Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varvara
Varvara — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Varvara Corcadze
Varvara Corcadze (gürc. ბარბარე ჯორჯაძე; 1833, Kistauri[d], Kaxetiya, Rusiya imperiyası – 10 (22) aprel 1895, Qremi, Kaxetiya, Rusiya imperiyası) — ilk gürcü feminist, dramaturq, şairə, ictimai xadim, ilk feminist manifestinin və "Gürcü mətbəxi və ev təsərrüfatına dair məsləhətlər" adlı ilk yemək kitabının müəllifi. == Bioqrafiya == 1833-cü ildə Kistauridə David və Nino Eristavi ailəsində anadan olmuşdur. Varvara evdə yaxşı təhsil almışdır. 1845-ci ildə 12 yaşında, hərbi karyerası uğursuz olan hərbçi Zaxariya Corcadze ilə evlənir. Həmin vaxt gənc ailəyə Varvaranın qardaşı Rafael Eristavi böyük köməklik göstərib. Yeni evlənənlər Qremidəki Corcadzenin malikanəsində məskunlaşırlar. 1850-ci ildən o, ilk şeirlərini yazmağa başlayır. 1854-cü ildə "İveriya" qəzetində ləzgilərin Kaxetiyə basqınının faciəvi nəticələri haqqında geniş məqaləsi dərc olunur. Jurnalistika ilə paralel olaraq hekayələr və pyeslər yazmaqla məşğul olur.
Varvara Filiou
Varvara Filiou (29 dekabr 1994) — Yunanıstanı təmsil edən bədii gimnast. Varvara Filiou 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Filiou həm də 2013-cü ildə Aralıq dənizi Oyunlarının gümüş medalını qazandı. == Karyerası == Varvara Filiou 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.624 xal topladı və 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Varvara Maqnisali
Varvara Maqnisali (d. 10 iyul 1986; Afina, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Varvara Maqnisali 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Varvara Maqnisali 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Yeleni Xronopoulou və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Varvara bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müqəddəs Varvara kafedralı
Müqəddəs Varvara kafedralı (çex. Chrám svaté Barbory) — Çexiyanın Kutna Hora şəhərinin mərkəzində yerləşən roma-katolik kilsəsi. Qotik üslublu kilsə 1388-1558-ci illər arasında inşa olunmuşdu. Kafedral Mərkəzi Avropanın ən məşhur qotik kilsələrdən biridir. 1995-ci ildə Varvara kafedralı ətrafdakı komplekslə birlikdə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == 1388-ci ildə Kutna Hora şəhərində mədənçilərin himayədarı sayılan müqəddəs Varvaranın (Barbora) şərəfinə möhtəşəm kilsənin tikintisi başlanılmışdır. X əsrdə hazırkı bu ərazidə gümüş filiz yataqları aşkar edilməsi, Kutna Hora şəhərinin yaranmasının əsas səbəblərdən biri idi. Üç əsr sonra isə burada artıq gümüş mədənçıxarma güclü inkişaf etmişdi və şəhər o zamanın ən sabit Avropa valyutalarından biri sayılan Praqa qroşunun zərb mərkəzinə çevrilmişdi. İstehsal işləri elə yaxşı gedirdi ki, XIV-XV əsrdə yerli "Eşşək" minası Ginnesin Rekordlar Kitabına daxil ola bilərdi - 500 metr dərinliyə çatmış mədən, dünyanın ən dərin minalarından biri sayılırdı. Məhz gümüş filizi çıxarılan mədənlərdə işləyən bu insanlar, kafedralın tikintisi üçün öz himayədarlığı irəli sürmüşdülər.
Müqəddəs Varvara kilsəsi
Müqəddəs Varvara kilsəsi və ya İçərişəhər erməni kilsəsi — Azərbaycanın Bakı şəhərində 1797-ci ildən 1990-cı ilə qədər mövcud olmuş kilsə. Kilsə İçərişəhərdə yerləşir. XIX əsrin II yarısında kilsənin qarşısındakı keçmiş Varvarevskaya küçəsi də (indiki H. Rzayeva küçəsi) bu kilsənin o dövrdəki adı ilə adlandırılmışdır. Kilsə bütpərəst ailəsində doğulub, daha sonra xristianlığı qəbul etdiyi üçün 306-cı ildə öldürülmüş və sonradan müqəddəslik almış Varvaranın şərəfinə ucaldılmışdır. == İstinadlar == == Mənbə == Ibrahimov, Kamil. "Qız qalası yaxınlığındakı abidə". www.anl.az. www.anl.az. İstifadə tarixi: 26 mart 2020.
