Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
III Yabalaxa
III Yabalaxa, III Yahballaha, erkən illərində Rabban Markos və ya V Yahballaha (d. 1245-ö. 13 noyabr 1317) — Şərq Kilsəsinin 1281-ci ildən etibarən 1317-ci ilə qədər patriarxı. Şərq Kilsəsinin patriarxı kimi o, Hülakü hökmdarı Qazan xan və onun xələfi Olcaytunun hakimiyyəti dövrlərindəki təqiblər zamanı fəaliyyət göstərmişdir. O, Papanın üstünlüyünü qəbul etmiş və kilsə birliyi qurmağa çalışmışdır. Onun bu birlik üçün fəaliyyəti Şərq Kilsəsinin Nestorian yepiskopları tərəfindən rədd edilmişdir. Koşanqin yerlisi olan III Yahballaha Monqol imperiyası tərəfindən idarə olunan Çindən gəlmiş və dərvişvari həyat yaşayan Rabban Bar Sauma ilə Qüdsü ziyarət etməyə çalışmış, lakin həmin dövrdə monqollarla Məmlük dövləti arasında müharibə olduğuna görə onlar bu istəklərinə çata bilməmişdirlər. Şərq Kilsəsinin patriarxı I Denha onları geri çağırmış və Markosu Kataylar və Onqların yepiskopu kimi təqdis etmişdir. Həmçinin ona Mar Yahballaha adı da verilmişdir. Hər bir halda, onların hər ikisi Mosulda yerləşən monastrılarda qalmağı seçmişdir.
Yağmalamaq (video oyun)