Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tozcuq
== Tozcuq hüceyrəsi == Tozcuq hüceyrəsi bitkinin çiçəyindəki erkəkciyin tozluğunda yerləşir və orada yaranır. Tozcuq tam inkişaf etdikdə erkəkcik tozluğu yırtılır və tozcuq hüceyrələri dişicik ağızcığına düşür. Bu proses Tozlanma prosesi adlanır. Tozcuq — birhüceyrəli, bəzən çoxhüceyrəli, tozcuq dənələri adlanan əmələgəlmələr: toxumlu bitkilərin (toxumlu ayıdöşəyilər, çılpaq və örtülütoxumlu bitkilər) tozluğunda inkişaf edir və çoxalma prosesində iştirak edir. Tozcuq dənəsi daxili qat – intin və xarici qat – ekzindən ibarət sporoderm — örtük içərisində yerləşən protoplastdan ibarətdir. Qazıntı halında yalnız ekzinə rast gəlinir. Tozcuq dənəsinin səthində məsamələr, şırımlar və skulptur əmləgəlmələr müşahidə edilir. Tozcuq forması, məsamə və şırımların sayı, skulpturun səciyyəsi hər bitki növü üçün fərqləndirici əlamətlər olub bitkilərin təyinində istifadə edilir. Fossil tozcuqların tədqiqinin onun yerləşdiyi çöküntülərin (xüsusilə kontinental) nisbi yaşını təyin etmək, bitkilərin filogeniyası, floranın tarixi və b. məsələlərin həllində böyük əhəmiyyəti vardır.
Tobruq
Tobruq (yunanca. Αντίπυργος) - Liviyanın Kirenaika regionunda şəhər.
Qozluq
Qozluq (türk. Kozluk) — Türkiyənin Batman vilayətində şəhər və rayon..Tarixi adı Hazodur (kürd. Hezzo). == Tarixi == Şəhərin adı "Hazo" kimi "Şərəfnamə" və "Səyahətnamə" əsərlərində çəkilir. "Səyahətnamə"də yazılana görə, Teymurləng Hazonu Ağqoyunlulardan ələ keçirmiş və məhv etmişdir, lakin sonradan şəhər yenidən dirçəlmişdir. 1502-ci ildə Şah İsmayıl tərəfindən ələ keçirilmişdir. 1514-cü ildəÇaldıran döyüşündən sonra Hazo Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Türkiyə Respublikası qurulduqdan sonra Hazo 1 iyun 1938-ci ilə qədər Sason mahalının tərkibində olmuş, sonra Qozluq adlandırılmış və Siirt vilayətinin tərkibinə daxil edilmişdir. 18 may 1990-cı ildə Qozluq Batman vilayətinin tərkibinə daxil olmuşdur.
Toyuq
Toyuq — toyuqkimilər dəstəsindan aid quş yarımnövü. Ev quşları siyahısına daxildir. Əti və yumurtası insanların əsas qida növlərindəndir. Tükündən məişətdə istifadə edilir. Hindistanda Asiyanın cənub-şərqindəki qırmızı hind quşundan gəldiyinə inanılar. 2003-cü ilin hesablamalarına görə dünyada 24 milyard toyuq var ki, bu da onu ən çoxsaylı quş növü edir. İnsanlara iki növ sıx istifadə edilən qida qaynağı təqdim edərlər: ətləri və yumurtaları. Toyuqlar uça bilməyən quşlardandır. Yumurta ilə çoxalarlar. Ağciyərləri ilə nəfəs alan toyuqlar, otcul heyvanlardır.
Axsaq toyuq
Axsaq toyuq - İrəvan quberniyasının Novobayazid qəzasında xaraba kənd adı == Tarixi və toponimi == Ayrımların Axsaqlı qolunun "Toyuq" adlı yerdə məskunlaşdığını bildirir. "Toyuq" formasını kəsb etmiş ad isə əslində türk dillərində tıyıq (tuyuq) "hər tərəfi bağlı yer" (yə'ni dörd tərəfi dağlarla əhatələnmiş dərə), "gölməçə" sözündən ibarətdir: XIX əsrin ortalarında Şamaxı qəzasında Kolanı tayfasının məskunlaşdığı yer (İndiki Dağ Kolanı kəndinin ərazisi) "Toyuqplov" adlanırdı ki, bu da türk dillərindəki tıyıq və bilab (bulaq adı) sözlərindən ibarət idi.