Varvara Adrianova-Perets
Varvara Pavlovna Adrianova-Perets (rus. Варвара Павловна Адрианова-Перетц; 30 aprel (12 may) 1888 və ya 12 may 1888, Nejin[d], Nejin qəzası[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 6 iyun 1972, Leninqrad) — Rusiya və Ukrayna ədəbiyyatşünası, Ukrayna Elmlər Akademiyasının (1926) və SSRİ Elmlər Akademiyasının (1943) müxbir üzvü. O, XVII–XVIII əsrlər rus dilini və rus ədəbiyyatını, Ukrayna ədəbiyyatını tədqiqi etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Варвара Павловна Адрианова-Перетц. — М.: Издательство АН СССР, 1963 (Материалы к биобиблиографии учёных СССР. Сер. литературы и языка; вып. 4). Varvara Adrianova-Perets // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Varvara su anbarı
Varvara su anbarı - Kür çayının üzərində, Mingəçevir SES-dən 20 km aşağıda yerləşir. Ondan buraxılan suları gündəlik tənzimləmək və elektrik enerjisi istehsal etmək məqsədilə 1956-ci ildə istismara verilmişdir.Su anbarının uzunluğu 13 km, normal səviyyədə maksi­mum eni 3,4 km-dir, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu 31 km, su güzgüsünün sahəsi isə 20,5 km²-dir. Varvara su anbarında 3 aqreqatdan ibarət və ümumi gücü 16,5 min.kvt olan Varvara su-elektrik stansiyası fəaliyyət göstərir. == Su anbarının ixtiofaunası == Varvara su anbarının ixtiofaunasının növ tərkibini və onların rastgəlmə intensivliyini nəzərdən keçirtsək burada 34 növ və yarımnöv, iki hibrid və bir forma (karp) balığının təftişi göstərmişdir ki, müasir dövrdə su anbarında Xəzər qızıl balığı, Kür xramulyası, zərdəpər, mursa, poru, qılınc balıq və Xəzər minoqası yoxdur (İsmayılov, 2004). Varvara su anbarında hazırda 26 növ və yarımnöv, iki hibrid və bir forma, balıq (27+3) vardır. Bu balıqların içərsində çox saylılar – durna balğı, külmə, həşəm, Zaqafqaziya gümüşçəsi, çapaq, naxa, sıf, daban balığı, Kür gümüşçəsi; orta saylılar- kür şəmayısı, qambuziya, Kür xulu, Qafqaz xulu, çəki, karp; azsaylılar – Kür qumlaqçısı, Kür altağızı, lil balığı, qızılüzgəc, Qafqaz enlibaşı; seyrək rast gələnlər qıjovçu, qızılı ilişkən; hibrid- külmə x çapaq və hibrid- külmə x altağız ayırd edilir.Aparılmış son tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, külmə vətəgə əhəmiyyətli balıqlar arasında say dinamikasına görə birinci yeri tutur (34,5%), sonrakı yeri 25,5 %- lə çapaq tutur. 15,5%-lə həşəm, üçüncü, 10,7%- lə çəki dördüncü yeri tutur. Axırıncı yerləri sıf balığı 8,9% və durna balığı 4,8% tutur. Su anbarında bitkilərin (xüsusilə qamış) həddən artıq çoxalması və inkişafı, yırtıcı balıqların digər vətəgə əhəmiyyətli balıqları və onların körpələrini ovlanma imkanını artırır.
