Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uğan mağarası
Uğan mağarası — Azərbaycan Respublikası Oğuz rayonunun ərazisində mağara. Baş Daşağıl kəndinin girişində, Uluçayın qərb tərəfində, nəhəng qayaların altında yaranmış təbii mağaradır. Qədim türklərdə müqəddəs, ulu hesab edilən dağ – qaya toteminə sitayiş edilib. Uğan mağarası ibtidai insanların ilk sığınacaq yerlərindən sayılır. Bura ilə bağlı əfsanələr çoxdur. == Etimologiyası == Toponimi iki cür izah edirlər. Uğ və ya ağ günəşin əsas rəngidir. Günəşi təmsil edir. Ucalığı bildirir. Digər ehtimala görə isə uğultu, qulağa gələn sürəkli səs, an isə cəm şəkilçisidir.
Ağan
Muğan
Yaşayış məntəqələri Muğan dairəsi — 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Muğan şahlığı Muğan (tarixi ərazi) Muğan mahalı — tarixi-coğrafi ərazilərdən biri. Muğan (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Muğan (kənd, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Muğan (qəsəbə, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində möbcud olmuş qəsəbə. Muğan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan (Karbi) — Karbi mahalında kənd. Muğan (Germi) Digər Muğan düzü — Azərbaycan Respublikasında düzənlik. Muğan Salyan FK — Azərbaycan Respublikasının Salyan rayonunda futbol klubu. Muğan (əsər) — Səməd Vurğunun poeması.
Ucan
Ucan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Uçan kimi əksini tapmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli uc etnoniminə cəmlik bildirən -an şəkilçisinin artırılması ilə düzəlib «ucların yaşadığı yer, uclara məxsus kənd» deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 235 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 444 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 318 nəfər, 1916-cı ildə 480 nəfər, 1918-ci ildə 300 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Muş, Van qəzalarından köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Uhan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir. Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən.
Ulan
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13–14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI–XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
Uman
Uman (ukr. Умань) — Ukraynanın Çerkassi vilayətində şəhər. == Qardaş şəhərlər == İsrail, Aşkelon Rumıniya, Botoşani Polşa, Qnezno, Kurnik, Lansut == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Uman informational portal (ukr.) Evening Uman. Uman informational portal and newspaper (ukr.) Uman photos. Uman biggest photos collection portal (ukr.) Uman videos.
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
Usan
Usan Xan - türk, monqol və altay mifologiyasında su ilahı. Uhan Xan da deyilir. Yer üzündəki suları və su qaynaqlarını, bulaqları, mənbələri qoruyur. Suların bollaşmasını təmin edər. Qalxanı sudandır. Getdiyi yerlərdən sular fışqırar. Rəngi qırmızıdır. Monqolların 99 cənub tanrısının nümayəndəsidir. (Tatay Xan isə 77 şimali tanrısının nümayəndəsidir.) == Loson xan == Monqol və buryat mifologiyasında su tanrısıdır. Usan Xanın əmrindəki bir varlıqdır.
Uxan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir. Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən.
Axtaçı Muğan
Axtaçı Muğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sabirabad rayon Sabir Ağayev adına tam orta məktəb mövcuddur. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Cem Uzan
Cem Çingiz Uzan (türk. Cem Cengiz Uzan; 26 dekabr 1960, İstanbul) — Türkiyə iş adamı, siyasətçisi və Gənc Partiyanın qurucusu və sabiq sədri.
Gavurarx (Muğan)
Gavurarx — Güney Azərbaycan ərazisindən Quzey Azərbaycan ərazisinə qədər uzanan və Atropatena dövrünün yadigarı olan qədim arx. Arxın adı bir çox tarixi mənbələrdə xatırlanır. T. Bəhrami "Əkinçilik mədəniyyəti" adlı əsərində yazır: "Muğanda görünməkdə olan bir arx Gavurarx adı ilə məşhurdur. Daha doğrusu Gavurların arxı. Bu arx qədimdə Muğan atəşpərəstləri tərəfindən çəkilmişdir. Muğanı Arazın suyu ilə bu arx vasitəsilə suvarırmışlar. Gavurarxın hal hazırda dolmasına baxmayaraq onun nişanələri hələ də qalmaqdadır." Güney Azərbaycanda arxın uzunluğu 100 kilometrdən artıqdır. Teymur Bünyadov yazır ki, Gavurarx adı yəqin ki, ona İslamın qəbulundan sonra verilmişdir. Şəmsəddin Saminin fikrincə Gavurarxın adındakı gavur sözü "gəbr" sözündən törəmədir və gavur atəşpərəst deməkdir. T. Bünyadov bildirir ki, ola bilsin ki, arxın çəkilməsində farsların hansısa rolu olmuşdur və yerli türk əhali də ona görə bu arxı Gavurarx adlandırmışdır.
