Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babunə
Aşağı Babunə (Çaroymaq)
Zərənə
Zərənə — İranın İlam ostanının Eyvan şəhristanının Zərənə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,909 nəfər və 605 ailədən ibarət idi.
Zəbur
Zəbur (ərəb dili: زبور, ibrani dili: תְּהִלִּים Təhillim, yunan dili ψαλτήριον Psalterion). Qədim ibrani dilində תְּהִלִּים (Təhillim) kəlməsi "Həmdlər" mənasına gəlir, qədim yunan dilində ψαλτήριον (Psalterion) kəlməsi isə sitraya bənzər çox simli bir alətin adı idi. 150 mədh və dualardan ibarət olan bu kitab yəhudi Müqəddəs Yazıları olan Tanaxın Yazılar (כְּתוּבִים Kətuvim) hissəsində yer alır. == Zəburun bölünməsi == Zəbur 150 məzmurdan (ruhani nəğmə) ibarətdir. Yəhudi Müqəddəs Yazılarının ən qədim tərcüməsi Septuagintada məzmurların sıra sayı Zəburun ibrani mətnindəkindən bir az fərqlənir. İbrani mətni ilə qədim yunan tərcüməsində (Septuaginta) olan sıra sayının fərqi aşağıdakı cədvəldə göstərilir: Bibliyanın Septuagintadan edilən rus və digər tərcümələrində məzmurların sıra sayı Septuagintaya əsaslanır, lakin 2009-cu ildə nəşr olunan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində qədim ibrani mətn əsas götürülmüşdür. Bundan əlavə, Zəbur kitabı ənənəvi olaraq 5 hissəyə bölünür: a) 1–41-ci məzmurlar; b) 42–72-ci məzmurlar; c) 73–89-cu məzmurlar; ç) 90–106-cı məzmurlar; e) 107–150-ci məzmurlar. == Zəburun müəllifləri == Məzmurların əksəriyyətində müəlliflərinin adları qeyd edilmişdir. Ümumiyyətlə, Zəburu çox vaxt "Davudun Zəburu" adlandırırlar. Doğrudan da, ən qədim məzmurların müəllifi Davud peyğəmbər olmuşdur.
Zərnə
Zərnə — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Zərnə kəndi Qax rayonunun mərkəzindən 18 km məsafədə (köhnə Zaqatala yolu üzərində) yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Kəndin adının yaranması tarixçəsində belə qeyd olunur ki, vaxtilə bu kənddə çəltik, düyü əkərlərmiş. Bu düyü növü zər kimi parıldayarmış, bərq vurarmış. == Toponimikası == Zərnə oyk., sadə. Qax r-nunun Ləkit i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XVIII əsrin 20-ci illərində Dağıstanın Saxur kəndindən və Şəkidən köçüb gəlmiş ailələr Zəmə adlı çəltik əkini sahəsində salmışlar. Bəzi tədqiqatçılara görə, oykonim ərəb dilindəki zər (əkin) sözündən və -nə sözdüzəldici şəkilçisindən ibarət olub, “əkin yeri” mənasındadır. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Zərnə kəndində milli tərkibi ləzgilərdən və muğallardan ibarət 94 ailə yaşayırdı.
Səbinə Abbasova
Səbinə Abdullayeva
Səbinə Xanlar qızı Abdullayeva - Azərbaycanı 57 kq çəki dərəcəsində təmsil edən, B2 kateqoriyalı paralimpiyaçı cüdoçu. Beynəlxalq Görmə əlilləri İdman Federasiyası (ing. IBSA - International Blind Sports Federation) tərəfindən 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan cüdo üzrə Dünya Çempionatında 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. BGİF tərəfindən təşkil olunan 2013-cü ildə Macarıstanın Eger şəhərində və 2015-ci ildə Portuqaliyanın Odivelaş şəhərində keçirilən Cüdo uzrə Avropa Çempionatlarının ikisində də 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. Bundan əlavə 2015-ci ildə paytaxtımızda təşkil olunan İlk Avropa Oyunlarında da 57 kq çəkidə gümüş mükafatçı olmuşdur. İlk Avropa Oyunlarındakı böyük nailiyyəti və Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci ildə imzaladığı sərəncamına əsasən "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı cüdonun 57 kq çəki dərəcəsində təmsil edib 7-ci yeri tutmuşdur.
