa müstəmləkəçiliyi dövründə şəhərin cənub ətraflarında dörd nüvə silahı sınağı (1960-cı ildə üç, 1961-ci ildə bir) həyata keçirilmişdir. İlk dəfə 13 fevral 1960-cı ildə fransızlar tərəfindən 70 kiloton trotil tutumu olan "Mavi ərəbdovşanı" kod adlı nüvə partlayışı həyata keçirmişdir. == İqlimi == Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 7 mm). Orta illik temperatur 26,7 °C-dir. == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 21,723 nəfər idi. Əhalinin 51,24%-i kişilərdən, müvafiq olaraq 48,76%-i qadınlardan ibarət idi.
Səd ibn Əbu Vəqqas
Səd ibn Əbu Vəqqas (ərəb. سعد بن أبي وقاص‎; 595, Məkkə – təq. 674 və ya 675, Mədinə) — Məhəmməd peyğəmbərin səhabəsi, ilk iman gətirənlərdən biri. == Həyatı == İlk mühacirlədən olmuş və Bədr müharibəsində iştirak etmişdir. Ömər ibni Xəttabın xilafət üçün təyin etdiyi altı namizəddən biridir. Əhli-sünnətin nəzərinə görə, Behişt müjdəsi verilən on nəfərdən biridir. Ömər ibni Xəttabın Qadisiyyə müharibəsinin qəhrəmanlarından olmuşdur. Deyilənə görə, bəzi səhabələr onun əsl-nəsəbində şəkk etmiş, yadına salaraq ona əziyyət edirlərmiş. Rəvayətə görə Peyğəmbər onun nəsəbini sabit etmişdir və o, Bəni Zöhrə qəbiləsindəndir. İbni Qüteybə “Əl-imamətu vəs-siyasət” kitabında qeyd etmişdir ki, Bəni Zöhrə Peyğəmbər (s) dünyadan getdikdən sonra Səd ibni Əbi Vəqqas və Əbdürrəhman ibni Ovfun ətrafına yığıldılar.
Nəqqaş Mustafa Paşa
Nəqqaş Mustafa Paşa (v. 1653, Krit, Osmanlı imperiyası) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra, sarayda bostançıbaşı olaraq xidmət etdi. Bu vəzifədə ikən 4 avqust 1640-cı ildə Misir bəylərbəyi olaraq təyin edildi. Ancaq 2 il sonra - 3 oktyabr 1642-ci ildə vəzifədən alındı və bütün mal-mülkü müsadirə edildi. Daha sonra bağışlanaraq divan vəziri oldu. Bu vəzifədə ikən 1643-cü ildə Sultan Əhmədin qızlarından Xanzadə Sultanla nigahlandı. Ardından 1645–1647-ci illərdə Budin bəylərbəyi olaraq xidmət etdi. 1649-cu ildə Gürcü Nəbi adlı üsyançının aradan qaldırılması ilə vəzifələndirildi.
Usta Zeynal Nəqqaş
Usta Zeynal Nəqqaş (Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə; 1839, Ordubad – 1904, Ordubad, Naxçıvan qəzası) — xəttat nəqqaş və şair. == Həyatı == Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərir. Ordubadda sonra isə Təbrizdə mədrəsə almış, nəqqaşlıq sənəti ilə yanaşı, ərəb-fars dillərini və klassik Şərq şerini mükəmməl öyrənmişdir. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olmuşdur. Ədəbi irsindən çox az nümunələr dövrümüzədək gəlib çatmışdır. Əlyazma divani itdiyindən yaradıcılığı haqqında ətraflı danışmaq mümkün deyil. Lakin əldə olan nümunələr göstərir ki, Usta Zeynal Nəqqaş həm klassik, həm də tənqidi-realist üslubda şeirlər yazmışdır. == Fəaliyyəti == === Şeirləri === Şeirləri bədii sənətkarlıq xüsusiyyətləri, orijinal obrazları, cinas qafiyələri ilə diqqət cəlb edir. "Nə bilim" adlı satirik şeirindən misralar: === İctimai məzmunlu şeirləri === İctimai məzmunlu şeirlərində dövrün sosial ziddiyyətləri, yoxsul camaatı iqtisadi və mənəvi əsarətdə saxlayan hakim təbəqələr tənqid olunur. Azərbaycanın digər şəhərlərində fəaliyyət göstərən ədəbi məclislərin üzvləri ilə əlaqəsi saxlamış, onlarla şerlənmiş, məktublaşmışdır.