Müqəddəs Varvara kilsəsi (Bakı)
Müqəddəs Varvara kilsəsi və ya İçərişəhər erməni kilsəsi — Azərbaycanın Bakı şəhərində 1797-ci ildən 1990-cı ilə qədər mövcud olmuş kilsə. Kilsə İçərişəhərdə yerləşir. XIX əsrin II yarısında kilsənin qarşısındakı keçmiş Varvarevskaya küçəsi də (indiki H. Rzayeva küçəsi) bu kilsənin o dövrdəki adı ilə adlandırılmışdır. Kilsə bütpərəst ailəsində doğulub, daha sonra xristianlığı qəbul etdiyi üçün 306-cı ildə öldürülmüş və sonradan müqəddəslik almış Varvaranın şərəfinə ucaldılmışdır. == İstinadlar == == Mənbə == Ibrahimov, Kamil. "Qız qalası yaxınlığındakı abidə". www.anl.az. www.anl.az. İstifadə tarixi: 26 mart 2020.
Darvaza
Darvaza — Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.
Karrara
Karrara (it. Carrara) — İtaliyanın Toskana regionunda şəhər.
Marqara
Marqara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Orta əsrlərdə Naxçıvan ərazisinə daxil olmuş Marqara ərazisində şəhərin və yaxud şəhərtipli yaşayış məntəqəsinin mövcud olduğu haqqında alman səyyahı İohan Şiltberqer "Səyahət kitabı"nda məlumat vermişdir. İ.Şiltberqerin məlumatlarının dəqiq tərcüməsi belədir: “Burda üç şəhər də var, biri Maraqara (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır”. Qeyd olunan ilk şəhər – Maraqara və ya Maqara adlı ərazinin adı 1722-1736-cı illərin hadisələrindən bəhs edən “Anonim xronika”da da qeyd olunmuşdur. Nadirqulu xanın Talış ərazisindən Arpaçay yaxınlığında yerləşən Maraqaraya tərəf hərəkət etdiyini göstərən mənbədə Maraqaranın Arpaçay yaxınlığında yerləşdiyi göstərilir. Xronikanı türk dilindən rus dilinə tərcümə edən və qeydlər yazan akademik Z.Bünyadov Maraqara vadisinin Arpaçayın sol sahilində Ani şəhəri ətrafında yerləşdiyini qeyd etmişdir.
Varnava
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Vartana
Vartana — Kirovakan rayonunda kənd. == Tarixi == 27 noyabr 1988-ci ildə Kirovakan şəhərində at oynadan daşnak terror qrupu Vartana kəndinə soxulmuşdur. Daşnak Qazanstyan Samvelin terror qrupu Bayramov Qaranı (evindən çıxmadığına görə) vəhşicəsinə qətlə yetirmişlər. Lyova və Lendrum Xaçaturyan qardaşları Hüseynova Leylini əzabla qətlə yetirirlər. Vanesyan Samvelin terror qrupu İsgəndərov Mehralını, arvadı Xanımı və 17 yaşlı Alimi öldürülməzdən əvvəl Xanımı soyunduraraq ərinin gözləri qarşısında lüt-üryan rəqs etməyə məcbur etmişlər. Bundan sonra hər üçünü parça-parça doğramışlar. Qriqori Çavuşyanla Hamlet Qasparyanın terror qrupu 1924-cü il təvəllüdlü Əliyev Abdullanı öldürmüşlər. Evlərini tərk etmədiklərinə görə Məmmədov Süleyman Yosmedyan Surenin, Alıyev Əhmədi isə Vazgenin terror qrupu qətlə yetirmişdir. Terrorçu Zehranyan Suren Əliyeva Fatmanı «Niva» markalı minik maşınının təkərləri altına salıb əzmişdir. Beləliklə, kənd əhalisini ölümlə təhdit edərək doğma ev-eşiyini tərk etməyə məcbur etmişlər.
Varşava
Varşava (pol. Warszawa ) — Polşanın paytaxtı, ərazicə və əhalicə ən böyük şəhəri. 1596-cı ildə kral III Sigizmundun Vavel qəsrində yanğın olduqdan sonra o öz iqamətgahını Varşavaya köçürür. Paytaxt kimi statusu ilk dəfə Polşanın 1791-ci il Konstitusiyasında əksini tapıb. Şəhərin ərazisindən Visla çayı axır. == Tarixi == Varşava şəhərinin əsası 1300-cü ildə polyak knyazlarının biri tərəfindən qoyulub. Sürətlə böyüyən şəhər 1413-cü ildə Masoviya knyazlığının paytaxtına çevrilir. 14–15-ci əsrlərdə Varşava iqtisadiyyatı ticarət və sənətkarlığın əsasında inkişaf edirdi. 1526-cı ildə Varşava Polşa krallığının tərkibinə daxil olur. Artıq 1529-cu ildə ilk dəfə Varşavada Polşa seyminin toplantısı keçirilir.