Səbinə Alməmmədova
Səbinə Məmməd qızı Alməmmədova (18 mart 1972, Bakı) — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent. == Həyatı == Səbinə Alməmmədova 18 mart 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-1994-cü illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. 1994-2004-cü illərdə AMEA RH “Analitik informasiya” şöbəsində aparıcı mütəxəssis həmçinin “Azərbaycan və Azərbaycanlılar” jurnalının məsul katibi və tərcüməcisi vəzifəsində çalışmışdır. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2008-ci ildən etibarən Azərbaycan Texniki Universitetində “Xarici dillər” kafedrasında ingilis dilini tədris edir. 2008-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda “Bəxtiyar Vahabzadə poeziyasının dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillər kafedrası üzrə ixtisası üzrə dosent elmi adı verilmişdir. 2016-2018-ci illərdə "Azərbaycan dilinin lüğət tərkibində alınmalar" adlı layihənin aparıcı koordinatoru olub. 2018-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda filologiya elmləri doktoru dərəcəsi almaq üçün “Müasir Azərbaycan ədəbi dilində alınma terminlərin unifikasiya və standartlaşdırma formaları” mövzusunda dissertasiya müdafiə etmişdir.
Səbinə Ağayeva
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Səbinə Babayeva
Səbinə Eldar qızı Babayeva (2 dekabr 1979, Bakı) — Azərbaycan pop müğənnisi, Azərbaycanın əməkdar artisti (2018). Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub. == Həyatı == Səbinə Babayeva 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinfinə daxil olub. Burada o, Azərbaycanın xalq artisti Natəvan Şeyxovadan dərs alıb. Kolleci bitirdikdən sonra Səbinə xanım Azərbaycanı musiqi müsabiqələrində təmsil edib. 2003-cü ildə Səbinə Babayeva "Bəyaz həyat" serialında "Röya kimi" mahnısını ifa edıb və geniş tamaşaçı kütləsinə tanınıb. Sonrakı illərdə o, caz janrında mahnılar ifa edib və Bakı Caz Mərkəzində çalışmağa başlayib. 2013-cü il 28 mart tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Emin Ağalarova məxsus olan "Oceans away" mahnısının təqdimat mərasimi keçirilib. 2014-cü ildə 17 yanvar tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Günay Malikqızına məxsus olan "Ey Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirilib.
Səbinə Hacıyeva
Səbinə Hacıyeva (aktrisa)
Səbinə Heydərova
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Səbinə Mikina
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var. == Karyerası == Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu. Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.
Səbinə Nemətzadə
Səbinə Nemətzadə — Azərbaycanın şərqşünas alimi, əlyazmaşünas, sənət tarixçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini. == Həyatı == Səbinə Ələsgər qızı Nemətzadə 1974-cü il oktyabr ayının 24-də Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirərək Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutuda aspiranturanın əyani şöbəsinə qəbul olur. 2002-ci ildə “Əllamə Həsən İbn Sədidəddin İbn Əl-Mütəhhər Əl-Hilli və onun "İrşadül-əzhan ila əhkamil-iman" əsərinin fiqh tarixində yeri” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 2001-2003-cü illərdə Müasir Təhsil Kompleksində ərəb dili fənnini tədris etmişdir. 2004-2005-ci illərdə Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsində “Şərq ölkələri fəlsəfə tarixi” fənnini tədris etmişdir. Səbinə Nemətzadənin tədqiqatı tarixşünaslıq, dinin tarixi və fəlsəfəsi, İslam sənət tarixi, dinşünaslıq, İslam fəlsəfəsi, mədəniyyətin fəlsəfəsi elm sahələri üzrədir. Fəlsəfə tarixçisi Səbirə Nemətzadənin bacısıdır. Səbinə Nemətzadə jurnalist-publisist Hüseynbala Nemətzadənin qardaşı qızıdır. == Yaradıcılığı == Səbinə Nemətzadə 2000-ci ildə aspiranturanı bitirərək M.Füzuli adına Əlyazmalar İnstitutuna təyinat almışdır, kiçik elmi işçi vəzifəsiylə fəaliyyətə başlamış, 2001-2004-cü illərdə elmi işçi, 2004-cü ildən 2014-cü il 1 mart tarixinə qədər böyük elmi işçı vəzifələrində çalışmışdır.