Raqqa
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Rəqqə

Əli Əşrəf Nəqqaş Avşar
Əli Əşrəf Nəqqaş Avşar (d. 1708-?) Qacar dövrünün rəssam və xəttatlarından və qələmdan üstündə rəssamlıqın görkəmli ustalarından idi.O, Məhəmməd Zamanın şagirdlərindən idi.O, Urmiyanın Avşar elindən idi və Allahverdi Naqqaşın böyük qardaşı idi == Əsərləri == Onun əsərlərindən bir çoxu muzeylər və incəsənət kolleksiyalarda mövcuddur ki, o cümlədən Şeyx Sənan və Xristian Qız qələmdanı, Gül və Quş qələmdanı və Gül və Quş güzgü çərçivəsinə işarə etmək olar. == Şagirdlərı == Ağa Sadıq Ağa Zaman Sani Ağa Bağır == İstinadlar == == Qaynaqlar == اسدی زاده، پرویز، و دیگران. دائ‍ره‌الم‍عارف یا فرهن‍گ دانش و هن‍ر شامل‌: اطلاعات عم‍ومی.
Rəqs
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Raqqa mühafəzəsi
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Raqqa əyaləti
Rakka əyaləti və ya Rakka bəylərbəyli — 1594-cü ildə III Murad dövründə qurulan Osmanlı imperiyası ərazisidir. Suriyanın 1516-cı ildə Yavuz Sultan Səlimin fəthindən sonra yaradılan vilayət Suriyanın şimal bölgələrini əhatə edən Hələb əyalətinə tabe idi. Rakka əyaləti 1594-cü ildə yaradılaraq mərkəzi Urfa olmaqla Hələb vilayətindən ayrılmışdı. Urfa, Ruha və ya Əl-Cəzirə adlandırıldı. Əyalət Türkiyənin Urfa, Suriyanın Rakka, Haseke və İraqın Ramadi bölgələrini əhatə edirdi. 9 bəylərbəylikdən ibarət olan əyalət, 1864-cü ildə yeni vilayət sisteminə keçildikdən sonra eyni torpaq əraziləri ilə Hələb vilayətinə qaytarılmışdır.
Rəqqə mühafəzəsi
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Rəqqə əyaləti
Rakka əyaləti və ya Rakka bəylərbəyli — 1594-cü ildə III Murad dövründə qurulan Osmanlı imperiyası ərazisidir. Suriyanın 1516-cı ildə Yavuz Sultan Səlimin fəthindən sonra yaradılan vilayət Suriyanın şimal bölgələrini əhatə edən Hələb əyalətinə tabe idi. Rakka əyaləti 1594-cü ildə yaradılaraq mərkəzi Urfa olmaqla Hələb vilayətindən ayrılmışdı. Urfa, Ruha və ya Əl-Cəzirə adlandırıldı. Əyalət Türkiyənin Urfa, Suriyanın Rakka, Haseke və İraqın Ramadi bölgələrini əhatə edirdi. 9 bəylərbəylikdən ibarət olan əyalət, 1864-cü ildə yeni vilayət sisteminə keçildikdən sonra eyni torpaq əraziləri ilə Hələb vilayətinə qaytarılmışdır.
Əlqas Mirzə
Əlqas Mirzə (15 mart 1516, Qarabağ – 9 aprel 1550, Qəhqəhə qalası, Ərdəbil ostanı) — Səfəvi şahzadəsi, Şirvan vilayətinin bəylərbəyi, Şah təhmasibə qarşı üsyanın başçısı. Əlqas Mirzə Şah İsmayılın sağ qalmış dörd oğlundan biridir. Səfəvi imperiyasının qurucusu I İsmayılın oğlu olan Əlqas Mirzə ilk öncə Astrabad bəylərbəyi olmuş, Şirvan tamamilə Səfəvi imperiyasına tabe etdirildikdən sonra isə oranın bəylərbəyi təyin edilmişdir. Daha sonra böyük qardaşı I Təhmasibə qarşı üsyan qaldırmış, üsyanı yatırıldıqdan sonra da Osmanlı imperiyasına sığınmışdır. == Həyatı == === Həyatının erkən dönəmi === 1516-cı ildə Şah İsmayılın oğlu olaraq dünyaya gəlmişdir. Güman edilir ki, o, Sam Mirzə ilə doğma, Təhmasib və Bəhram Mirzələr ilə atabir qardaş olmuşdur. === Astarabad bəylərbəyiliyi dövrü === Əlqas Mirzə hərbi karyerasına erkən başlamış, artıq 12 yaşında özbəklərlə olmuş Cəm döyüşündə yaxşı mənada fərqlənmişdir. O, 1532-ci ildə Astarabad bəylərbəyi təyin edilmiş, qızılbaş sərkərdələrindən biri olan Bədr xan Ustaclı onun lələsi təyin edilmişdir. Bundan sonrakı iki il ərzində o, qardaşı Təhmasibi hərbi yürüşlərdə müşayiət etmiş, vətəndaş müharibəsinə qarışmış, 1534-cü ildə qardaşı tərəfindən Azərbaycana və İraqa hücum edən Osmanlı ordusuna qarşı qızılbaş ordusuna rəhbər təyin edilmişdir. 1537-ci ildə Təhmasib həm qızılbaşların müqaviməti, həm də qardaşı Sam Mirzənin üsyanı ilə mübarizə aparmaqda idi.