Cocuq Mərcanlı
Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.
Toyuq bozartması
Toyuq kababı
== Tərkibi == Toyuq əti - 300q, Baş soğan - 35q, keşniş və cəfəri - 25q, Duz, İstiot, Sumaq. == Hazırlanma qaydası == İlk emaldan keçirilmiş toyuq ətpdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verilir və üstünə göyərti səpilir. Hind quşu kababı da belə hazırlanır.
Toyuq korluğu
Toyuq korluğu – insanın gözündə çöpcüklərin pozulması və A vitaminin çatışmaması nəticəsində yaranır. Elmi adı "Hemeralopiya " adlanır. Hemeralopiyanın əsas müalicəsi çoxlu sayda A vitamini qəbul etməkdir.
Toyuq plov
Toyuq plov — Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür. == Tərkibi == Toyuq Düyü Şabalıd Ərik Kişmiş Quru Gavalı Soğan Kərə yağı Duz == Hazırlanma qaydası == Bir gün əvvəldən toyuğu yaxşı yuyub şəkildə olduğu kimi kəsib hər tərəfini duzlayıb istiotlayırıq.Sonra toyuğu yuxarı bir yerdən asırıq ki,toyuğun suyu təmiz süzülsün.Bir gecə asılı saxlayırıq. Soğan uzun formada doğranılır və yağda rəngi qızılı oluncaya kimi qovrulur. Soğan qovrulduqdan sonra əti əlavə edib bir az qovururuq. Ət də bir az qovrulduqdan sonra şabalıd,ərik qurusu və kişmiş əlavə edilir ,qarışdırılır və bir kənara qoyulur. Duzlu suda düyünü bir az bişirib süzürük.Düyünün bir az rəngli olması üçün sarıkök əlavə edilir. İndi isə qazmaq hazırlayaq.yumurta, yağ və xama birlikdə yaxşıca çalınır və qazanın dibinə tökülür. Onun da üzərindən toyuq ətli qarışıq əlavə edilir. Ətin üzərindən isə düyü tökülür və dəmə qoyulur,arada qazanın ağzını açıb dəmini kənara tökürük. Tam bişdikdən sonra süfrəyə sunulur.
Toyuq qutabı
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Toyuq salatı
Toyuq tərəsi
Ambroziyayabənzər disfaniya (lat. Dysphania ambrosioides) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü. == Sinonimləri == Ambrina ambrosioides (L.) Spach Ambrina ambrosioides var. anthelmintica (L.) Moldenke Ambrina anthelmintica (L.) Spach Ambrina incisa Moq. Ambrina parvula Phil. Ambrina spathulata Moq. Atriplex ambrosioides (L.) Crantz Atriplex ambrosioides f. minus Aellen Atriplex anthelmintica (L.) Crantz Blitum ambrosioides (L.) Beck Botrys ambrosioides (L.) Nieuwl. Botrys anthelmintica (L.) Nieuwl. Chenopodium album subsp.
Toyuq şorbası
Toyuq şorbası - Azərbaycanın milli yeməyi. == Tərkibi == Toyuq əti - 155q, düyü - 25q, ərinmiş yağ - 20q, alça və gavalı - 20q, noxud - 20q, baş soğan - 20q, şüyüd - 10q, istiot, zəfəran duz. == Hazırlanma qaydası == Toyuqdan bişirilmiş bulyon ələkdən süzülür.Düyü bulyonda bişirilir, üzərinə yağda qızardılmış soğan qatılıb hazır olmasına 15 dəqiqə qalmış ayrıca bişirilmiş noxud, alça və ya gavalı qurusu əlavə edilir. Sonra üzərinə dilim şəklində doğranmış bişirilmiş toyuq əti və doğranmış şüyüd əlavə edilib 1-2 dəqiqə qaynadılır.
Tozlu tufanlar
== Tozlu tufanlar == Tozlu tufanlar-burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar, adətən, quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar - Orta Asiya üçün xarakterik olub san-qum qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına - geniş şoranlıq ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 ... 70 sutkaya kimi davam edir. Küləyin sürəti, adətən, saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da, böyük maddi ziyan yetirir.
