Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruhnamə
Ruhnama və ya Ruhnamə (Ruhun kitabı) – 1990–2006-cı illərdə Türkmənistan Prezidenti Saparmurat Niyazovun qələmə aldığı iki cildlik bir əsər. Türkmən millətinin təməlini vurğulayan dövlət-təbliğat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulmuşdu. Ruhnamə türkmən mədəniyyətinə pilləli, daha sonra isə son dərəcə geniş şəkildə daxil edildi. Niyazov ilk olaraq nüsxələri ölkənin məktəb və kitabxanalarında yerləşdirdi, daha sonra içindəkilərdən imtahan edəcək qədər iləri getdi və nəticədə kitab sürücülük imtahanının bir ünsürünə çevrildi. Məktəblərdə, universitetlərdə və dövlət təşkilatlarında Ruhnamə oxumaq məcburi idi. Yeni dövlət işçiləri iş görüşmələrində kitab üzərindən imtahan olunurdu. 2006-cı ilin dekabrında Niyazovun ölümündən sonra da kitab populyarlığını yüksək olaraq saxladı. Lakin sonrakı illərdə prezident Qurbanqulu Berdiməhəmmədovun onu dövlət məktəblərinin tədris proqramından çıxarması və abituriyentlərin biliklərinin kitab üzərindən sınanması təcrübəsi dayandırdırması nəticəsində kitabın əvvəlki yayğınlığı azaldı. == Fon == Dastanlar əsrlər boyu Orta Asiyanın sosial həyatında bir çox mühüm rol oynamışdır. Regionun müasir dövrdən öncəki rəhbərləri mətni mənimsəyir və hökmranlığı üçün özləri ilə epik qəhrəmanlar arasında bir bağ yaradırdılar.
Oğuznamə
Oğuznamə — oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələr. == Oğuzlar haqqında qiymətli mənbələr == Oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələrə elmi ədəbiyyatda "Oğuznamə" deyilir. Oğuznamə geniş anlayış olub, özündə oğuzların kosmoetnoqonik və təqvim miflərini, dastanlarını, rəvayətlərini, atalar sözlərini, şəcərə dəbini, məsəllərini, şeir parçalarını birləşdirir. Bir sözlə, oğuzlar haqqında hər hansı bədii, tarixi, təsviri məlumat oğuznamə adlandırılmışdı. Oğuznamələr həm köçəri, həm də yarımoturaq əhali arasında passionar ruhu qaldırmaqda böyük rol oynayıb. Kökü mifik oğuz şəcərəsi ilə bağlı olan nümunələr ilk vaxtlarda oğuzların yazılmamış qanunları olubdur. Bunu tarixi-xronoloji oğuznamə yazanlar da (Rəşidəddin, Əbül Qazi və b.) dönə-dönə qeyd etmişlər. Bu mənada Oğuznamələr uzun müddət xalqın qəhrəmanlıq tarixi kimi canlı şəkildə yaşayıb, oğuz birliyinin dağılması, köçəriliyin oturaqlıqla əvəzlənməsi ilə unudulmuşdur. Bu gün Oğuz motivlərinin ayrı-ayrı folklor janrlarında, ədəbi əsərlərdə canlanması tarixi yaddaşa qayıdışın başlanğıcıdır. Bizə qədər Oğuz kağanı və onun övladlarından bəhs edən iki yazılı dastan ("Oğuz kağan" və "Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-Oğuzan"), atalar sözləri ("Hazihir-risaləti min kəlimatı oğuznamə əl məşhur biatalar sözü" və "Əmsali-Məhəmmədiyyə"), Oğuz şeirləri, Oğuznamənin Uzunkörpü variantı, Dana Ata və Əndəlibin əsərləri, həmçinin iyirmidən çox Oğuz salnaməsi gəlib çatmışdır.
Ruhnama
Ruhnama və ya Ruhnamə (Ruhun kitabı) – 1990–2006-cı illərdə Türkmənistan Prezidenti Saparmurat Niyazovun qələmə aldığı iki cildlik bir əsər. Türkmən millətinin təməlini vurğulayan dövlət-təbliğat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulmuşdu. Ruhnamə türkmən mədəniyyətinə pilləli, daha sonra isə son dərəcə geniş şəkildə daxil edildi. Niyazov ilk olaraq nüsxələri ölkənin məktəb və kitabxanalarında yerləşdirdi, daha sonra içindəkilərdən imtahan edəcək qədər iləri getdi və nəticədə kitab sürücülük imtahanının bir ünsürünə çevrildi. Məktəblərdə, universitetlərdə və dövlət təşkilatlarında Ruhnamə oxumaq məcburi idi. Yeni dövlət işçiləri iş görüşmələrində kitab üzərindən imtahan olunurdu. 2006-cı ilin dekabrında Niyazovun ölümündən sonra da kitab populyarlığını yüksək olaraq saxladı. Lakin sonrakı illərdə prezident Qurbanqulu Berdiməhəmmədovun onu dövlət məktəblərinin tədris proqramından çıxarması və abituriyentlərin biliklərinin kitab üzərindən sınanması təcrübəsi dayandırdırması nəticəsində kitabın əvvəlki yayğınlığı azaldı. == Fon == Dastanlar əsrlər boyu Orta Asiyanın sosial həyatında bir çox mühüm rol oynamışdır. Regionun müasir dövrdən öncəki rəhbərləri mətni mənimsəyir və hökmranlığı üçün özləri ilə epik qəhrəmanlar arasında bir bağ yaradırdılar.
Ərznamə
Ərznamə və ya Ərz–i Ləşkər — atası Uzun Həsənin adından əyaləti idarə edən Sultan Xəlil bəyin 1476–cı ildə Farsda, Bənd–i Mirdə həyata keçirdiyi hərbi baxış haqqında təsvirdir. Cəlaləddin Dəvani tərəfindən farsca qələmə alınmışdır. Əsər Fars əyalətində mülki və hərbi rəsmilərin siyahısı ilə yanaşı, həm də mühüm statistik məlumatları ehtiva edir.
Oğuznamə-1
Oğuznamə-2
Oğuznamə-3
Oğuznamə-4
Oğuznamə-5
Oğuznamə-6
Oğuznamə-7
Oğuznamə-8
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. == Mənbə == Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.