Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Virxov Rudolf
Rudolf Lüdviq Karl Virxov (Tam adı: alm. Rudolf Ludwig Karl Virchow‎; 13 oktyabr 1821[…] – 5 sentyabr 1902[…], Berlin, Almaniya imperiyası) — alman siyasi xadim, həkim, patoloqanatom, histoloq, fizioloq. XIX əsrin ikinci yarısında hüceyrə nəzəriyyəsi və "Hüceyrə patologiyası nəzəriyyəsinin" əsasını qoymuşdur.
Rudolf Virxov
Rudolf Lüdviq Karl Virxov (Tam adı: alm. Rudolf Ludwig Karl Virchow‎; 13 oktyabr 1821[…] – 5 sentyabr 1902[…], Berlin, Almaniya imperiyası) — alman siyasi xadim, həkim, patoloqanatom, histoloq, fizioloq. XIX əsrin ikinci yarısında hüceyrə nəzəriyyəsi və "Hüceyrə patologiyası nəzəriyyəsinin" əsasını qoymuşdur.
Pyotr Şirşov
Pyotr Şirşov (25 dekabr 1905, Dnepr və ya Rusiya imperiyası – 17 fevral 1953, Moskva, rus. Пётр Петрович Ширшов) — Sovet dövlət xadimi, hidrobioloq və qütb tədqiqatçısı, professor, coğrafiya elmləri doktoru (1938), SSRİ Elmlər Akademiyasının akademiki (1939). Sovet İttifaqı Qəhrəmanı (1938). Xalq Komissarı, sonra SSRİ Hərbi Dəniz Qüvvələri naziri (1942–1948). İndi onun adını daşıyan SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun ilk direktoru. == Həyatı == Pyotr Petroviç Şirşov 1905-ci il dekabrın 25-də Yekaterinoslav (Dnepropetrovsk) şəhərində anadan olub. Atası Pyotr Petroviç Şirşov dəmir yolu mətbəəsində çapçı işləyirdi. Ana — İrina Yakovlevna Useviç — ev təsərrüfatını idarə edirdi, bəzən tikişlə pul qazanırdı. 1908-ci ildə kiçik qardaşı Dmitri anadan oldu. İbtidai təhsilini Dnepropetrovsk məktəbində almışdır.
Şirşov gölü
Melkoe gölü — Frans-İosif Torpağı arxipelaqının daxil olan, Harli adasında yerləşən göl. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın şimalında Astronomik burnunun yaxınlığında yerləşir. Gölə buzlaqdan axar tökülür. Ondan isə bir axar dənizlə birləşir. Göl yaxınlığında rəsədxana vardır. Professor Pyotr Şirşovun şərəfinə adlandırılmışdır.
Şirşov silsiləsi
Şirşov silsiləsi — sualtı silsilə Berinq dənizində, 170—171° ş. u boyunca yerləşir. Şirşova silsiləsi Olyotor yarımadasından başlayaraq 670 km cənuba istiqamətlənir. Şimalda eni 200 km, cənubds isə 25 km təşkil edir. Cənuba doğru Bauers silsiləsinə keçir. Silsilə Təbaşir dövrü vulkan məşəlli suxurlardan təşkil olunmuşdur. Silsilə öz adını məşhur sovet alimi Pyotr Pyotroviç Şirşovun şərəfinə adlandırılmışdır.
Şirov (Tarım)
Şirov (az-əbcəd. شیرُو‎, fars. شیراب‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (9 ailə).
Şıxov adası
Şıxov adası - Xəzər dənizində Bakı arxipelaqı daxil olan Azərbaycana məxsus ada. Şıx burnu sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan ada. Uzunluğu 65 metr, eni isə ən enli hissədə 30 metrdir.