Murad Tuzcu
Murad Tuzcu (1952, İstanbul) — türkiyəli kardioloq, jurnalist və yazıçı. == Həyatı == 1952-ci ildə Türkiyənin İstanbul şəhərində dünyaya gəlmişdir. === Təhsili === 1971-ci ildə Kadiköy Maarif Kollecini bitirmiş, 1977-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsində ali təhsilini tamamlamışdır. Uzmanlıq dərəcəsini yenə eyni fakültədə daxili xəstəliklər barədə almışdır. === Fəaliyyəti === Təhsilini bitirdikdən sonra Elazığ vilayətində 3 il daxili xəstəliklər üzrə həkim kimi çalışmışdır. 1985–1989-cu illərdə Klivlend Klinikasında da kardiologiya sahəsində təhsil almış. bundan sonra 1989–1990-cı illərdə Bostonda yerləşən Massaçusets Ümumi Xəstəxanasında özəl ixtisas almışdır. 1990–1991-ci illərdə Harvard Universitetinin Tibb fakültəsində müəllim kimi çalışdıqdan sonra 1992-ci ildən Klivlend Klinikasında həm işləməkdə, həm də müəllimlik etməkdədir. O, eyni zamanda klinikanın kardiologiya bölməsinin müdir müavinidir. Kardiologiya sahəsində etdiyi araşdırmalar və yeni müalicə üsullarına görə tibb sahəsində tanınmaqdadır.
Toyuq naqqesi
Naqqes, xırda-xırda doğranmış toyuq sinəsinin əvvəlcə yumurtaya, daha sonra isə una və çörək qırıntılarına batırılaraq yağda qızardıldıqdan sonra isti-sti süfrəyə verilən şnitzelə oxşayan bir fast food növüdür. Əsasən tərkibində olan yağa görə diyetoloqlar tərəfindən ümumiyyətlə zərərli hesab olunur.
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. == Ad açımı == Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik. Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır. İ. N. Berezin orta yüzilliklərə aid olan "İqor knyaz Severskiy" adlı kitaba yazdığı rəydə T o p ç a k \\ T o b ı ç a k adlı tayfa birliklərindən də bəhs etmiş, həmin adın "kök at"; mənasını göstərmişdir. "qüvvətli, gözəl at"; 2) "girdə", "dairəvi", "yumru" mənalarındadır. F. E. Korş t o p ç a k sözünün "xüsusi növ at " mənasında olduğunu göstərmişdir.
Sözcü
Sözcü — Türkiyə qəzeti. Qəzet 27 iyun 2007-ci ildə İstanbulda qurulmuşdur. Metin Yılmaz ilk baş redaktoru olmuşdur. Ümumiyyətlə hökuməti tənqid edən yazılarıyla tanınan qəzet, Türkiyədə xüsusilə Atatürkçü kəslər tərəfindən oxunmaqdadır. 7 noyabr 2016 tarixində, Türkiyə daxilində Azadlıq, Sabah və Posta qəzetlərindən sonra ən çox tiraja sahib olan qəzetdir.2007-ci ilin iyun ayında, daha əvvəl Doğan Yayın Holding tərəfindən yayımlanan Gözcü qəzetinin bağlanılmasından sonra (2007-ci ilin aprel ayı) ad haqqlarının alınması ilə çapa başlandı. == Tarixi == 2007-ci ildə yayımına başlayan Sözcü, ilk günlərində 60 min ədəd qəzet satdı. Qəzet, 2008-ci ilin sentyabr ayında ortalama 150.000 tiraj keçdi və 2010-cu ilin dekabr ayında ortalama 210.000 tiraja çatdı. 2011-ci ildə Sözcü, ən çox oxunan ilk 10 qəzetin reytinq siyahısında 5-ci sırada durdu. 2012-ci isə 303.358 tiraj edən Sabah qəzetini, 328.030 tirajla keçmiş və Türkiyənin ən yüksək tiraja sahib 4 qəzetindən biri olmuşdur. 2014-ci ildə isə 402.870 tiraj ilə Zaman qəzetini keçəndən sonra Türkiyənin ən çox tiraja sahib olan 2-ci qəzeti olmuşdur.
Topçu
Topçu (İsmayıllı)
Toyuq (Faberje yumurtası)
"Toyuq" (rus. “Курочка — Первое императорское пасхальное яйцо” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje 1885-ci ildə ilk olaraq “Toyuq” adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. “Toyuq” adlanan bu yumurta klassik yumurta şəklində, onun içərisindəki sarısı isə qızıldan hazırlanmışdır. Yumurta sarısının içində isə onun surprizi olan gözləri yaqut qaşı ilə işlənilmiş toyuq fiquru, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir. Hündürlüyü 64 mm eni isə 35 mm olan bu yumurtanın ustası Erik Kollindir.
