Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Now & Then
Now & Then — The Carpenters albomu.
When the Music Dies
When the Music Dies (azərb. Musiqi öləndə‎) — 2012 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün seçilən Səbinə Babayevanın müsabiqədə ifa etdiyi mahnı. Mahnı qabaqcıl Avropa musiqi istiqamətləri və Azərbaycan ənənəvi musiqisinin müstəsna qarışığından yaranmışdır. Mahnının yazılmasında milli musiqi alətləri olan kamança, balaban, qaval və davuldan istifadə edilmişdir. Mahnıda həmçinin muğam elementlərini də eşitmək olar. Mahnı üzərində Oqtay Şərifov, Sərxan Vahabov, Şirzad Fətəliyev, Yaşar Baxış və muğam ustası Alim Qasımov birlikdə işləmişlər.
Bigger than the Universe
"Bigger than the Universe" (azərb. Kainatdan daha böyük‎) — İsveçli ifaçı, musiqi prodüseri, bəstəkar və söz yazarı Sven Anders Baqqenin mahnısı. O, ölkəsinin ənənəvi musiqi hadisəsi sayılan sayca 62-ci Melodifestivalendə məhz bu mahnı ilə, 2-pilləyə qədər yüksəlmişdir. == Mahnı == Pop janrlı "Bigger than the Universe" mahnısının sözləri və bəstəsi Pyetr Buström, Zimmi Consson, Tomas "G:Son" və ifaçının özü tərəfindən ərsəyə gətirilmişdir. Mahnının insanlara bəxş edə biləcəyi duyğu, əsasən ruhani yüksəlişdir. İfaçı yerdən əbədiyyən xilas olmaq və hər kəslə birgə, bütün qaranlıqların aydınlıqla əvəz olunacağı daha xoşbəxt bir məkanı vətən seçmək niyyətindədir, və əgər bu qurtuluş həqiqətən baş tutarsa, artıq hər kəs "Qalib" və hər söz "Şeir" olacaq. O, "Ümid yağmuru altında kainatdan daha böyük olan ruhumun doğuşunu görə bilirəm" cümləsi ilə qəlbinin simfoniyasını paylaşır. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "Bigger than the Universe" mahnısı Anders Baqqenin səsləndirməsiylə, İsveçin böyük musiqi hadisəsi hesab edilən Melodifestivalen 2022-də iştirak etmişdir. Mahnı uzun seçim mərhələlərini uğurla geridə qoyaraq, 12 mart 2022-ci il tarixində keçirilən böyük finala yüksəlməyi bacarmış və finalın telesəsvermə nəticələrinə əsasən 90 xalla qələbə qazanmışdır. Jüri səsverməsinin təsiri ilə yekun olaraq 121 xal toplayan musiqi əsəri, Melodifestivalenin sayca 62-ci buraxılışını 2-ci sırada tamamlamışdır.
Chen
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Thea
Çay (bitki) — bitki növü. Çay (coğrafiya) — coğrafi anlayış. Çay (içki) — içki. Çay (Afyonqarahisar) — ilçə.
When the Party's Over
"When the Party's Over" — amerikalı müğənni Billi Aylişin ilk albomu "When We All Fall Asleep, Where Do We Go?"dan ilk sinql. 17 oktyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
Chen canagica
Alyaska qazı (lat. Anser canagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Mark Tven
Mark Tven (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn Klemens ing. Samuel Langhorne Clemens; 30 noyabr 1835[…] – 21 aprel 1910[…]) — Amerika yazıçısı, jurnalisti və ictimai xadimi. Oxuculara daha çox "Heklberri Finnin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlı romanları ilə tanışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur. Tanınmış amerika yazıçıları Vilyam Folkner Tveni Amerika ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Heklberri Finnin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir. == Həyatı == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ ın Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi. Yeddi uşaqlı bir ailənin altıncı uşağı və sağ qalan üç qardaşdan biri idi. Ailəsi, o dörd yaşındaykən Missisipi çayı boylarındakı Hannibala şəhərinə daşındı.
Marqo Tyen
Marqo Tyen (29 dekabr 1971) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Marqo Tyen Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Marqo Tyen Olimpiadanın qalibi olub.
