Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Landsxut varislik müharibələri
Landsxut varisliyi müharibəsi (alm. Der Landshuter Erbfolgekrieg‎) — 1503–1505-ci illərdə Bavariya-Münhen və Bavariya-Landsxut hersoqluqları arasında mübahisə nəticəsində baş vermiş müharibə. Vittelsbax sülaləsinin fərqli qolları arasında əvvəlki razılaşma olan Pavia müqaviləsinə əsasən kişi nəsillərində bir qolun nəslinin kəsilməsi halında titul kişi xətti ilə başqa bir qola miras qalmalı idi. Bu müqavilə, bir nəsil kəsilərsə torpaqları Müqəddəs Roma İmperatorunun miras almasını şərtləndirən imperiya qanunları ilə ziddiyyət təşkil edirdi. == Səbəbi == Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi (Elizabeta Frayzinq yepiskopu Ruprext ilə daha sonra evləndi). Bu isə Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı və qanunsuz hesab edildi. 1503-cü il dekabrın 13-də hersoq Georqun ölümündən 10 gün sonra Landsxutda vərasət iclası keçirildi. Albert buraya göndərdiyi səfirlər vasitəsilə miras iddialarını irəli sürdü, Landsxut qəsrini artıq ələ keçirmiş Ruprext isə iclasda şəxsən iştirak edirdi. İclas zamanı məlum oldu ki, Landsxut şurasının aşağı palatası Albertin hakimiyyətə gəlməsinə qarşıdır.
Landsxut varislik müharibəsi

İspaniya Varislik Müharibəsi
İspaniya mirası uğrunda müharibə (1701–1714) — XVIII əsrin əvvəllərində, 1700-cü ilin noyabrında vəfat edən və varisi olmayan İspaniya kralı II Karlın ölümü ilə başlanan ümumavropa müharibəsi. II Karl taxt-tacını daha sonra İspaniya Kralı V Filip olan Fransız kralı XIV Lüdovikin nəvəsi Anju hersoqu Filipə vəsiyyət etmişdi. Müharibə Müqəddəs Roma İmperatoru I Leopoldun sülaləsinin (Habsburqların da) İspan mülkləri hüququnu müdafiə etmək cəhdi ilə başladı. XIV Lüdovik torpaqlarını daha aqressiv şəkildə genişləndirməyə başladıqda, bəzi Avropa ölkələri (əsasən İngiltərə və Hollandiya Respublikası) Fransanın güclənməsinin qarşısını almaq üçün Müqəddəs Roma İmperiyasının tərəfini tutdu. Fransa və İspaniya arasındakı ittifaqda yeni dövlətlər əlavə ərazilər qazanmağa və ya mövcud torpaqlarını müdafiə etməyə çalışırdılar. Müharibə yalnız Avropada deyil, lokal qarşıdurmanın getdiyi və ingilis kolonistləri tərəfindən Kraliça Anna müharibəsi adlandırdıqları Şimali Amerikada da gedirdi. Müharibə on üç ildən bir az çox davam etdi. Müharibə hersoq De Villyar və hersoq Bervik (Fransa), hersoq Marlboro (İngiltərə) və Savoy şahzadəsi Yevgeni (Avstriya) kimi istedadlı sərkərdələri üzə çıxarıb məşhurlaşdırdı. Müharibə Utrext (1713) və Raştatt (1714) müqavilələrinin imzalanması ilə sona çatdı. Nəticədə V Filip İspaniya kralı olaraq qaldı, lakin Fransa taxt-tacına varis olmaq hüququnu itirdi və bu da İspaniya və Fransa sülalələrinin ittifaqını pozdu.
Drakula 3: Varislik (film, 2005)
Drakula 3: Varislik (ing. Dracula III: Legacy) — 2005-ci ildə istehsal olunmuş filmdir. == Xarici keçidlər == Drakula 3: Varislik — Internet Movie Database saytında.
Varislik. Kamal Talıbzadə (film, 2016)
Varislik. Kamal Talıbzadə qısametrajlı televiziya filmi. 2016-cı ildə Azərbaycan Televiziyasında rejissor Murad Quliyev tərəfindən çəkilib. == Məzmun == Film tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın Elm xadimi, Azərbaycanın Maarif xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Kamal Talıbzadəyə həsr olunub. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.