Şıxov çimərliyi
Şıxov çimərliyi — Bakı şəhərinın cənub-qərbində Şıxov burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Xüsusi ilə Bakı sakinləri arasında məşhurdur. Əsasən dəniz qumu və balıqqulağından təşkil olunmuşdur. Su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş olmasına baxmayaraq, insanları özünə cəlb edir. Sahilə yaxın ərazilərdə neft qurğularını görmək mümkündür. Mavi bayraq standartlarından olduqca uzaqdır.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sirroz
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Sirop
Sirop (ərəb. شراب‎ şərab; lat. sirupus) — suda əsasən şəkər məhlulundan ibarət olan, çox miqdarda həll edilmiş şəkər olan, lakin kristalların az miqdarda meylini göstərən qalın, viskoz (yapışqan) bir maye. Onun tutarlılığı (ardıcıllığı, quruluşu) bəkməzə bənzəyir. Yapışqanlıq, bir çox hidroksil (OH) qrupa sahib olan həll edilmiş şəkər ilə su arasındakı çoxlu hidrogen əlaqələrinə görə meydana gəlir. Siroplar suda şəkəri həll edərək və ya saman suyu, sorqum suyu və ya ağcaqayın sapı kimi təzə suları azaltmaqla hazırlana bilər. Qarğıdalı siropu isə qarğıdalı nişastasından şəkərlərə çevrilən bir fermentativ prosesdən istifadə edilərək əldə edilir.
Siyov
Siyov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1018 nəfərdir. == Toponimikası == Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır. == Bitki örtüyü == Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır.
Aleksey Smirnov
Aleksey Makaroviç Smirnov (rus. Алексей Макарович Смирнов; 28 fevral 1920, Danilov, Yaroslavl quberniyası[d] – 7 may 1979, Leninqrad) — Sovet teatr və kino aktyoru, RSFSR-in əməkdar artisti (1976). == Həyatı == Aleksey Makaroviç Smirnov 28 fevral 1920-ci ildə anadan olmuşdur. 1940-cı ildə teatr studiyasını bitirmişdir. Böyük Vətən müharibəsi dövründə döyüşən orduda və kəşfiyyatda xidmət etmişdir. İki Şərəf ordeninə layiq görülmüşdür. Döyüşünü Berlində tamamlamaq Smirnova nəsib olmur. O zaman Aleksey kontuziya keçirmişdi. Evə qayıdandan sonra onun yeganə ən doğma insanı anası Anna Smirnova olur. 1946-cı ilə qədər estrada aktyoru, 1946-1952-ci illərdə Leninqrad dövlət musiqili komediya teatrının aktyoru, 1952-1961-ci illərdə "Lenqoestrada"nın aktyoru, 1961-ci ildən isə "Lenfilm" kinostudiyasının aktyoru olmuşdur.
Boris Smirnov
Boris İvanoviç Smirnov (rus. Бори́с Ива́нович Орло́вский; əsl soyadı: Smirnov; d. 1793 (1796), Stolbeskoye kəndi, Pokrovskoye rayonu, Oryol vilayəti – ö. 16 (28) dekabr 1837, Sankt-Peterburq) — rus heykəltəraşı, == Həyatı == Təhkimli kəndli oğlu olan Orlovski 1822-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul edilmiş, 1823-28-ci illərdə Romada B.Torvaldsenin rəhbərliyi altında işləmişdir. == Yaradıcılığı == Ən yaxşı əsərlərində (xüsusilə milli qəhrəmanlıq mövzusundakı monumental heykəllərində) obrazların tarixi konkretiyi ilə klassisizmə xas formalar ahəngdarlıq təşkil edir. === Əsərləri === M.İ.Kutuzovun abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı M.B.Barklay-de-Tollinin abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 373-374.
Bəxtiyar Siracov
Bəxtiyar Tahir oğlu Siracov — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Bəxtiyar Siracov 1957-ci il oktyabrın 21-də Bakıda ziyalı ailəsində doğulub. 1974-cü ildə Bakı şəhərindəki 82 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tətbiqi riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Daha sonra həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna (indiki İdarəetmə Sistemləri İnstitutuna) təyinat alır və oradan da Moskvaya, Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunur. Bəxtiyar Siracov bu mərkəzdə 1980-1981-ci illərdə təkmilləşdirmə proqramı çərçivəsində elmi tədqiqatlarla məşğul olur. 1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Briabrinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirir. 1986-cı ildə Viktor Briabrinin təşəbbüsü ilə "SPEKTR adlı layihəyə cəlb olunur və 1 il bu layihədə əməkdaşlıq edir. 1987-1988-ci illərdə Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Slovakiya Elmlər Akademiyasının Texniki Kibernetika İnstitutunda (indiki Institute of Informatics, Slovak Academy of Sciences) çalışır. 1990-cı ildə Moskvada dissertasiya işini müdafiə edərək Bəxtiyar Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alır. 1992-ci ildə Avstriyayanın paytaxtı Vyana şəhərinə I-NET şirkətində çaılşmaq üçün dəvət alır.
