Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uzanma
Uzanma (rus. простирание, ing. strike) — layın təbəqənin, damarın, qatın, qırılma müstəvisinin və s. üzərində üfqi xəttin meridiana nisbətən istiqaməti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.
Qazmaq
Düyü Qazmağı — Plov süfrəyə düzülərkən üzərinə qazmaq düzülür. == Hazırlanma texnologiyası == Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna “döşəmə plov” deyilir. Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir. Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Ulama
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Anamaq (Mərənd)
Anamaq (fars. انامق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,494 nəfər yaşayır (389 ailə).
Azamat İşenbayev
Azamat Beişenbekoviç İşenbaev (19 iyun 1978, SSRİ) — Qırğızıstan futbolçusu, hücumçusu. Qırğızıstan milli komandasında oynamışdı. == Karyerası == 1995-ci ildə Bişkek "Alqa"-nın tərkibində Qırğızıstan Milli Futbol Çempionatında çıxış etməyə başladı. 1997-ci ildə Bişkek "Dinamo"-suna köçdü və üç qat çempion (1997, 1998, 1999) və Qırğızıstan çempionatının gümüş medalçısı (2000) oldu. 2000-ci ildə vurduğu 16 qolla çempionat bombardirləri mübahisəsinin ilk 5-inə girdi. 2001-ci ildən bu yana "Dordoy Bişkek"-də oynadı (sonradan klub bir neçə il Dordoy-Dinamo adlandırıldı). 2001-2003-cü illərdə ardıcıl üç dəfə milli çempionatın bürünc medalçısı və 2004-2007-ci illərdə çempionatın, 2004-2006-cı illərdə də Qırğızıstan kubokunun qalibi oldu. 2001-ci ildə 20 qolla çempionat bombardirləri mübahisəsində üçüncü yeri tutdu, daha sonra mövsüm ərzində dəfələrlə 10 qola çatdı. Beynəlxalq səviyyədə AFC Prezident Kubokunun qalibi (2006, 2007) və finalçısı (2005) oldu. 2008-ci ilin əvvəlində bir qrup təcrübəli oyunçu ilə birlikdə "özünə qarşı daha aşağı tələblər etmək" səbəbindən Dordoydan qovuldu .
Təkqardaş zambaq
Təkqardaş zanbaq (lat. Lilium monadelphum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Hündürlüyü 1 m-ə çatan və ondan hündür olan bitkidir. Soğanağı enli-yumurtaşəkilli, xaricdən krem rəngli pulcuqla, qalın, düz, sıx yarpaqla örtülmüşdür. Aşağı yarpaqları enli-neştərşəkilli, yuxarı yarpaqları xətvari-neştərşəkillidir, aşağı tərəfdən kənarları və damarlar kirpikciyə oxşar yumşaq tüklüdür. Çiçəkləri piramidavari salxım çiçək qrupunda toplanmış və (1) 3-6 ədəd əyilmiş çiçəkdən ibarətdir; çiçəkləri iridir, qıfaoxşardır, qızılı-sarı rənglidir, ətirlidir və uzunluğu 8-10 sm-dir. Çiçəkyanlığının yarpaqcıqları neştərvaridir, qaidə hissəsinə doğru az daralmış, çiçəkləmənin sonuna yaxın azacıq geriyə qatlanmışdır. Qutucuq 4 sm-ə yaxın uzunluqdadır. İyun ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Böyük Qafqazın şərqində, qərbində, Quba sahəsində yuxarı dağ qurşağında və subalp qurşağında yayılmışdır.
Vadidəki Zambaq
Vadidəki Zambaq – dahi fransız yazıçısı Onore de Balzak tərəfindən qələmə alınmış romandır. Kitab, ilk dəfə 1835-ci ildə nəşr olunub və yazıçının nəhəng ədəbi varidatı içərisində ən seçilən əsəridir. Məktub şəklində qələmə alınan roman, baş obraz olan Felix de Vandenesse adlı şəxsin dilindən nəql edilir. Əsər, məhəbbət romanı olmaqla yanaşı, həm də, dövrün müxtəlif siyasi və sosyal hadisələrinə də toxunur. Dahi Balzakın özünə xas yazı üslubuyla, bacarığını maksimum şəkildə ortaya qoyduğu bu roman hər bir oxucuya yüksək təsir bağışlayacaq kitablar sırasındadır. == Məzmun == Felix de Vandenesse: Felix, ailəsi tərəfindən qatı qanunlarla, sevgi göstərilmədən böyüdülmüş utancaq bir gəncdir. O, romanın ilk hissəsində, kiçik yaşlarında məruz qaldığı qəddarlıqları uzun uzadıya nağıl edir. Yazıçı, Felixin uşaqlıq illərini nəql edərkən, öz uşaqlıq dövründən təsirlənmişdir. Ailəsindəki sevgisizliyin əksinə, Felix daha emosianal və duyğularına asan qapılan bir kimsədir. Odur ki, bir cümləsində deyir "Təbiət mənə sevməyə əlverişli bir qəlb veribdir." Hələ 20 yaşında olarkən bir dövlət şənliyində ilk dəfə gördüyü gözəl bir qadına aşiq olur.
