Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulduzlar səmadan parlayır
Ulduzlar səmadan parlayır (ing. The Stars Shine Down) — Sidni Şeldonun 1992-ci ildə yazdığı romandır.
Şuşada mədəniyyət
Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir. Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır. == Memarlıq == Şuşa şəhərinin memarlıq siması üçün, şəhərin yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı ilə səsləşən mənzərəlik xarakterikdir. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərb tərəfi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qaya daşlarından istifadə edilmişdir.
Şuşada erməni üsyanının yatırılması
Şuşada erməni üsyanının yatırılması və ya Şuşada ermənilərə qarşı qətliam (erm. Շուշիի ջարդեր – Shushii charder) — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərində 1920-ci ilin mart ayında yerli erməni əhalisinə qarşı törədilmiş poqrom aktı. Hadisələrin baş verməsinin əsas səbəbi kimi Qarabağ ermənilərinin Azərbaycan Xalq Cümhuriyyətinə bağlı ordu birləşmələrinə tabe olmaması və bunun nəticəsində, ərazidəki erməni silahlıların tərki-silah edilməsi göstərilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş Xosrov bəy Sultanovun 1919-cu ilin 15 yanvar tarixində Dağlıq Qarabağa general-qubernator təyin edilməsi bölgədə yaşayan etnik ermənilərin etirazı ilə qarşılanmışdır. Qarabağ erməniləri, Xosrov bəy Sultanovun əsas məqsədini bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatmaq olduğunu və bölgənin Azərbaycan əsilli bir şəxs tərəfindən idarə edilməsinin doğru olmadığı iddia etdilər. Xosrov bəy Sultanov Kürdhacıdan olmaqla türk (azərbaycanlı) kökənli idi. 1918-ci ildə Müsavat partiyasından İttihada keçmişdi. 1920-ci ilin 22 – 26 mart tarixlərində baş vermiş hadisələr nəticəsində 500, bəzi mənbələrdə isə 30 min nəfər şəxsin öldürüldüyü təxmin edilməkdədir. Bu hadisə Dağlıq Qarabağ probleminə görə Azərbaycan və İlk Ermənistan Respublikası (1918-1920) tərəfləri arasındakı ilk əsaslı döyüş sayılır. Qətliam nəticəsində şəhərdə yaşayan erməni əhalisinin sayı əhəmiyyətli dərəcədə azalmış və bu azlıq SSRİ-nin dağılmasına qədər bu şəkildə davam etmişdir.