Fətulla Siracov
Mixail Jiroxov
Mixail Aleksandroviç Jiroxov (ukr. Михайло Олександрович Жирохов; 19 noyabr 1974, Kalmiusskoye[d], Donetsk vilayəti) — Ukrayna tarixçi və jurnalisti. == Həyatı == Mixail Jiroxov 19 noyabr 1974-cü il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Donetsk vilayətində yerləşən Komsomolskoye şəhərində anadan olmuşdur. 2000-ci ildə Donetsk Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Postsovet məkanındakı münaqişələr və aviasiya tarixi üzrə ixtisaslaşmışdır. Rusiya, Ukrayna, Çexiya, Serbiya və digər ölkələrdə dövri nəşrlərdə 300-ə yaxın nəşrin müəllifidir. == Kitabları == Крылья возмездия. Краткая история ВВС Израиля. — М.: АСТ, Минск: Харвест, 2001.- 400 с. ISBN 5-17-008848-5, 985-13-0455-7 (+ Котлобовский А. В.) «Иду на таран!».
Məhəmməd İsaxov
İsaxov Məhəmməd İsmayıl oğlu — yaxın keçmişimizin ictimai xadimi və xalq müəllimi kimi tanınmış bir şəxsiyyət. Pedoqoji elmlər namizədi. O, ilk təhsilini o vaxt Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən rus məktəbində alıb. Bu məktəbdə təhsil aldıqdan sonra Bakıya gəlmiş Nobel qardaşlarının mədənində fəhlə , telefonçu və kiçik kontor işçisi olmuşdur. Sonra inqilabçılar sırasına daxil olaraq Sovet hökumətinin düşmənlərinə qarşı mübarizə aparmışdır. Bundan sonra yaşının çox olmasına baxmayaraq Bakıda fəhlə fakültəsində təhsilini davam etdirir, sonra Azərbaycan Dövlət Darülfünunun təbiət fakültəsində təhsil alır. Ali təhsilinin başa vrduqdan sonra Azərbaycan xalq müəllimlərinin sırasına daxil olur və ömrünün sonuna qədər şərəfli xalq müəllimləri sırasında bir dönməz əsgər kimi dayanır. Kəlbəcər və Qubadlı rayonlarında xalq maarif şöbələrinə rəhbərlik edir və bütün biliyini bu yolda sərf edir. Ömrünün son 13 ili ərzində Məhəmməd Sadıxov əvvəlcə Qiyabi Pedaqoji İnstitutun direktoru, sonra isə Azərbaycan Elmi Tədqiqat Pedaqoji İnstitutunda elmi işçi kimi fəaliyət göstərir. O, həmin illərdə təlim-tərbiyə işinə həsr olunmuş bir sıra samballı əsərlər yazır.
