Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zor
Zor — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Zor kəndi dağətəyi ərazidədir. Keçmişdə kəndin salındığı sahə Zəngəzur qəzasında yaşamış sarallı tayfasının qışlaqlarından olmuşdur. Sonralar daimi yaşayış məntəqəsinə çevrilmiş və salındığı yerin adı ilə Zor adlanmışdır. Zor qəd. fars, "qala", "yarğanlı yer" deməkdir.
Zor (kənd)
Zor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (hazırkı Ermənistanın Sisyan mahalında) kənd adı. == Tarixi == XX əsrin sonlarından kəndin adı mənbələrdə çəkilmir. Orta əsr erməni mənbələrində bu kəndin adı ilə orada bir nahiyə də Dzork adlandırılır. == Toponimi == Buna əsasən erməni tarixçiləri toponimi erməni mənşəli sayır və dzor-"dərə" sözü ilə bağlayırlar. Lakin bu səhv fikirdir, ona görə ki, mənfi relyef formasını bildirən dzor sözü ayrılıqda nə yaşayış məntəqəsi, nə də inzibati-ərazi vahidi (nahiyə) adına çevrilə bilməz. Azərbaycan dilində "zor" sözü bulaq suyunun gurluğunu bildirmək məqsədilə əsasən bulaq adlarında işlənir (məsələn: Naxçıvanın 16 km-də Köhnə Vayxır kənd xarabalığı yaxınlığında "Yel suyu" adlandırılan "Zorbulaq" bulağı və s; Vayxır toponiminin özü də qədim farsca "xeyirli, yaxşı yer" mə'nasında farsca bah və xar yеr" sözlərindən ibarətdir). Ehtimal ki, Zor toponimi fars dilində zor, zur "qala" sözündən ibarətdir. XIV əsrdən sonra adı Zor Zəngəzur adı ilə əvəz olunur ki, bu da Zəngi (əslən kürd mənşəli) tayfasının adından və Zor toponimindən ibarətdir.
Zor (İğdır)
Zor — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kəndin adı 1901-ci ildə Zor adı ilə qaynaqlarında keçsə də 1960-cı ilsə adı yılında Qaraçomaq olaraq dəyişdirilmişdir. Uzun illər bu ad ilə bilinsə də 2014-cü ildə təkrar "Zor" olaraq dəyişdirilmişdir. == Coğrafiyası == İğdırdan mərkəzindən 39 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 570 nəfər kürd yaşayırdı.
Xoş niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş (Xudabəndə)
Xoş (fars. خوش‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 799 nəfər yaşayır (171 ailə).
Xoş-niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş-niyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş niyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş gəlişlər ola
Xoş gəlişlər ola — Mahnının bəstəkarı Tağı Oşenyüzen və sözlərinin müəllifi Mehmet Türkeldir.
Xoş iyli dovşanalması
Deyr əz-Zor mühafazası
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zor mühafəzəsi
Deyr əz-Zövr mühafəzəsi — Suriyanın 14 mühafəzəsindan biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 33.060 km², inzibati mərkəzi Deyr əz-Zövr şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.511 milyon nəfərdir.
Deyr əz-Zor vilayəti
Deyr əz-Zövr vilayəti — Osmanlı İmperiyası tərkibində, 1857–1917–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Deyr əz-Zövr şəhəri idi.
Şəhr-i Zor sancağı
Şəhr-i Zor sancağı, Kərkük sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. == İnzibati bölgü == Sancaq 6 qəzaya bölünürdü, qəzalar isə 1.150 kəndi əhatə edən 12 nahiyyədən ibarət idi. == Əhalisi == == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Chéhrizor, page 847–865. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Şəhr-i Zor əyaləti
Şəhr-i Zor əyaləti — Osmanlı İmperiyası tərkibində, 1554–1862–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Kərkük şəhəri idi. == Mənbə == Глава третья. Шехризурскiй эйалеть, 199–262. // Сiяхэт-намэ-и-худудь. Описанiе путешествiя по турецко-персидской границѣ, составиль Хуршидь–Эфенди, бывшiй секретарь турецкаго комиссара по разграниченiю между Турцiею и Персiею. Сь приложенiемь отчета персидскаго комиссара о томь же путешествiи. С турецкаго и персидскаго перевель М. А. Гамазовѣ. Сь картою. С.–Петербургь: Типографiя О. И. Бакста, 1877, 575 стр.
Xoş Gördük, Tovuz (1992)
Azərbaycana xoş gəlmisiniz! (film, 2004)
Bakıya xoş gəlmisiniz (film, 1965)
Bakıya xoş gəlmisiniz qısametrajlı sənədli televiziya filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1965-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film-konsertdir. Burada 1965-ci ildə Bakıda qastrol səfərində olmuş aktyorların çıxışlarından danışılır. == Məzmun == Film-konsertdir. Burada 1965-ci ildə Bakıda qastrol səfərində olmuş aktyorların çıxışlarından danışılır.
Xoş gördük, Tovuz (film, 1992)
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur. Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır".
XOR elementi
XOR elementi (bəzən EOR elementi və ya EXOR elementi adlanır) — xüsusi ayrılmanı (yəni, hər iki giriş fərqli olanda çıxışda 1 (true) alınan məntiqi əməliyyatdır) yerinə yetirən rəqəmli məntiq elementidir. Əgər girişlərdən yalnız hər hansı biri 1 olarsa, nəticədə çıxış maxsimum, yəni 1 (true) alınar. Əgər hər iki giriş minimum 0 (false) və ya hər ikisi 1 (true) olarsa, nəticə minimum 0 (false) alınar. A ⋅ B ¯ + A ¯ ⋅ B {\displaystyle A\cdot {\overline {B}}+{\overline {A}}\cdot B} və ( A + B ) ⋅ A ⋅ B ¯ {\displaystyle (A+B)\cdot {\overline {A\cdot B}}} hər iki cəbri ifadə A və B girişləri olan XOR elementini təsvir edir. == Simvollar == XOR elementi üçün iki simvol var: Ənənəvi simvol və IEEE simvolu.