Xarvana
Xarvana — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,642 nəfər və 415 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan Türkcəsində danışırlar.
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Vardar
Vardar (mak. Vardar, yun. Αξιός) — Makedoniyanın ən uzun, Yunanıstanın əsas çaylarından biri. == Ümumi xarakteriskası == Uzunluğu — 388 km, hövzəsi isə 24 438 км²-dir. Çayın mənbəyi Vrutok kəndi yaxınlığında yerləşir. Mənsəbinin hündürlüyü 683 metrdir. Vardar çayının hövzəsi demək olar ki, Makedoniya ərazisinin üçdə iki hissəsini əhatə edir. Vardar çayı demək olar ki, bütünlüklə dağlıq ərazidən axır. Çayın keçdiyi ərazilərdə ölkənin ən münbüt torpaqların yayılmışdır. == Adının mənası == Vardar sözünün dəqiq mənşəyi haqqında məlumat yoxdur.
Varaha
Varaha — Vişnunun donuz şəklində üçüncü avatarıdır. Rəvayətə görə, Yeri götürüb kosmik okeanın dibinə aparan Rakşasa (cin) Hiranyakşaya qalib gəlmək üçün ortaya çıxdı. İlahi Varaha ilə sonda qalib gələn Hiranyakşa arasındakı müharibənin min il davam etdiyi güman edilir. Onu uzun dişləri arasında aparan Varaha Yeri okeandan çıxarır və onu kainatdakı yerinə qaytarır. Bu avatarda olarkən Vişnu Prithvi (Bhudevi) ilə evləndi. Rəsmlərində Varaha ya sırf heyvan kimi, ya da insan bədənində donuz başı ilə təsvir edilmişdir. Onun insan bədəni formasında dörd qolu var, bir əlində təkər, digərində dişli, digər iki əlində gürz, qılınc, lotus tutur və ya xeyir-dua (mudra) jesti edir. Dünya donuzun uzun dişləri arasında dayanır. Bu avatar Yerin daşqından xilas olmasını və yeni kosmik dövrün başlanğıcını təmsil edir. == Etimologiyası == Sanskrit dilindən tərcümədə Varaha (Skt.
Arara
Arara — Braziliyanın şəhəridir.
Aqata Barbara
Aqata Barbara (ing. Agatha Barbara 11 mart 1923 – 4 fevral 2002) — Maltanın dövlət xadimi və siyasətçisi, 1982-1987-ci illərdə Malta prezidenti. == Bioqrafiyası == Karyerasına məktəbdə müəllim kimi başlamışdır (1942-1947). 1946-cı ildən siyasətdə fəal iştirak edir və Leyborist Partiyasına qoşulur. 1947-ci ildə Malta Leyborist Partiyasının İcraiyyə Komitəsinin üzvü olur və Maltanın Nümayəndələr Palatasına seçilir. Ölkədə ilk qadın millət vəkili kimi tarixə düşür. Sonradan 1982-ci ildə deputatlıqdan könüllü istefaya qədər Malta Parlamentinin də istisnasız olaraq bütün seçkilərdə deputat seçilir. 1955-ci ildə təhsil və mədəniyyət nazirinin portfelini təhvil alır. Bununlada ilk Malta qadın naziri olur. Təhsilin geniş əhali üçün daha əlçatan olmasına yönəlmiş bir islahatı həyata keçirir.
Barbara Buyka
Barbara Buyka (d. 5 sentyabr 1986) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Barbara Buyka, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Barbara Buyka, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Barbara Buş
Barbara Buş (ing. Barbara Pierce Bush; 8 iyun 1925[…], Manhetten, Nyu-York ştatı – 17 aprel 2018[…], Hyuston, Texas) - ABŞ Prezidenti Corc Herbert Uoker Buşun həyat yoldaşıdır.
Barbara Kyappini
Barbara Chiappini (it. Barbara Chiappini; 2 noyabr 1974, Piaçensa, Emiliya-Romanya) — İtaliya kino, televiziya və teatr aktrisası və model.