Polad Siracov
Polad Sabir oğlu Siracov — Quantanamo həbs düşərgəsində cəza çəkmiş yeganə Azərbaycan vətəndaşı. Yerli Azərbaycan mətbuatı tərəfindən Üsamə bin Ladenin şəxsi türkcə-ərəbcə tərcüməçisi olduğu bildirilən şəxs. == Bioqrafiyası == 1975-ci ildə Bakı şəhərində anadan olan Polad Sabir oğlu Siracov 1992-ci ildə Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, lakin iki il təhsil aldıqdan sonra universiteti yarımçıq tərk etmişdir. Universiteti yarımçıq buraxdıqdan bir müddət sonra təxminən 10 gün müddətində Türk tikinti şirkətlərinin birində tərcüməçi kimi işləyən Siracov daha sonra Rusiyaya gedərək 1994-1996-ci illər aralığında Moskva şəhərində tərcüməçilik, dülgərlik, paltar alveri ilə məşğul olmuşdur. Daha sonra Bakıya qayıdan Polad Siracov 1997-ci ildə İntersun zavodunda bir müddət işlədikdən sonra 1998-ci ildə hərbi xidmətə yola düşmüş 2000-ci ildə isə hərbi xidmətini (Qarabağ ətrafında) başa vurmuşdur. === Digər adları === Abdullah əl-Qafqazi Poolad T. Tsiradzho (20 aprel 2006-ci il tarixindən etibarən sənədlərində bu cür yazılır) Abd əl Zaher == Əfqanıstan səfəri == 2001-ci ilin fevral ayında evdən çıxaraq İran yoluyla Əfqanıstanın Herat şəhərinə yollanan Siracov Heratda Taliban rəsmisinin yönləndirməsiylə Qəndəhar şəhərində Abdul Kərim adlı şəxsin evində bir müddət qonaq qalmışdır. Qısa bir müddət sonra isə Xocaəhərdə yerli Taliban üzvləriylə görüşən Siracov 500-1000 etnik pakistanlı, eyni zamanda əfqan, özbəklərin də üstünlük təşkil etdiyi Əyyub Sultanın komandanlığı altında olan dəstəyə qoşulmuşdur. Bundan sonra isə Siracova AKM-7.62 avtomatı verilmişdir. == Həbs edilməsi == 2001-ci ilin sentyabr ayında NATO artirelliya qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində yaralanan Siracov döyüş bölgəsini Künduz şəhərinə doğru dəyişmiş, 2001-ci ilin noyabr ayında isə Məzari-Şərif yaxınlığında NATO qüvvələrinin mühasirəsinə düşmüş və ələ keçirilmişdir. Ələ keçirildikdən sonra Siracov Məzari-Şərifdəki Qala-i Cəngi həbsxanasına gətirilmiş, gətirildiyi günün sabahısı (25 noyabr 2001-ci il) baş vermiş üsyandan sağçıxanlar arasında olmuşdur.
Sirxan Məmmədov
Sirxan Məmmədov (d. 13 yanvar 1977, Tbilisi, Gürcüstan SSR, SSRİ) – Azərbaycan alpinisti. Qar bəbiri adı namizədidir. == Karyerası == 13 yanvar 1977-ci il Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. Dağçılıq fəaliyyətinə 2001-ci il 8-9 may tarixlərində Şahdağ zirvəsi (4243 m) ilə başlayıb. Həmin ilin 10 mayında Heydər zirvəsinə (3751 m) çıxmışdır. Keçmiş SSRİ-nin yeddi min metrdən yüksək beş zirvəsindən dördünə - 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m), 2012-ci ilin iyul-avqust aylarında Korjenev (7135 m), 2010 və 2013-cü il iyul-avqust aylarında Xan-Tenqri (7010 m) və 2011-ci ildə İbn Sina (Lenin) zirvələrinə (7130 m) qalxmış (Qələbə zirvəsindən başqa) və Qar bəbiri adına namizəddir. 2011-ci ildə Şimali Qafqazda Rus Ali Dağçılıq məktəbində "Bezingi" təlimatçılıq kurslarında iştirak etmiş, 3-cü dərəcəli metodist-təlimatçı adına layiq görülmüşdür. Növbəti ildə Şimali Qafqazda "Çey" düşərgəsində "Dağlarda xilasetmə" təlimlərində iştirak etmiş, 282 №-li "Dağlarda xilasedici" döş nişanı ilə təltif olunub. 2012-ci ildə Kommunizm zirvəsində (Tacikistan) Sirxan Məmmədovun rəhbərliyi ilə xilasetmə qrupu 6300 m yüksəklikdə polşalı alpinistlərin dağdan təxliyyəsində iştirak etmişdir.