Thea sinensis
Çin çayı (lat. Camellia sinensis) — == Təbii yayılması == Vətəni yabanı halda rast gəlinən Hindistan və Hind-Çinin dağlarıdır. Bizim eradan çox əsrlər əvvəl Çində becərilməyə başlanmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m - dək olan, çoxbudaqlı, kiçik, həmişəyaşıl, ağac və ya iri koldur. Yarpaqları növbəli, oval və ya uzunsov - ellipsvari, uzunluğu 6 - 8 (30- dək) sm və eni 4 sm - dək, üstü tünd yaşıl yarpaq ayasının kənarı dişli və qısa saplaqlıdır. Çiçəkləri ətirli, yarpaqların qoltuqlarında çiçək saplağında tək və ya dəstələrlə 2-5 ədəd yerləşir. Hər çiçəkdə meyvələrdə qalan 5-7 kasayarpaqları vardır; çiçək tacı 5-9 ağ ləçəkli, sarımtıl - çəhrayı çalarlı, diametri 2 - 5 sm, çoxsaylı erkəkcikləri xırda, sarı tozluqlu, dişiciyi yuxarı, yumurtalıqlı və 3 (bəzən 5) sapvari sütuncuqludur. Meyvələri hamar, 3 yuvalı, laylarla açılan, 3 iri, şarşəkilli, boz qonur, hamar toxumları olan, oduncaqlı qutucuqlardır. 2-3 yarpaqlı cavan zoğları yığılır; 4-cü yarpaq qoltuq tumurcuğu ilə budaqda qalır və tumurcuqdan yeni zoğ inkişaf edir. == Ekologiyası == Tropik və subtropik iqlimi olan regionlarda becərilir.
Theo James
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. == Erkən həyatı və təhsili == Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. == Şəxsi həyatı == Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.
Theyn Seyn
Theyn Seyn — Myanma İttifaqı Respublikasının Prezidenti (30 mart 2011-ci ildən).
Thin Cjo
Thin Cjo — (birman dili: ထင်ကျော်) — siyasətçi, yazıçı və akademik. 1962-ci ildən bəri Myanma (əvvəlki adı ilə Birmaniya) tarixində seçilmiş ilk mülki şəxs. 30-mart 2016-cı ildən bəri Myanma İttifaqı Respublikasının prezidentidir.
Thin Lizzy
Thin Lizzy — 1969-cu ildə Dublində musiqiçi və bas gitarist Fil Laynott, zərb ifaçısı Brayan Dauni və gitarist Erik Bell tərəfindən yaradılmış İrlandiya rok qrupudur. == Qrup haqqında == Qrupun qaradərili frontmeni və bas gitaristi braziliyalı (başqa məlumatlarda Cənubi Afrikalı) olan Fil Laynott 1986-cı ildə ölənə qədər qrup 12 studiya albomu çıxarmışdır. Qrup irland xalq balladı «Whiskey in the Jar» mahnısının rok versiyasını hazırladıqdan son məşhurlaşdı və bu mahnı Britaniyanın top 10 siyahısına düşdü. Qrupun musiqi tərzi əsasən 70'ci illərin ikinci yarısından sonra hard-rok ilə solo gitaranın üstünlük təşkil etməsi ilə nəzəra çarpırdı. Qup ən böyük şöhrətini isə 1976-cı ildə yazmış olduqları və başqa bir çox qruplar tərəfindən də dəfələrlə səsləndirilən və hitə çevrilən «The Boys Are Back in Town» mahnısı ilə əldə etdi. Qrup 1984-cü ilədək olan fəaliyyəti dövründə dəfələrlə üzv dəyişikliyi yaşamış olmasına baxmayaraq qrupun qurucuları, bas gitarist Fil Laynott və zərb ifaçısı Brayan Dauni dəyişməz olaraq qalmışdı. Qrupun adı komiks qəhrəmanı - robotun adının azca dəyişilmiş formasından götürülmüşdür ki, o da öz növbəsində bunu məşhur Ford Model T - "Tin Lizzy" avtomobilinin jarqon adının şərəfinə almışdır. == Qrupun tarixi == Qrup 1970-ci ildə «The Farmer» adlı ilk sinqlını «Parlophone» şirkəti vasitəsilə çıxardır. 1970-ci ilin sonunda isə Decca Records ilə müqavilə imzalayır və 1971-ci ilin yanvarında ilk debüt albomunu yazmaq üçün Londona yola düşür. Albom uğurlu satış əldə etməsinə baxmayaraq Britaniya siyahılarına düşə bilmədi.