Səbinə Nuriyeva
Səbinə Xasayeva
Səbinə Səməd qızı Xasayeva (qızlıq soyadı: Süleymanova; 30 mart 1993, Bakı) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb. İngilis və norveç dillərini bilir. Evlidir, 2 övladı var. == Fəaliyyəti == Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir. 2015-2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.
Səbinə İlyasova
Səbinə Babaverdi qızı İlyasova — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti 2012.İfa etdiyi mahnıların lent yazıları AzTV-nin Qızıl fondunda qorunub saxlanılır. == Həyatı == İlyasova Səbinə Babaverdi qızı 1959-cu il 12 oktyabrda Azərbaycan Respublikası Siyəzən şəhərində ziyalı ailəsində anadan olub. Respublikamızın bütün füsunkar guşələrində qastrol səfərlərində olmuş, hərbi hissələrdə, didərgin düşmüş soydaşlarımızın məskunlaşdığı bölgələrdə, bu cəhətdən uşaq evlərində geniş konsert proqramları ilə iştirak etmişdir. 1986-cı ildə ailə qurmuş və 1 övladı var. == Təhsili == 1979–1984-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin "Muğam" sinifini bitirmişdir. Muğam dərslərini əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevdən almışdır. == Fəaliyyəti == 1982–1989-cu ilə qədər dünya şöhrətli müğənni, görkəmli sənətkar Rəşid Behbudovun dəvəti ilə Azərbaycan Dövlət mahnı teatrında çalışmışdır. 1980–1991-ci illərdə mərhum sənətkar Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında fəaliyyət göstərmişdir. 1989–2006-cı illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti olaraq Azərbaycanın milli musiqisini dünyanın müxtəlif ölkələrində ((Almaniya, Türkiyə, Ruminiya, Belçika, Hollandiya, Rusiya, İsveç və s.) uğurla təmsil etmişdir. == Mükafatları == 1979-cu ildə "Oxu Tar" Respublika müsabiqəsinin qalibi kimi birinci dərəcəli diploma layiq görülmüşdür.
Səbinə Şıxlinskaya
Səbinə Şıxlinskaya (d. 26 aprel 1962 Azərbaycan SSR, SSRİ) — Azərbaycan rəssamı. == Həyatı == 2006-cı ildə Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar rəssam” fəxri adı" təltif olunub.
Səbinə Əhmədova
Səbinə Əliyeva
Səbinə Əliyeva (tam adı: Səbinə Yaşar qızı Əliyeva; 7 may 1980, Bakı) — dövlət məmuru, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili. == Həyatı == Səbinə Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində anadan olub. Səbinə Əliyeva ailəlidir, 2 övladı var. Milli Məclisin I və II çağırış üzvü, Azərbaycanın Çindəki sabiq səfiri, dövlət və siyasi xadim Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. == Təhsili == 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetində "Hüquq fakültəsin"də oxumuş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir 2000–2002-ci illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsində magistratura səviyyəsində təhsilini Dövlət hüququ ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil almışdır. 2016-cı ildə "Beynəlxalq hüquq və İnsan hüquqları" ixtisası üzrə dissertasiya işini müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. Rus və ingilis dillərini bilir. Bitərəfdir.