Smirnov rododendrom
Smirnov rododendronu
Smirnov rododendronu (lat. Rhododendron smirnowii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Türkiyədə yayılmışdır.Meşələrdə, dağ yamaclarında dəniz səviyyəsindən 700-2500 m hündürlükdə bitir. == Botaniki təsviri == Hündürlüyü 1-6 m, qoca budaqları boz qabıqlı olan həmişəyaşıl koldur. Cavan zoğları ağ keçəli sıx tüklərlə örtülmüşdür, ancaq yaşlaşdıqca çılpaq olurlar. Yarpaqları uzunsov-ellipsvarı, uzunluğu 6-15 sm, eni 2-3 sm, ucu küt, bünövrəsi ensiz, kənarı az burulmuş, açıldıqda yarpaqları ağ keçə ilə sıx örtülmüş, sonradan çılpaqlaşıb, üstü parlaq yaşıl, qonur olur. Yarpaqların üzərində 10 cüt damarcıq vardır. Saplaqların uzunluğu 1,0-2,5 sm-dir. Çiçəkləri 10-14 ədəd, diametri 12-15 sm olan möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacı al-qırmızı, çəhrayı, diametri 4-6 sm, enli-qıfvarıdan zəngçiçəkliyə qədər dəyişir, kənarları dalğalı, çılpaqdır.
Sərxoş (mahnı)
Sərxoş - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Vladimir Firsov
Vladimir İvanoviç Firsov (26 aprel 1937 – 17 noyabr 2011, Moskva) — Rusiya və sovet şairi, tərcüməçisi. == Həyatı == Vladimir İvanoviç Firsov 1937-ci ilin aprelində Smolensk vilayətinin Zabolotye kəndində anadan olub. Ədəbiyyat İnstitutunu bitirib. Yaradıcılığa şeirlərində təbiət və sevgi motivlərindən başlayıb, zamanla şeirlərində vətəndaş mövqeyi, fəlsəfi mənalar dərinləşib. Yaradıcılığa erkən yaşlarında başlayan Vladimirin ilk şeiri 10-cu sinifdə oxuyarkən 16 yaşında "Komsomolskaya pravda" kimi nüfuzlu bir qəzetdə dərc olunub. Lirika ilə şərə qarşı vətəndaş barışmağzlığının belə bir vəhdətində mövqe tutan şair 60-cı ilin ortalarında Moskvadan xeyli kənarda Rusiyanın məşhur dini ocaqlarından sayılan Serqiev Posad şəhəri yanında Semxoz qəsəbəsinsdəki bağ evində məskunlaşıb. Burda "vətənsevər ―radonejçilər" ədəbi dərnəyini yaradıb. Bu Rusiyanın yaradıcı ziyalılarının bir-birinə qarşı sərt qarşıdurmaları dövrü idi. Bu zaman artıq iki cərəyan aydın seçilirdi: vətənpərvərlik və kosmopolitlik. İkincilər bir qayda olaraq qərb yönümlü olmaqla realizmə ―modern-avanqardçılğı‖ qarşı qoyurdular.
Vladimir Smirnov
Vladimir Vasilyeviç Smirnov — Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin ilk rəhbəri.
Şirkox
Şirkox-i Sülfa (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Şirkox-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Aqil Şirinov
Aqil Muxtar oğlu Şirinov (28 sentyabr 1979, Kəlbəcər) — Azərbaycan İlahiyyat İnstitutunun rektoru; İlahiyyat üzrə fəlsəfə doktoru, dosent == Həyatı == Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən "ilahiyyatçı" və "ərəb dili müəllimi" ixtisasları üzrə məzun olmuşdur. 2001-ci ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olmuş, 2003-cü ildə "İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarihi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)" adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb. 2003-cü ildə eyni institutun doktorantura şöbəsinə daxil olub, 2007-ci ildə "Nəsirəddin Tusinin varlıq və tanrı anlayışı (Nasiruddin Tusi’de Varlık ve Uluhiyyet)" adlı dissertasiya mövzusunu müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2008-ci ildən etibarən Bakı Dövlət Universitetin İlahiyyat fakültəsinin "İslam elmləri" kafedrasının saathesabı müəllimi, 2011-ci ildən müəllimi, 2016-cı ildən etibarən isə baş müəllimi vəzifəsində çalışıb. Aqil Şirinov Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsində Fəlsəfə, İslam Məzhəbləri Tarixi, Din sosiologiyası və Din psixologiyası fənlərini tədris edib. Habelə 2015–2017-ci illər ərzində Bakı Dövlət Universitetin Tarix, Folologiya, Jurnalistika, Kitabxanaçılıq və informasiya fakültələrində ümumi fəlsəfə və məntiq, İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsində ingiliscə ümumi fəlsəfə dərslərini aparıb. Aqil Şirinov 2016–2020-ci illər ərzində Qafqaz Müsəlmanları İdarəsinin "Fətva və moizə" şöbəsinin müdiri vəzifəsində də çalışmışdır. Hal-hazırda Aqil Şirinov Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurasının üzvüdür.