The 1975
The 1975 — 2002-ci ildə İngiltərədə qurulan pop rok qrupu. Üzvləri Mettyu Hili (vokalist, ritm gitara), Adam Hann (əsas gitara), Ross MakDonald (basçı) və Corc Deniel (baraban)-dir.
The 4400
The Arch
The Arch — Honkonqda yerləşən bina. Honkonqun 3-cü ən hündür yaşayış binasıdır. Binanın uzunluğu 231 metrdir. 2001-ci ildə inşası başlamış və 2005-ci ildə tamamlanmışdır. Binada 1000 mənzil vardır.
The Car
The Car – ingilis rok qrupu Arctic Monkeys-in 21 oktyabr 2022-ci ildə Domino Recording Company tərəfindən buraxılmış yeddinci studiya albomu. Albomu qrupun solisti Aleks Törner Los-Anceles və Parisdəki evində yazıb. Prodüserliyini qrupla tez-tez əməkdaşlıq edən Ceyms Ford, həmçinin qonaq musiqiçilər Tom Rouli, Lauren Humphrey və Tayler Parkford etmişdir. Aranjeman Bridget Samuels və Törner tərəfindən edilmişdir. Boş dayanacaqda ağ rəngli avtomobili əks etdirən albomun qapağındakı şəkli təbilçi Mett Helders çəkib. == Arxa plan == 2022-ci ilin may ayında, Mett Helders qaldıqları yerdən (Tranquility Base Hotel & Casino) davam edəcəklərini bildirdi və yeni albomdakı mahnıların "R U Mine?" kimi olmayacağını açıqladı. == Tanıtım == Albomdan olan mahnı "Ain't Quite Where I Think I Am" 23 avqust 2022-ci ildə Zürich Openair festivalında ilk dəfə ifa olundu, ertəsi gün 24 avqust isə albomun adının "The Car" olduğu və 21 oktyabrda buraxılacağı elan edildi. Albomun əsas sinqlı "There'd Better Be A Mirrorball" 30 avqustda musiqi videosu ilə birlikdə buraxıldı.Albomun "Body Paint" və "Mr Schwartz" mahnıları ilk dəfə 22 sentyabrda qrupun Kings Theatre-da baş tutan konsertləri zamanı ifa olunub. Onların 29 sentyabrda Cimmi Fallonun televiziya şousunda "Body Paint" mahnısını yenidən ifa etmələri gözlənir. == Albom şəkli == Qrupun baraban ifaçısı Mett Helders tərəfindən Los Ancelesdə Leica M6 kamerasından istifadə edilərək çəkilən fotoda avtoparkın üst mərtəbəsində tək dayanmış Corolla E90 markalı ağ avtomobil görünür.
The Carpenters
The Carpenters (azərb. Dülgərlər‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Dauni şəherində yaradılmış pop qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1968-ci ildə yaradılan qrupun ən parlaq dövrü, ve 1983-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. Yesterday Once More, We've Only Just Begun, Top of the World, They Long to Be (Close to You) və Only Yesterday kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır.
The Catalyst
The Catalyst – Linkin Parkın ilk studiya albomu olan A Thousand Sunsdan çıxan 1-ci sinqldır. 2 avqust 2010-cu il tarixində çıxmışdır. Klipi isə 26 avqust 2010 tarixində Co Han prodüserlik edilib çıxarılmışdır. = Sinqldakilər = "The Catalyst" – 5:44 "New Divide" (Live at Terra Vibe Park, Athens, Greece, July 21, 2009) – 3:06 = Klipi = Mahnı üçün klip çəkilmşdir. Klip Joe Hahn tərəfindən yönəldilmişdir. Klipin premyerası 26 avqust 2010 tarixində Co Han prodüserlik edilib çıxarılmışdır. Video 25 avqust 2010-cu il rəsmi YouTube`da premyerasi oldu. == Koverlər == Pendulum Qrupu musiqinin koverini 22 sentyabr 2010 BBC Radio 1 təqdim etmişdir.
The Corrs
The Corrs - İrlandiyalı üç bacı, bir qardaşın yaratdığı bir qrupdur. Qrupun adını öz soyadlarına uyğun (Corrs) adlandırmışlar. Qrupun solistliyini ailənin ən kiçik üzvü və ən kiçik bacı Andrea Korr etmişdir və qeyri-adi ecaskar səsi ilə hələ də ön plandadır.