Toyuq Yumurtladı (1986)
== Məzmun == Film Azərbaycan Kimyəvi Aşqarlar İnstitutu tərəfindən hazırlanan maşın yağları üçün kimyəvi aşqarların istehsalatda tətbiq olunmasına maneçilik törədən bürokratik süründürməçilikdən söhbət açır.
Orpinqton (toyuq cinsi)
Orpinqton, İngiltərədə müxtəlif toyuq cinslərinin hibridləşdirilməsi nəticəsində əldə edilmiş olan toyuq cinslərindən biridir. Geniş və səliqəli görünən tükləri mövcuddur. Onların dərilərinin rəngi ağ olub, yumurta qabıqlarının rəngləri isə açıq qəhvəyidən tünd qəhvəyiyə qədər dəyişikliklər göstərir. Bu cinsin xoruzlarının orta çəkisi 4,2 - 5,0 kq, toyuqlarının isə 3,5 - 4,0 kiloqram təşkil edir.
Atmosfer tozu
Atmosfer tozu- xırda hissəciklər şəklində havada asılı halında olan bərk maddələrdir. Havaya torpaq səthindən, vulkan püskürmələrindən, kosmik fəzadan və s.-dən düşür. == Ümumi məlumat == Yer səthində tozun konsentrasiyası sənaye mərkəzlərində xüsusilə çoxdur. Atmosfer tozu atmosferin şəffaflığını və uzaq görünüşü azaldır. Son onilliklərdə sənaye tozlarının konsentrasiyasının yalnız şəhərlərdə, sənaye mərkəzlərində deyil, onlardan daha uzaq rayonlarda da artması müşahidə olunur. Bütün dünyada şəhərlərdə hər il atmosferə 1 milyard ton antropogen mənşəli bərk hissəciklər atılır. Ona görə də şəhərin hava hövzəsinin tozluluq dərəcəsi kənd yerlərinə nisbətən 2-3 dəfə çox olur. Sənaye mənşəli toz hissəciklərinin payına orta hesabla 15% düşür və çoxlu miqdarda mürəkkəb kimyəvi tərkibli hissəciklər olur. Atmosferin tozluluğunun artmasına xam və dincə qoyulmuş torpaqların şum sahələrinin çoxalması və s. böyük təsir göstərir.
Kakao tozu
Kakao – toxumundan şokolad yağı alınan tropik ağacın yerdə qalan jmıxının üyüdülməsindən alınan tozşəkilli un. Kakao içkisini kakao tozundan hazırlayırlar. Kakao paxlasından yağ aldıqdan sonra (bu yağ şokolad və şokolad məmulatı istehsalında istifadə olunur) yerdə qalan jmıx üyüdülür və kakao tozu əldə edilir. Çay və qəhvəni tərkibində alkoloid kofein vardır. Kakaoda isə teobromin maddəsi vardır ki, bu da ürək – damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması içkinin qidalılıq dəyərini artırır. Kakao tozundan adi kakao, südlü kakao, qatılaşdırılmış südlə kakao və digər içkilər hazırlanır.
Qabartma tozu
Qabartma tozu — quru kimyəvi mayeləşdirici, karbonat və ya bikarbonat və zəif turşunun qarışığıdır. Qabartma tozu çörək, tort və ayrı yeməklərdə həcm və əzəmət vermək üçün əsasən istifadə olunur.
Çiçək tozu
Çiçək tozu – cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur == Çiçək tozunun tərkibi == proteinlər(zülallar) – 11 – 35% karbohidratlar (qlükoza, fruktoza,saxaroza) – 20 – 39% lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20% makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, I və sair). vitaminlər: karotinoidlər (provitamin А), С, Д, Е, В qrupu, Р, РР, К) bütün əvəzedilməz amin turşuları fitoharmonlar, flavonoidlər, su – 3 – 4%[mənbə göstərin] == Ədəbiyyat == Пчелиная обножка, Журнал "Ратель медоед" — спец. выпуск — Пермь’08 — стр. 3–7 (Rus dilində) Şaqidanova F.A. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2004, səh 147–169 (Rus dilində) Sinyakov A. F. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2009 səh 127–157(Rus dilində) Sinyakov A. F. PÇELİNAYA APTEKA, izdatelstvo FİZKULTURA İ SPORT Moskva 1999, səh 63–88 (Rus dilində) == Həmçinin bax == Arı Bal Arı südü Vərəmum == Xarici keçidlər == Пыльца в Научно-техническом энциклопедическом словаре Проверено 24 января 2009 г. База данных по морфологии пыльцы. Ботанический институт им.