Rüstəmbəyovlar (Muğan)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Rüstəm bəydir. O, Salyan mahalının Marışlı kəndində anasdan olmuşdu. Fətəli xan Qubalıya xidmət etmişdi. Rüstəm bəyin Hüseyn bəy, Rza bəy, Ələkbər bəy adlı oğulları vardı. Hüseyn bəy 1777-ci ildə Salyan mahalının Marışlı kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Hüseyn bəyin Baba bəy, Əli bəy, Xəlil bəy, Əbdülhüseyn bəy adlı oğlanları vardı.
Salih Uçan
Salih Uçan (6 yanvar 1994, Marmaris, Muğla ili) bir türk futbolçudur . Super Liqa komandalarından biri olan Alanyaspor'da oynayır.
Seylor Uran
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Sinan Oğan
Sinan Oğan (14 mart 1969, İğdır) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, strateji tədqiqatçı və keçmiş MHP-li deputat (2011–2015); Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqından prezidentliyə namizəd göstərilmişdir. == Həyatı == Əslən azərbaycanlı olan Sinan Oğan 1969-cu ilin mart ayının 15-ində İğdırda dünyaya gəldi. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. O, on iki şiə müsəlmandır. Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olmuş və MHP-nin S. Oğanı bu bölgədə 1 nömrəli namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlmişdir. Türkiyə Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanmışdır. == Fəaliyyəti == Onun iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaratmışdır.
Səngi Muğan
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir. == Tarixi == Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni.
Muğan Məmmədov
Məmmədov Elman Hüseynəli oğlu (1942, Leninkənd, Laçın rayonu – 27 fevral 1985, Bakı) — alim, fizika-riyaziyyat elmlər namizədi == Həyatı == 1942-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. 1962–1967-ci illərdədə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil almış, ali məktəbi Fərqlənmə diplomu ilə bitirdikdən sonra Universitetin Elmi Şurasının qərarı ilə aspiranturada saxlanılmışdır. T. Şevçenko adına Kiyev Dövlət Universitetinin fizika üzrə aspiranturasında təhsilini davam etdirmiş, fizika elminin müasir problemlərindən biri olan "Plazmanın Nəzəri Problemləri" mövzusunda elmi işlə məşğul olmuşdur 1971-ci ildə aspiranturanı vaxtından əvvəl bitirmiş və həmin ildə "Məhdud Plazma-Elektron Seli Sistemi Dayanıqsızlığının Tədqiqi" mövzusunda elmi iş müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi adı almışdır. 1969–1970-ci illərdə Xarkov Hərbi Radiotexnika Akademiyasında Xüsusi hərbi xidmətdə olmuşdur. 1971-ci ildə xüsusi təyinatla Azərbaycan Dövlət Universitetində elektronika kafedrasına müəllim təyin olunmuş, sonrakı illərdə "Atom və Molekulaların Kvant Mexanikası" kafedrasının assistenti, 1976-cı ildə baş müəllimi, dosenti olmuşdur. 1976–1977-ci illərdə Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi inistitunda işləmiş, orada işlədiyi vaxt, Almaniya, İngiltərə, Çexoslovakiya və ABŞ alimləri ilə iş birliyi quraraq dörd elmi əsərin müəlifi olmuşdur. Muğan Məmmədov 33 elmi əsərin və "Plazma Fizikası va Onun Tətbiqi prespektivləri" adlı kitabın müəllifidir. O, Azərbaycanda plazma fizikası ilə məşğul olan ilk alimlərdən biridir. 27 fevral 1985-ci ildə vəfat etmişdir.
Muğan bələdiyyəsi
Muğan bələdiyyəsi (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Muğan düzü
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. == Etimologiyası == Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. == Coğrafi yerləri == Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq == Ümumi məlumatlar == Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Muğan eyzeniyası
Eisenia cinsinin Azərbaycanda 5 növü yayılmışdır. Xarakterik növü Muğan eyzeniyası hesab olunur. Nadir relikt növdür. == Qısa təsviri == Bədən silindrik formada olub, boz və ya açıq qəhvəyi rəngdədir. Uzunluğu 53 —68, eni 4 —6 mm-dir. Buğumlarının sayı 155 ilə 181 arasında dəyişilir. Qılları cüt —cütdür. Kəmərcik 28-ci buğumdan 41-ci buğuma qədər olan sahəni əhatə edir. Pubertat lövhə 35-ci buğumdan 39-cu buğuma qədər uzanır. Bədənin kəmərcik zonasında və kəmərcikdən öndə yerləşən bir neçə buğumlardakı qarınyanı qıllar xüsusi çıxıntıların (papil) üzərində yerləşmişdir.