Asif Şirinov
Asif Əhməd oğlu Şirinov (31 avqust 1959, Dövlətyarlı, Füzuli rayonu) — Azərbaycan aktyoru, quruluşçu rejissor və baş rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Asif Şirinov 1959-cu il avqustun 31-i Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 2000–2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. == Fəaliyyəti == 1977–1979-cu illərdə M. K. Krupskaya adına Mədəni Maarif öz fəaliyyət dram dərnəyinin rəhbəri olmuşdur. 1989-cu il Füzuli DDT-da truppa müdiri, daha sonra isə aktyor və quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu illərdə A. Səfərli "Fantan ərə gedir"də Misir, S. S. Axundov "Eşq və intiqam"da Cəbi, R. Səməndər "Gəlməyin, görməyin, gülməyin"də Məhəmmədəli, C. Məmmədov "Günəş zindanda", Şeyx Hidayət "Məhəbbət yaşayır hələ"də Kərəməli, Anar "Təhminə və Zaur"da Murtuz, C. Cabbarlı "Almaz"da Mirzə Səməndər, "Aydın"da Mirzə Cavad, Ə. Haqverdiyev "Dağılan tifaq"da Həmzə, M. Qacar "Qabanın səfəri"ndə Porsuq, S. Səxavət "Qapıların o üzündə qalan dünya"da Gülalı, H. Mirələmov "Vicdanın hökmü"ndə Rəhman, S. S. Axundov "Tamahkar"da Əliqulu, S. Axundov "Bəndalı bəndə düşüb"də Qurban, N. Vəzirov "Daldan atılan daş topuğa dəyər"də Dəli Yaşar, Ş. Tofiqqızı "Taleyin bir üzü"ndə Baba, R. Əlizadə "Dünyanın axırı"da polis və s. obrazlarını yaratmışdır. 2007-ci ildən isə Füzuli Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərir. O, A. Səfərli "Qarabağım qan ağlar", N. B. Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük", "Daldan atılan daş topuğa dəyər", S. Axundov "Bəndalı bəndə düşüb", S. S. Axundov "Tamahkar", "Şahsənəm və Gülpəri", H. Mirələmov "Vicdanın hökmü", İ. Əfəndiyev "Unuda bilmirəm", C. Məmmədquluzadə "Kamança", T. Məmmədov "Ana abidəsi", S. Rüstəm "Çimnaz xanım yuxuda", M. S. Ordubadi "5 manatlıq gəlin", N. Vəzirov "Adı var, dadı yox", İ. Məlikzadə "Subaylarınızdan görəsiniz", H. Mirələmov "Xəcalət", M. F. Axundzadə "Hacı Qara", Ə. Əmirli "Varlı Qadın" və s. tamaşalarının qurluşçu rejissorudur.
Aslan Şirinov
Aslan Adil oğlu Şirinov (25 aprel 1969, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir. İlk dəfə kamera qarşısına hələ 16 yaşında "Bəyin oğurlanması" filmində epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü" (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. "Azəbaycanfilm"in istehsal etdiyi "Ümid" (Ağamirov), "Bəylik dərsi", "Təklif" kinolentinə çəkilib. == Mükafatlar == Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı aktyoru" nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.