Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yazışma komitələri
Yazışma komitələri — ABŞ İstiqlal müharibəsi başlamazdan əvvəl, Britaniya Parlamentinə qarşı müxalifəti və daha sonra ABŞ-nin müstəqilliyinə dəstəyi koordinasiya etməyə çalışan ABŞ siyasi təşkilatları toplusu. Bostondan olan patriot Samuel Adamsın ideyası olan komitələr məktublar yazmaqla On üç koloniyadakı patriot liderləri arasında yeraltı rabitə şəbəkəsi yaratmağa çalışırdılar. Komitələr Filadelfiyada keçirilən Birinci Kontinental Konqresin yaradılmasında mühüm rol oynamışdılar. == Funksiyası == Komitələrin funksiyası müəyyən bir koloniyanın sakinlərini Britaniya tacının gördüyü tədbirlər barədə xəbərdar etmək və şəhərlərdən kəndlərə məlumat yaymaqdan ibarət idi. Xəbərlər adətən atda və ya gəmilərdə kuryerlər tərəfindən daşınan əl ilə yazılmış məktublar və ya çap edilmiş broşürlər vasitəsilə yayılırdı. Komitələr bu xəbərin fikirləri düzgün əks etdirməsinə cavabdeh idi və lazımi qəbul edən qruplara göndərildi. Bir çox müxbirlər müstəmləkə qanunvericilik məclislərinin üzvləri idi. Onlardan digərləri də "Azadlıq oğulları" və Gerb Aktı Konqresində fəal idilər. Komitələr patriotizmi və evdə istehsalı təşviq edir, amerikalılara dəbdəbədən çəkinməyi və daha sadə həyat sürməyi tövsiyə edirdi. Komitələr Amerika ictimai həyatının bir çox aspektləri üzərində öz səlahiyyətlərini tədricən genişləndirmişdilər.
Yumurta yazmaq
Yumurta yazmaq Azərbaycan folklorunda bir dəb dir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazma dir. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. == Yazılmış yumurtalardan örnəklər == Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. == Həmçinin bax == Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.
Nəsrlə yazılmış Milad nəğməsi
Nəsrlə yazılmış Milad nəğməsi: Ruhlarla Yul hekayəsi (ing. A Christmas Carol. In Prose. Being a Ghost Story of Christmas) və ya daha çox "Milad nəğməsi" (ing. A Christmas Carol) — Çarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər.
Eyfel qülləsində adı yazılmış şəxslər
=== Yerləşdiyi yer === Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
İşıqla yazılan tarix (film, 2020)
"İşqla yazılan tarix" — Filologiya elmləri doktoru, professor Rafael Hüseynovun müəllif filmi. AzTV istehsalıdır. == Məzmun == Fotoqrafiya sənətinin yaranması və keçdiyi inkişaf yoluna həsr olunmuşdur. Filmdə Milli Arxiv İdarəsi (Azərbaycan) və AzTVnin arxiv materiallarından istifadə olunmuşdur.
Melani Martines tərəfindən yazılmış mahnıların siyahısı
Melani Martines amerikalı müğənni-mahnı yazarıdır. Martines 2012-ci ildə ABŞ televiziya şousu The Voice istedad yarışmasına qatılmış və Adam komandasının üzvü olmuşdur. Yarışmanın beşinci həftəsində kənaraşdırıldıqdan sonra o, müstəqil şəkildə öz orijinal musiqisi üzərində işləməyə başlayıb. O, 2014-cü ildə "Dollhouse" mini-albomunu buraxıb. Mini-albomda yer alan "Carousel" treki "American Horror Story: Freak Show" serialının treylerində nümayiş edilib. Martines 2015-ci ildə buraxdığı ilk albomu olan "Cry Baby" ilə daha çox uğur qazanmışdır.
Nazaret və Sinayda gürcü dilində yazılar
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları. Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. == Ədəbiyyat == Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
Eyfel qülləsi üzərinə yazılmış 72 şəxsin adı
=== Yerləşdiyi yer === Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
Eyfel qülləsində adı yazılmış 72 şəxsin adı
=== Yerləşdiyi yer === Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.