Ər-Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Maqqaş
Maqqaş — ərəb mənşəli alınma söz olub, Azərbaycan dilində 2 mənada işlənir: 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək. 2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Azərbaycanın milli şirniyyat növü olan Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunur. Şəkərburalara maqqaşla naxış vurmaq.
Kənqaş
XIV–XV əsrlərdə Azərbaycan özünün inkişaf etmiş feodalizm mərhələsində onun cənub və şimal ərazilərində Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar kimi dövlətlər mövcud idilər. Qədim dövrlərdə olduğu kimi, orta əsrlərin bu bir əsrlik mərhələsində də Azərbaycan Yaxın və Orta Şərq xalqları tarixində böyük rol oynamışdır. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri hərbi-inzibati əyalətlərə bölünürdü. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu padşahları tərəfindən idarə olunurdu, əyalətlər isə həmin padşahların təyin etdikləri hakim sinfin üzvləri, yaxud məşhur tayfa başçılarının (canişinlərin) nəzarəti və idarəsi altında idi. Qeyd olunmalıdır ki, canişinlər əsasən hərbi işləri idarə edir, mülki inzibati orqanların işlərinə isə oturaq feodal əyanlar rəhbərlik edirdilər. Əyalət canişinlərinin də padşah kimi öz sarayı, inzibati aparatı, büdcəsi və silahlı dəstələri vardı. Dövlətin müharibə, sülh, taxta varislik və s. kimi mühüm siyasi məsələlərin həll edilməsində Kənqaş adlanan qapalı müşavirə xüsusi əhəmiyyət daşıyırdı. Bu müşavirənin üzvləri əsasən sülalə üzvləri və əmirlərdən ibarət olurdu.
Ağqaş
Ağqaş — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş dağ çıxıntısı, dağın qaşı sözlərindən ibarətdir. == Həmçinin bax == Zəngilan Dərəkənd-Parçenis mahalı == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, “Elm”, Bakı, 1994.
Peqas
Peqas (bürc)
Reqqi
Reqqi — Yamaykaya məxsus musiqi janrıdır. 1960-cı illərin sonlarında Yamaykada ska və rocksteady janrları əsasında təşəkkül tapmışdır. Lakin reqqi onlara nisbətən yavaşdır. Yamayka üslublu rok musiqisi də deyilir. Mənşəyi calypso, rock'n roll, hətta R&B-yə söykənir. Xüsusi bir növü olan "roots reqqi" rastafari hərəkatı ilə çox yaxındır. Sevgi, sülh, bərabərsizlik, yoxsulluq kimi mövzularda olur. 1970-ci illərdən sonra məşhurlaşmışdır. Əfsanəvi ifaçı Bob Marli reqqinin dünyada məşhurlaşmasına səbəb olmuşdur. Reqqi musiqi janrında basslar böyük əhəmiyyət daşıyır.