Səbinə Əsədova
Səbinə Çingiz qızı Əsədova (29 noyabr 1977, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı (2018-2020), "Tərəqqi" medalı lauratı (2021), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti (2000–2018), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının baş müəllimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akadmeiyasının nəzdnində Şövkət Məmmədova adına Opera studiyasının direktoru, opera müğənnisi, mezzo-soprano. == Həyatı == Səbinə Əsədova Çingizovna 1977-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbini, 1995-ci ildə isə Bakı şəhər Q.Şaroyev adına 35 nömrəli musiqi məktəbini bitirib. 1995–2001-ci illərdə bakalavr pilləsi üzrə dosent Sevda Məmmədovanın sinifində, 2001–2003-cü illərdə magistr pilləsi üzrə SSRİ xalq artisti, professor Fidan Qasımovanın sinifində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin "solo oxuma" ixtisası üzrə təhsil alıb . 2000-ci ildən 2018-ci ilə dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti vəzifəsində çalışıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: Jorj Bizenin "Karmen" operasında Mersedes, Cüzeppe Verdinin "Trubadur" operasında Azuçena, "Riqoletto" operasında Maddalena və Çeprano, "Traviata" operasında Flora, "Don Karlos" operasında Emilia və Eboli, Volfqanq Amadey Motsartın "Hamı belə edir" operasında Dorabella, "Sehrli fleyta" operasında 2-ci xanım, "Fiqaronun toyu" operasında Marselina, Qaetano Donizettinin "Sevgi şərbəti" operasında Gianetta, Coakkino Rossininin "Sevilya bərbəri" operasında Berta, Cakomo Puççininin "Madam Butterfly" operasında Suzuki, "Canni Skikki" operasında Zita,"Il Tabarro" operasında Fruqola, Pyotr İliç Çaykovskinin "Qaratoxmaq qadın" operasında Qrafinya və Polina, Fikrət Əmirovun "Sevil" operasında Gülüş. Səbinə Əsədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Dəfələrlə klassik dünya və azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansambları ilə çıxış edib. Onun repertuarı barokko dövründən tutmuş muasir bəstəkarlarınin əsərlərinə kimi opera və kamera musiqisini əhatə edir. Rusiya, İtaliya, İsveçrə və Azərbaycanda keçirilən opera ifaçılığı üzrə dünya şöhrətli sənətkarlardan: İrina Doljenko, Françeska Patane, Anatoliy Qusev, Luybov Stuçevskayadan ustad dərsləri almışdır.
Səbinə Əzimova
Səbinə Əzimova (2 noyabr 2000, Lənkəran) — Azərbaycanlı ağır atlet. Yeniyetmələr arasında Avropa Çempionatının 3 qat qalibi, 2-cisi və 3-cüsü; yaşı 15-ə qədər olan qızların 53 kq çəkidə rekordçusu. == Həyatı == Səbinə Əzimova 2 noyabr 2000-ci ildə Lənkəran şəhərində anadan olub. == Karyerası == 25 sentyabr 2017-ci ildə Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa Çempionatında birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq-la bu hərəkətdə 2-ci olub. Təkanla qaldırmada isə 96 kq qaldıraraq bu hərəkətdə də 2-ci yeri tutub. Ümumilikdə 174 kq (78+96) nəticə göstərən idmançı 53 kq çəki dərəcəsində 17 yaşa qədər olan qadın atletlər arasında Avropa çempionu olub. Bu, onun üçüncü Avropa çempionluğu olub. 2018-ci ildə Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa Çempionatında 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanıb. 2018-ci il noyabrın 29-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan Kubokunda sinkleyr cədvəli üzrə mütləq qalibin müəyyən edilməsi uğrunda ümumilikdə 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə 1-ci yer olub. 7 fevral 2019-cu ildə Şüvəlandakı AA akademiyasında Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi Azərbaycan Çempionatında, qaliblərin Sinkleyr cədvəlinə əsasən müəyyən edildiyi yarışda, ümumilikdə 154 kq (67+87) nəticə və 231.6 xalla qızıl medal qazanıb.
Səbinə Kərimova
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var. == Karyerası == Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu. Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.
Zəminə Aslanova
Zəminə Sərdar qızı Aslanova (20 iyun 1940, Qalaqayın, Sabirabad rayonu – 23 iyun 2019, Qalaqayın, Sabirabad rayonu) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR pambıq ustası (1973), SSRİ Dövlət mükafatı laureatı (1976). == Həyatı == Zəminə Aslanova 1960-cı ildən Sabirabad rayonundakı 26 Bakı komissarı adına kolxozun üzvü, 1963-cü ildən həmin kolxozda briqadir işləmişdir. 1976-cı ildə pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Kolxozçuların 3-cü Ümumittifaq qurultayının(1969, Moskva), həmçinin Sov.İKP 24 və Azərbaycan KP 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK təftiş komissiyasının üzvü olmuşdur(1976). Azərbaycan SSR Ali Sovetinin(7, 8 və 9-cu çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Zəminə Aslanova 23 iyun 2019-cu ildə vəfat etmişdir. == Mənbə == Зәминә Сәрдар гызы Асланова // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш.