Yumurta yazmaq
Yumurta yazmaq Azərbaycan folklorunda bir dəb dir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazma dir. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. == Yazılmış yumurtalardan örnəklər == Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. == Həmçinin bax == Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.
Ay (zaman)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Damaq sümüyü
Dersu Uzala
Dersu Uzala (d. 1849-ö. 1908) — ovçu, nanay (qold) hansı ki, bütün həyatını tayqa meşələrində yaşayıb. == Həyatı == Onun heç vaxt evi olmayıb, o həmişə açıq səma altında yaşayıb, ancaq qış aylarında özünə soyuqdan müdafiə olunmaq üçün koma tikirmiş. Yaxşı təlim görmüş cavan Vladimir Klavdiyeviç Arsenyev və "meşə insanı" Dersu birlikdə 1902–1907-ci illərdə ussur tayqasında neçə kilometrlərlə yol qət eləmişlər. Onlar bu gəzintilər zamanı çox yaxşı dost olublar. Ekspedisiyadan sonra 1907-ci ildə Arsenyev tez anlayan Dersunu Xabarovskdakı evində yaşamağa dəvət edir. Dersu öz kapitanını çox sevirdi, ancaq şəhər həyatı artıq ona ağır gəlirdi. Meşələrin insanına dörd divar çox sıxıcı görünürdü. 1908-ci ilin yazında Dersu öz dostu ilə sağollaşdı və piyada doğma vətəni olan Primor vilayətinə yollandı.
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Məhəmməd Zaman
Məhəmməd Zaman və ya Məhəmməd Paolo Zaman Kermani (d. 1680-ci ildən əvvəl – ö. 1700-cü ildən sonra) — Səfəvi imperiyasında fəaliyyət göstərən məşhur rəssam və xəttat. Səfəvi imperiyası miniatür sənətində XVII əsrin ortalarında yaranmağa başlayan Farangi-Sazi üslubunun ən görkəmli nümayəndələrindən biri hesab edilir. == Həyatı == Təxminən 1680-ci ildə dünyaya gəlmiş, fəaliyyəti nəticəsində məşhur Səfəvi xəttatlarından və rəssamlarından birinə çevrilmişdir. Əslən Kermandan olsa da, Təbrizdə təhsil almışdır. II Şah Abbasın hakimiyyəti dövründə şah tərəfindən rəssamlıq sənəti alması üçün Romaya göndərilmişdir, lakin buradakı təhsili zamanı Katolik olmuş və Paolo adını qəbul etmişdir. Din dəyişdirdiyinə görə, Səfəvi imperiyasına geri döndükdən sonra problem yaşamışdır. Xristianlığı qəbul etməsinin aşkarlanmasından sonra Böyük Moğol imperiyasına qaçmış, moğol sülaləsi tərəfindən qəbul edilərək saraya yerləşdirilmişdir. O, rəssam və xəttat kimi italyan rəssamların texnikasından təsirlənmişdir.
Xamaq Monqol
Xamaq-Monqol xanlığı, Xamaq-Monqol Ulusu (monq. Хамаг Монголын ханлиг, Хамаг Монгол улс; 1080-1206) — tarixi monqol dövləti. Xamaq-monqol deyə tanınan monqol tayfa birliyinin dövləti idi. İlk xaqanı Xaydu xan, son xaqanı isə Çingiz xan idi. 1206-ci ildə böyüyərək Böyük Monqol İmperiyasına çevrilmişdir. Xaqanlığın başında Börçigin sülaləsi dururdu. Paytaxtının Kerulen çayının yaxınlığında olduğu ehtimalı vardır. == Etimologiya == Xamaq Monqol sözü monqolca "Bütün monqollar" deməkdir. Bunun səbəbi Xamaqmonqol Ulusunda bütün monqol qəbilələrinin və xalqlarının yaşaması idi. == Hökmdarları (Xanlar, Xaqanlar, Kağanlar) == Bunula belə, görkəmli Azərbaycan alimi Fəzlullah Rəşidəddinə görə, Çingiz Xaqanın atası Yesugey Bahatur da Xamaqmonqol Ulusunun xaqanı idi və Fəzlullah onu öz "Cami ət-Təvarix"-ində Yesugey xan, Yesugey xaqan adlandırır.