Şəkər tozu
Şəkər tozu (həmçinin kristalik şəkər, təmizlənmiş saxaroza ağ şəkər adlanır) nəzərdə tutulan ölçüləri 0,2-2,5 mm olan kristal şəklində şəkər olan geniş istifadə olunan qida məhsuludur. Şəkər tozunun istehsalı üçün xammal əsasən şəkər çuğunduru və şəkər qamışıdır. == Şəkər tozunun əsas xüsusiyyətləri == Kristal ölçüsü - 0,2-2,5 mm Kristal rəngi: ağ, sarımtıl rəngli ağ Saxaroza kütlə payı - 99,55-99,75% (quru maddə baxımından) Nəmin kütlə payı - 0,14-0,15% Əhali tərəfindən birbaşa qida kimi istifadə olunmaqla yanaşı, şəkər tozu qida sənayesində süd konservlərinin, uşaq qidalarının istehsalı, biofarmaseftika sənayesində və s. istifadə olunur. == Tarixi == Təxminən eramızdan əvvəl 320-ci ildə Hindistanda beş müxtəlif şəkər növü rəsmi qeydiyyata alınmışdır ki, bunlar arasında bizim üçün vacib olan üç ad var: quda, kanda (müasir ingiliscə konfet sözü ing. candy buradan gəlir) və sarkara. e.ə. 200-cü ilə qədər şəkər qamışı Çində yaxşı tanınırdı, lakin bu bitki yalnız olduğu şəkildə çeynənib istifadə olunurdu. Müasir elmi məlumatlara görə, şəkər tozunu hazırlamaq üçün qamışın vətəni Yeni Qvineyadır. Sonradan tədricən Hindistan və Çinə doğru adalar boyunca şəkər qamışı yayılmağa başlayıb.
Caner Topçu
Caner Topçu (25 iyun 1997, İstanbul) Türk aktyordur. == Həyatı == Əslən Kastamonulu olan Caner Topçu, 25 iyun 1997 tarixində İstanbulda anadan olub. İbtidai təhsilini və orta təhsilini İstanbulda tamamladı. Daha sonra isə özündə aktyorluq bacarığını kəşf etdi və Harun Özer Teatr təhsili və Fulya Filazi aktyorluq təhsilini aldı. Ağ Cəhənnəm, Diqqət İnternet Var, Sarıqamış və İnamdan Zəfərə kimi bir çox teatr oyununda rol aldı. 2015-ci ildə Savadsızlar adlı kinoteatr filmində Rəcəb obrazı ilə kameraların qarşısına keçdi.
Topçu (İsmayıllı)
Topçu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Topçu rayon mərkəzindən 14 km şimal qərbdə Alazan-Həftəran vadisində, Qafqaz dağlarının cənub ətəyində yerləşir. Əhalisi maldarlıq və əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Ərazi sıx meşəliklə örtülüdür. Topçu meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir. Əhalisi 1403 nəfərdir. Kənd işıqla və mavi yanacaqla təmin olunur . Kənddə ilboyu fəaliyyət göstərən yeməkxana və çayxana vardır. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.
Topçu (Şəbüstər)
Topçu (fars. توپچي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (94 ailə).
Topçu bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Topçu taboru
Topçu Taboru — batareyalar və diviziyalardan ibarət hərbi birləşmədir.Düşmən üzərinə hücum və ya müdafiə zamanı artilleriya hücumlarını təmin edir.
Torçu (Məlikan)
Torçu (fars. تورچي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,493 nəfər yaşayır (290 ailə).
Sözcü TV
Sözcü TV yaxud SZC TV — Sözcü qəzetinə də sahib olan Estetik Yayın AŞ-nin 2019-cu ildə veb vasitəsilə, 30 aprel 2021-də isə YouTube platformhnda yayıma başlayan türk televiziya kanalı. 14 iyul 2021-də test yayımlarına, 1 mart 2023-də isə əsas yayımlara başlanılmışdır.