Əlqas mirzə Səfəvi
Əlqas Mirzə (15 mart 1516, Qarabağ – 9 aprel 1550, Qəhqəhə qalası, Ərdəbil ostanı) — Səfəvi şahzadəsi, Şirvan vilayətinin bəylərbəyi, Şah təhmasibə qarşı üsyanın başçısı. Əlqas Mirzə Şah İsmayılın sağ qalmış dörd oğlundan biridir. Səfəvi imperiyasının qurucusu I İsmayılın oğlu olan Əlqas Mirzə ilk öncə Astrabad bəylərbəyi olmuş, Şirvan tamamilə Səfəvi imperiyasına tabe etdirildikdən sonra isə oranın bəylərbəyi təyin edilmişdir. Daha sonra böyük qardaşı I Təhmasibə qarşı üsyan qaldırmış, üsyanı yatırıldıqdan sonra da Osmanlı imperiyasına sığınmışdır. == Həyatı == === Həyatının erkən dönəmi === 1516-cı ildə Şah İsmayılın oğlu olaraq dünyaya gəlmişdir. Güman edilir ki, o, Sam Mirzə ilə doğma, Təhmasib və Bəhram Mirzələr ilə atabir qardaş olmuşdur. === Astarabad bəylərbəyiliyi dövrü === Əlqas Mirzə hərbi karyerasına erkən başlamış, artıq 12 yaşında özbəklərlə olmuş Cəm döyüşündə yaxşı mənada fərqlənmişdir. O, 1532-ci ildə Astarabad bəylərbəyi təyin edilmiş, qızılbaş sərkərdələrindən biri olan Bədr xan Ustaclı onun lələsi təyin edilmişdir. Bundan sonrakı iki il ərzində o, qardaşı Təhmasibi hərbi yürüşlərdə müşayiət etmiş, vətəndaş müharibəsinə qarışmış, 1534-cü ildə qardaşı tərəfindən Azərbaycana və İraqa hücum edən Osmanlı ordusuna qarşı qızılbaş ordusuna rəhbər təyin edilmişdir. 1537-ci ildə Təhmasib həm qızılbaşların müqaviməti, həm də qardaşı Sam Mirzənin üsyanı ilə mübarizə aparmaqda idi.
Bioloji reqres
Bioloji reqres — taksonun fərdlərinin miqdarca azalması və arealının kiçilməsi, nəhayət sıradan çıxması. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Enygrus regius
Python regius (lat. Python regius) — əsl pitonlar cinsinə aid ilan növü.
Eucalyptus regnans
Eucalyptus regnans (lat. Eucalyptus regnans) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Feysəl Rerras
Feysəl Rerras (fr. Fayçal Rherras, ərəb. فيصل غراس‎ – Feyṣəl Ğərras 7 aprel 1993, Lyej, Valloniya[d]) — Belçikada doğulmuş Mərakeşli peşəkar futbolçu.
Reyqan doktrinası
Reyqan doktrinası (ing. Reagan Doctrine) — Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqanın Soyuq müharibənin son illərində Sovet İttifaqı və kommunistlərin dünya üzərindəki təsirini yox etməyi qarşısına məqsəd qoyan xarici siyasət strategiyasıdır. Bu doktrina 10 ildən az bir müddət istifadə olunsa da 1980-ci illərdən SSRİ-nin dağıldığı 1991-ci ilə qədər ABŞ xarici siyasətinin mərkəzində olmuşdur. Reyqan doktrinası çərçivəsində ABŞ SSRİ-nin dəstəklədiyi Afrika, Asiya və Latın Amerikasındakı sosialist ölkələrdəki anti-kommunizm meyilli hərəkatlara açıq və ya gizli dəstək vermişdir. Doktrinanın əsas məqsədi Sovet İttifaqının təsirinin güclü olduğu ölkələrdə bu təsiri azaltmaqdan ibarət olmuşdur. Bu çərçivədə Əfqanıstanda mücahidlər, Anqolada Jonaş Savimbinin rəhbərlik etdiyi UNİTA və Nikaraquada Kontras kimi hərəkatlar ABŞ hökuməti tərəfindən dəstəklənmişdir. Doktrina Corc Buşun hakimiyyəti dövründə də davam etmiş, lakin Soyuq müharibənin sonlarına doğru təsiri azalmışdır. Doktrinanın sona çatmasına SSRİ-nin dağılması və prezident Buşun iqtisadi məsələlərlə bağlı olaraq hərbi xərcləri azaltması qərarı səbəb olmuşdur. == Həmçinin bax == SSRİ-nin dağılması Ronald Reyqan İran-Kontras qalmaqalı Monro doktrinası == İstinadlar == == Xarici keçidlər == The Reagan Doctrine: Sources of American Conduct in the Cold War's Last Chapter, by Mark P. Lagon, Praeger Publishers, 1994. "A U.S. Strategy to Foster Human Rights in Ethiopia" Arxivləşdirilib 2006-08-23 at the Wayback Machine, by Michael Johns, Heritage Foundation Backgrounder # 692, February 23, 1989.