Zaman (ad)
Zaman — Azərbaycanda kişi adı. Zaman Abdulla — Azərbaycanlı şair. Zaman Əsgərli — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist.
Zaman (dəqiqləşdirmə)
Zaman — ölçülə bilən fiziki kəmiyyət. Həmçinin aşağıdakı mənalara da gələ bilər; Zaman — hadisələrin müəyyən ardıcıl gedişinin dərki; Zaman — Türkiyədə nəşr olunan gündəlik qəzet Zaman — qrammatikada hadisələrin gedişini təsvir edən forma.
Zaman (fizika)
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Zaman (fəlsəfə)
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zaman Abdulla
Zaman Abdulla (tam adı:Abdullayev Zaman Məsimalı oğlu), (d.1938, Çaxırlı, Göyçə - ö. 09.08.2004, Bakı) – şair. == Həyatı == Abdullayev Zaman Məsimalı oğlu 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı (Qızılbulaq) kəndində anadan olub. Anası Zərnişan mahalın Daşkənd kəndində yaşayan Şahnazarlı nəslindən olan Çıraqəlinin qızıdır. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda atası Məsimalı müharibəyə getmiş və bir daha geri qayıtmamışdır. Anası Zərnişan balaca 3 yaşlı Zamanı da götürərək ata evinə yəni Çıraqəli kişinin himayəsinə getmişdir. 1944-1954-cü illərdə Daşkənd kənd orta məktəbində oxumuşdur. Sonralar Zaman Abdullayev Qazaxıstanda, daha sonra isə Stavropolda yaşamışdır. O, sonda yenə doğma Göyçə mahalına qayıtmışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür.
Zaman Məmmədov
Zaman Habil oğlu Məmmədov (3 avqust 1995, Şahtaxtı, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası — 28 oktyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaman Məmmədov 1995-ci il avqustun 3-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 2002-2013-cü illərdə Şahtaxtı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Zaman Məmmədov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Zaman Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaman Məmmədov oktyabrın 30-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunun Şahtaxtı kəndində dəfn olunub.
Zaman Novruz
Zaman Novruz(ing. Zaman Nəzərəli oğlu Novruzov; d.7 noyabr 1932, Kürdəmir, Axtaçı k. - ö.14 avqust, 2005, Bakı) — nasir, publisist, Azərbaycan Xalq Yaradıcılığı Akademiyasının biologiya doktoru (1993), 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1932-ci il noyabrın 7-də Azərbaycanda Kürdəmir rayonunun Axtaçı kəndində anadan olub. 1958-ci ildə Sabirabad şəhər orta məkətbini bitirib. 1958-63-cü illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitunun sənaye iqtisadiyyatı fakültəsində, 1963-69-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil alıb. 1954-59-cu ildə Əmək fəaliyyətinə Azərbaycan Xalq Təsərrüfatı Şurasında mühəndis-texnoloq kimi başayıb. 1959-89-cu ildə Azərbaycan Daxili İşlər Nazirliyində baş exspert, baş müstəndiq, idarə rəisi işləmişdi. 1988-ci ildən Azərbaycan Ovçular Cəmiyyyəti birliyinə sədr seçilən Z.Novruz 1991-1993-cü illərdə Azərbaycan Dövlət Texniki Universitetində professor əvəzi fəaliyyət göstərmişdir. 2005-ci il avqustun 14-də Bakı şəhərində dünyasını dəyişmişdi.
Üçayaq
Üçayaq — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranmış qədim xalq rəqsi Naxçıvan və Şərur rayonlarında yaranmış "Tənzərə" rəqsindən xeyli fərqlənir. Bu rəqsdə oyunlar olmur, yəni rəqs xarakterli yallılardır. Yallı asta və sürətli hissələrdən ibarətdir.