Muğan hadisələri
Muğan hadisələri — 1918–1919-cu illərdə Rusiya vətəndaş müharibəsi fonunda Muğanda Ağ qvardiya, bolşeviklər və Azərbaycan qüvvələri arasında qarşıdurma. Nəticədə Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu. Oktyabr inqilabından və Qafqaz Cəbhəsinin dağılmasından sonra indiki Azərbaycan Respublikasının cənubunda Muğanda hakimiyyətsizlik yarandı. Yerli əhali ilə Rusiya imperiyası dövründə bu regionda məskunlaşmış rusların etnik gərginliyi hərbi əməliyyatlara çevrildi. Muğanlılar kimi tanınan rus mühacirlərin köməyinə bölgəni tərk etməkdən imtina edən bir çox rus sərhədçi zabitləri də gəlmişdilər. Etnik toqquşmalar dövrü yalnız 1918-ci ilin aprelində Bakı kommunasının hissələri tərəfindən Sovet hakimiyyətinin qurulmasından sonra başa çatdı, barışıq cəhdləri oldu. Lakin Sovet hakimiyyəti uzun sürmədi və Bakı Kommunası süquta uğrayandan bir neçə ay sonra Muğanda Rusiyanın ağ qüvvələrinin marionet hökuməti quruldu. Buna baxmayaraq, regionda vəziyyət anarxiyanın astanasında qaldı, hökumətin nüfuzu zəif idi və 1919-cu ilin aprelində regionda yenidən Sovet hakimiyyəti Muğan Sovet Respublikasının (MSR) simasında bərqərar oldu. Çar ordusunun zabitlərinin yeni Sovet hakimiyyətini tanımaqdan imtina etməsi və əvvəlki hökumətlərin liderlərindən biri olan polkovnik İlyaşeviçin həbsi Muğanda ağlar və qırmızılar arasında müharibəyə gətirib çıxardı. Eyni zamanda, azərbaycanlıların və talışların MSR-a qarşı yönəlmiş genişmiqyaslı üsyanı başladı, onların köməyinə Azərbaycanın müntəzəm ordu hissələri çatdı.
Muğan mahalı
Muğan mahalı — tarixi-coğrafi və inzibati ərazilərdən biri. == Tarixi == İndiki Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Həsən xan, sonra əmisi oğlu Mustafa bəy olub. Bu tarixi-coğrafi ərazini Petropavlovka dairəsi əvəz etmişdir. 1921-1930-cu illər arası Petropavlovka dairəsi adlandırılmışdır. == Əhalisi == 1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı. ==== Muğan mahalı bəylərinin siyahısı (1820-ci il) ==== Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub. ==== Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi ==== Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub. == İqtisadiyyatı == Muğan mahalının sakinləri əkinçilik, maldarlıq və pambıqçılıqla məşğul olurdular. == Hakimlər == Ramazan sultan (?-1727) Əliqulu xan Şahsevən (1727-1734) Məhəmməd xan (1734-?) Səfiqulu xan Qiyas xan (1742-1750) Həsən xan (1750-1789) Mustafa bəy İbrahim xan (1789-1794) Səfi xan Muğanlı (1794-1805) == Mənbə == Дренякин И.Т. Описание Ширвана.
Muğan mədəniyyəti
Talış-Muğan mədəniyyəti və ya Muğan mədəniyyəti — Son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) Muğan düzündə və Talış dağlarında mövcud olmuşdur. Bu dövrdə əsas məşğuliyyət növləri maldarlıq və kənd təsərrüfatı idi. Qərbi Asiya tipində tunc və dəmir qılınclar bu dövr üçün xarakterikdir. == Adı == 60-cı illərə qədər tarixi ədəbiyyatda güman edilirdi ki, Talış mədəniyyəti Muğan mədəniyyətindən fərqli olmuşdur. Bununla əlaqədar olaraq tarixşünaslıqda «Muğan mədəniyyəti» və «Talış mədəniyyəti» anlayışları var idi. Fərman Mahmudov 1964-cü ildən etibarən Azərbaycanın cənubi-şərq ərazisində aşkar edilən mədəniyyət nümunələrinin kompleks şəkildə öyrənilməsi nəticələrinə əsaslanaraq Talış və Muğandan üzə çıxarılan maddi abidələrin tiplərinə,xarakterlərinə, tarixi inkişafına və s. xüsusiyyətlərinə görə oxşar və yaxın olduqlarını müəyyən etdi. O əsaslandırdı ki, bu regionda iki mədəniyyət yox, məhz vahid bir mədəniyyət — «Talış-Muğan mədəniyyəti» olmuşdur.