The Cranberries
The Cranberries (oxunur: "Krenberis" — Quşüzümü) — 1989-cu ildə yaranmış və 1990-cı illərdə dünya şöhrəti qazanmış irland rok qrupudur. Qrupun tərkibi vokalçı Dolores O'Riordan, gitaraçı Noel Hoqan, bass gitaraçı Mayk Hoqan, zərb alətləri ifaçısı Ferqal Laulerdən ibarətdir. Daha çox alternativ rok ifa etsələr də, qrupun musiqisinə həmçinin indi pop, postpank, iriş folk, pop rok da aiddir. The Cranberries 1990-cı ildə Birləşmiş Ştatlarda beş milyon surəti satılmış Everybody Else Is Doing It, So Why Can't We? albomu ilə dünyada tanındılar. Qrup 90-cı illərin ən uğurlu qruplarından idi və Birləşmiş Ştatlarda ümumilikdə 15 milyon albom satmışdılar. The Cranberries altı illik fasilədən sonra yenidən birləşdi və Şimali Amerika turuna çıxdı. Daha sonra 2010-cu ildə Latın Amerikası və Avropa ilə turlarına davam etdilər. Qrupun altıncı albomu olan "Roses" albomu 2011-ci ilin mayında yazıldı və 2012-ci ilin fevralın 17-də işıq üzü gördü. == Tarix == 1989-cu ildə Mayk və Noel Hoqan qardaşları Loulerlə tanış olurlar və Niall Kuinni vokalist kimi götürərək birlikdə "The Cranberry Saw Us" qrupunu yaradırlar.
The Doors
The Doors (azərb. Qapılar‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasada, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır.
The Arockalypse
The Arockalypse — Lordi heavy-metal musiqi qrupunun 2006-cı ildə işıq üzü görən üçüncü və ən uğurlu musiqi albomu. Bu albomda yer alan "Hard Rock Hallelujah" mahnı ilə qrup 2006-cı ildə keçirilən Avroviziyada qalib gəlmişdir. Albom Finlandiyada 3 dəfə platin, İsveç, Almaniya və Yunanıstanda isə qızıl albom olmuşdur. Finlandiya, Yunanıstan və İsveç çartlarında o ilk yerləri tutmuş, Almaniya, Estoniya və İsveçdə isə ilk onluqda yer almışdır. Albomun üz qabığında bas gitaraçı OX təsvir olunub, amma əslində isə albomdakı bas gitara ifası Kalma-ya aiddir və bu haqda albomun açıqçasında məlumat verilir. == Dəvət olunan qonaqlar == "The Arockalypse" albomunun yazılması üçün Twisted Sisterdən Di Snayder və Jay Jay French, Acceptdən Udo Dirkşnayder (açıqçada onun adı "Ado" kimi yazılmışdır) və Kissdən Bryus Kulik kimi ulduzlar dəvət olunmuşlar. == Kompozisiyaların siyahısı == "SCG3 Special Report" (bədheybətlər komandasının təmsilçisi rolunda olan Di Snayderin iştirakı ilə) — 3:46 (Mr. Lordi/Kita) "Bringing Back the Balls to Rock" — 3:31 (Mr. Lordi) "The Deadite Girls Gone Wild" — 3:45 (Mr. Lordi/Kita/Tracy Lipp) "The Kids Who Wanna Play with the Dead" — 4:07 (Mr.
The Bates
The Bates – alman punk qrupu, qrupun əsası 1987-ci ildə qoyulmuşdur. == Diskoqrafiyası == === Studio Albomları === 1989 No Name for the Baby 1990 Shake 1992 Psycho Junior 1993 The Bates 1995 Pleasure + Pain 1996 Kicks 'n' Chicks 1997 Punk? 1998 IntraVenus 1999 Right Here! Right Now!
Əhən
Əhən — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Duvaryan kəndlərindən ibarətdir. Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar, 3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmiş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibari ilə 328 nəfər kişilər, 362 nəfər qadınlardan ibarətdir. Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 519 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğul olur.
Tən
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Əhən bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eden of the East
Eden of the East (yaponca: 東のエデン, Hepbörn: Higashi no Eden) — Kenci Kamiyama tərəfindən yaradılan, Production I.G istehsalı, 2009-cu ildə çıxan anime serialı.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.