Zəminə Cavanşir
Zəminə Rəşid ağa qızı Cavanşir – Rəşid ağa Cavanşirin qızı.“Gənclik” nəşriyyatında redaktor Rəşid ağanın birinci qızı Zəminə bəyim 1933-cü il fevralın 18-də Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) filologiya fakultəsini bitirmiĢdi. Uzun illər “Gənclik” nəşriyyatında redaktor işləmişdir. Zəminə bəyim tanınmış şair Rasim Kərimli (1932-1996) ilə ailə qurmuşdu... Zəminə xanım hazırda Bakıda yaşayır.
Zəminə Dünyamalıyeva
Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb. Zəminə Dünyamalıyeva ailəlidir, üç övladı var. == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. === Partiya fəaliyyəti === 1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub. 1998-ci ildə YAP-dan istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 1998-ci ildən 2007-ci illədək Azərbaycan Demokrat Partiyasının (ADP), 2007-ci ildən 2009-cu illədək Açıq Cəmiyyət Partiyasının (ACP) (dövlət qeydiyyatı yoxdur) üzvü olmuşdur. Həmin partiyanın Ali Məclisinin sədri olan Zəminı Dünyamalıyeva həmçinin bir müddət Demokratik Qüvvələrin Milli Şurasında da təmsil olunmuşdur.
Iebine
Liparis (lat. Liparis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Azərbaycan zebusu
Azərbaycan zebusu — Azərbaycan Respublikası ərazisində yaşayan zebu. Qaramal yarımnövlərindən birinin (Bos tarurus) xüsusi formasıdır. Cidovunda piyli və əzələli hürgücü vardır. Rəngi qara, sarı, narıncı qırmızı, boz rənglərin ağ rənglə qarışığından ibarət olub, çilli və xallıdır. Azərbaycan Respublikasında zebunun yayılmasının ilk izlərinə eramızdan əvvəl 2000-2500-ci illərdə rast gəlmək olur. Fransız arxeoloqu Jan Demorqanın 1883-cü ildə Lənkəran ərazisində aşkar etdiyi nadir tapıntı üzərində zebu təsviri olan möhür bu fikri təsdiq edir. Yer üzərində mövcud qaramalın (1318,4 milyon) 60%-dən çoxu zebu və zebuqanlı heyvanlardır. Bu da onun ağır iqlim və əlverişsiz yemləmə şəraitində öz müsbət qiymətli bioloji xüsusiyyətlərini saxlamaqdan ibarətdir. Azərbaycan zebusunun qanında leykositlərin faqositar bakteresoid lizosim fəallığı yüksəkdir. Ona görə də zebu və hibridlər bir çox infeksion və invazion xəstəliklərə dözümlüdür.
Mao Zedung
Mao Tszedun həmçinin Sədr Mao (26 dekabr 1893[…], Şaoşan[d], Tzin sülaləsi – 9 sentyabr 1976[…], Çjunnanhay[d]) — Çin Xalq Respublikasının ilk lideri. ÇXR-nın qurucusu Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Mao, 1893-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Uşaqlığından bəri həmişə Pekini görməyi, orada yaşamağı xəyal edib. 15 yaşı olduqdan sonra paytaxtda nəşr olunan gənclik jurnallarını izləməyə başlayıb. O, Yeni Mədəniyyət hərəkatının nəşrlərindən biri olan Yeni Gənclik jurnalını sevərək oxuyub. Bu jurnal, Yan Fu və Ding Wenjiang kimi Darvinist ideoloqların məqalələrindən ibarət olub. Gənc Mao həmişə görmək istədiyi Pekinə 1918-ci ildə gedib. Burada, Pekin Universitetində müəllim olan Yang Changzhi ilə tanış olub. Maonu qabiliyyətli gənc olaraq görən Yang Changzhi, onun universitet kitabxanasında işə götürülməsini təmin edib.