Aqan
Aqan (rus. Аган) — Rusiyanın Tümen vilayətində çay. Tromqeyan çayının (Obun qolu) sol qoludur. Uzunluğu 544 kilometr, hövzəsinin sahəsi isə 32,200 km2-dir. Pur çayı ilə Ob çayının sağ qolları hövzələrinin bataqlığı suayırıcısından başlanır. Qərbi Sibir düzənliyinin mərkəzi hissəsi ilə axır. Suyunu, əsasən, qar və yağışdan alır. Oktyabrın axırlarından maya qədər donmuş olur.
Uqah
Uqah — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Uqah kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Zakir Qadiri Uqan
Zakir Qadiri Uqan (tatar. Закир Хәлим улы Кадыйри; 1878, Simbirsk quberniyası[d] – 1954, Ankara) — tatar əsilli antropoloq, tarixçi və yazıçı. İbn Haldunun Müqəddimə adlı əsəri ilə Quran təfsirçisi Təbərinin Tərixul-Ümum və Mülük adlı əsərini türkcəyə tərcüməsi ilə tanınır. == Həyatı == Zakir Qadiri Uqan əslər tatardır. Samara vilayətinin Berende bölgəsinin Osta Kandal (Abdullovo) kəndində 1878-ci ildə doğulmuşdur. Təhsilinə kəndində başlayıb, Simbir şəhərindəki Vəli Həzrət və Şakir Axund mədrəsələrində davam etmişdir. 16 yaşında Buxaraya gedib 5 il islam fəlsəfəsi və hikmət təhsili almışdır. Ardıyca İstanbula gedib Yaqub Mustafa adı ilə Darül-Fünün İlhaiyyat fakültəsinə qəbul olmuşdur. Hakimiyyət əleyhinə düşüncələri olduğu üçün təqib edildi və Hicaza qaçdı. Şeyx İshaq əl-Hindidən təfsir və hədis, Ədibül Hicaz Mehmed Əli Əfəndidən ərəb ədəbiyyatı dərsləri aldı.
Qan
Qan — orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3–4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bioloji fəal aktiv maddələrin (hormonların) sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Lüqan (Averon)
Lüqan (fr. Lugan, oks. Luganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12134. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfər (15-64 yaş) arasında 130 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 69.9%).
Rob Duqan
Rob Dugan (ing. Rob Dougan; mart 1969, Sidney) — müxtəlif musiqi janrlarını sintez edən bəstəkardır. Onun kompozisiyaları özündə orkestr musiqini, trip-hop və ivokal elementlərini əks etdirir, eyni zamanda, qismən elektron musiqiyə aid edilir. 1995-ci ildə buraxılmış və "Matritsa", sonralar isə "Bleyd" treylerində istifadə edilmiş «Clubbed to Death (Kurayamino variation)» sinqlı ilə məşhurlaşmışdır. "Clubbed to Death" 2002-ci ildə işıq üzü görmüş və müəllifin debüt albomu hesab edilən «Furious Angels» albomuna daxil edilmişdir. == Diskoqrafiyası == === Studiya Albomları === 1-CD [RDR Album Volume 1.- Clubbed to Death] (11 kompozisiya, 1995 il). «Furious Angels». 1-CD (14 kompozisiya, 2002 il) baza redaksiyasında. 2-CD (15+10 kompozisiya, 2003 il) təkrar nəşr (ikinci disk birinci diskin instrumental versiyasıdır). === Sinqllar === 1994: «Hard Times».
Suqan silsiləsi
Suqan silsiləsi — Mərkəzi Qafqazda, Kabardin-Balkariya və Şimali Osetiya ərazisində yerləşən dağ silsiləsi. Silsilə Çereka-Balkarriya hövzəninin qərbində, Urux hövzəsinin şərqindədir. Cənubdan isə silsiləni Karasu çayının hövzəsi əhatə edir. Dağ silsiləsinin ümumi uzunluğu 23 km-dir. Baş Qafqaz silsiləsinin şimalında yerləşən Yan silsilənin bir hissəsi hesab olunur. Silsilənin şimal yamacı Kabardin-Balkariya Respublikasının ərazisinə aiddir. Suqan zirvəsi və silsilənin cənub yamacı Şimali Osetiya ərazisinə daxildir. Baş Qafqaz silsiləsi Suqan silsiləsi ilə Ştulinski boyunu ilə birləşir. Bu ərazidən Qeze-Tau Baş Qafqaz silsiləsinə ayrılır. Silsilənin qərbindən şərqinə doğru zirvələrin hündürlüyü öncə qalxır, sonra isə enir:Gülçi-Tau (4447 m), Suqan (4487 m), Sunqabaşı (4481 m), Naxaşbita (4439 m), Suqatı (4300 m).