Aridlik
Aridlik — sahənin quraq iqlimli olması. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
Bavariya varisliyi müharibəsi
Bavariya varisliyi müharibəsi (alm. Bayerischer Erbfolgekrieg‎; 3 iyul 1778 – 13 may 1779) — Avstriyanın Habsburq monarxiyası ilə Saksoniya və Prussiya ittifaqı arasında Vittelsbax sülaləsinin Bavariya qolunun yox olmasından sonra Bavariya Elektoratının varisliyi ilə bağlı mübahisə. Habsburqlar Bavariyanı əldə etməyə çalışırdılar, lakin ittifaq onlara qarşı çıxaraq Vittelsbaxların başqa bir qoluna üstünlük verdi. Hər iki tərəf böyük orduları toplasa da, müharibədə yeganə döyüş bir neçə xırda çəkişmə oldu. Bununla belə, minlərlə əsgər xəstəlik və aclıqdan öldü, Prussiya və Saksoniyada münaqişəyə Kartoffelkrieg (Kartof müharibəsi) adı verildi; Habsburg Avstriyada bəzən Zwetschgenrummel (Gavalı təlaşı) adlanırdı. 30 dekabr 1777-ci ildə Vittelsbaxın kiçik nəslinin sonuncusu Maksimilyan Jozef özündən sonra heç bir uşaq qoymadan çiçək xəstəliyindən öldü. Vittelsbax Evinin üst səviyyəli qolundan gələn IV Karl Teodor ən yaxın qohumluq iddiasına malik idi, lakin onun da onun yerini tutacaq qanuni övladı yox idi.
Döyüş Şöhrətli Varislər (1974)
== Məzmun == Film Bakıdakı ixtisaslaşdırılmış Cəmşid Naxçıvanski Adına 2 Saylı Hərbi Məktəbdən, bu məktəbdə təhsil alan gələcək zabitlərin necə hazırlanmalarından danışılır. Filmdə deyilir ki, burada ilk buraxılış 1973-cü il iyulun 12-də olub. Məktəbdə Azərbaycanın hər yerindən şagirdlər oxuyur, onlar hərbi işi öyrənirlər. Burada təcrübəli müəllimlər dərs deyirlər. Tez-tez müharibə veteranları ilə görüşlər keçirilir.
Döyüş şöhrətli varislər (film, 1974)

Marışlı
Marışlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə "Mirtağı" məscidi dini icması fəaliyyət göstərir.
Zarıslı
Zarıslı — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Zarıslı kəndi Daşaltı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zarıslı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Toponimikası == Yaşayış məntəqəsi Azərbaycan şairəsi, xan qızı Xurşidbanu Natəvana (XIX əsr) məxsus kəndlərdən olmuşdur. Kəndin yaxınlığında Zarıs qalasının xarabalığı var. Mənbələrdə XIII əsrdən adı çəkilən Zarıs toponimi güman etmək olar ki, əslində Sarısudur. Monqol dilində s-z əvəzlənməsi mümkündür. Yəqin ki, monqollar bu toponimi Zarıs variantında qeydə almışlar. Kənd adı ərazisindən axan eyniadlı çayın adı ilə bağlıdır.
Yarışlı gölü
Yarışlı gölü — Burdurun Yaşılova vilayətində göl. Sahəsi 16 km2 olan karstik göl Harmanlı, Yarışlı, Kocapınar, Sazaq və Düğer kəndləri arasında yerləşir. Göl içində balaca ada da var. Göl natrium fosfat, natrium xlorid və natrium sulfatla zəngin olduğundan suları şordur. Kümbet, Yarışlı, Kilsə bulaqları, Qadınca suyu, Başquyu çayı və yağıntılarla qidalanır. Qidalanma mənbələri zəif olan göl xaricə çıxışı olmayan Buldur gölündən alçaq təpələrlə ayrılır. Axarların gölə qarışdığı sahələrdə bitki örtüyü inkişaf etmişdir. Göl bioloji müxtəliflik baxımından kasıbdır. Dərə ağızlarında ancaq dişi sazan balığı yaşayır. Göl suları yayda quruyaraq duzlu bataqlığa çevrilir.