Avroviziya Xor Müsabiqəsi
Avroviziya Xoru Müsabiqəsi (ing. Eurovision Choir) — Avropa Yayım Birliyinə (EBU) üzv olan ölkələr arasında, xor ifaçıları üçün təşkil olunan beynəlxalq yarışma. Dünya Xor Oyunları və Latviyanın təşkil etdiyi daxili xor konserti sözügedən müsabiqənin ilham qaynağı olmuşdur. == Mənşəyi == Avroviziya Xoru Müsabiqəsi, Avropa Yayım Birliyinin (EBU) ən yeni Avroviziya tədbiridir. 2014-cü ildə, Latviyanın milli yayım şirkəti Latvijas Televīzija(LTV) və "Arte" şəbəkəsinin birgə yayımladığı xüsusi müsabiqə xarakterli konsertin müsbət rəylər almasından sonra, LTV daha geniş izləyici kütləsinə xitab edən yeni tədbirin yaradılması ilə bağlı, EBU və İnterkultur da daxil olmaqla bir çox yayımçıya müraciət ünvanlamışdır. Beynəlxalq tədbirin yaradıcısı Latviyalı musiqi prodüseri Yeva Rozentaledir. O, yarışmanın ideyası və bütün təşkili məsələləri AYİ-yə təqdim etmiş və nəticə olaraq, 22 iyul 2017-ci il tarixində, müsabiqə elə təklif sahibi Latviyada ilk buraxılışını yayımlamışdır. Avroviziya Xoru Müsabiqəsinin qurucusu Yeva Rozentale, sözügedən yarışma haqqında: "Avroviziya Xoru geniş kütləyə xitab edən Avroviziya ilə, daha kiçik auditoriyaya yönəlmiş Avroviziya Gənc Musiqiçilər layihələri arasında körpü yaratmaqdadır" ifadələrini söyləmişdir. == Yarışma qaydaları == Yarışmada təmsil olunan və Avropa Yayım Birliyinə (EBU) üzv olan hər bir ölkə, müsabiqədə iştirak üçün peşəkar xor və ya kapella ansamblı təyin etməlidir. Hər bir xor təqribən altı dəqiqə davam edən, tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət olan musiqi əsərlərini, xüsusi dirijor müşayiəti ilə canlı olaraq ifa edir.
Dünya Xor Oyunları
Dünya Xor Oyunları — İnterkultur fondu tərəfindən təşkil edilən dünyanın ən qlobal musiqi hadisəsi. Olimpiadanın əsas hədəfi, "Birlikdə oxumaq, xalqları birləşdirir" şüarı ilə izah olunur. == Mənşəyi == Dünya Xor Oyunları(Keçmiş adla-Xor Olimpiadaları) anlayışı, xalqları incəsənət vasitəsilə bir araya gətirmək və xor musiqisinin dinc rəqabətini təşkil etmək ideyasından yaranmışdır. Beynəlxalq yarışmadakı əsas məqsəd, millətləri iştiraka yönəltmək və beləliklə qlobal cəmiyyət birliyini formalaşdırmaqdır. "Bir yerdə oxumaq, xalqları birləşdirir" şüarı, İnterkultur tərəfindən həyata keçirilən olimpiadanın əsas mövzusunu dəqiqliklə ortaya çıxarır. Dünya Xor Oyunları ilk dəfə 7-16 iyul 2000-ci il tarixlərində, Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur. Müxtəlif qitələrdən olan insanları xor musiqisinin çətiri altında bir araya toplamağı bacaran Dünya Xor Oyunları, müasir dünyamızda intibah dövrünü yaşayır və artıq qlobal tendensiyaya çevrilib. == Yarışma qaydaları == Dünya Xor Oyunları iki ildən bir müxtəlif kateqoriyalar üzrə, dünyanın əvvəlcədən təyin edilmiş ev sahibi ölkəsində təşkil olunur. Xor olimpiadaları "Çempionlar" və "Açıq" sinifləri üzrə konsert yarışlarından və digər kütləvi mərasimlərdən ibarətdir. "Çempionlar" müsabiqəsində, iştirakçı xorlar qızıl, gümüş və bürünc medallar uğrunda, "Açıq" yarışmalarda isə "Uğurlu iştirak" diplomunu əldə etmək üçün mübarizə aparırlar.
Xarkov xor sinaqoqu
Xor sinaqoqu (ukr. Харківська хоральна синагога, ivrit adı — Beyt Menaxem) 1912—1913) — Xarkovdakı mərkəzi sinaqoq və memarlıq abidəsi. Binanın memarları Y. Q. Qevirts, V. A. Feldman, M. F. Piskunovdur. == Tarixi == XVIII əsrin sonlarından klassik malikanədə sinaqoqun yerində. 1867-1910-cu illərdə ibadət evi var idi. Yeni sinaqoq üçün müsabiqə İmperator Sankt-Peterburq Memarlar Cəmiyyəti tərəfindən təşkil olunub. Birinci mükafat Sankt-Peterburq memarı Ya.Q.Gevirtsin layihəsinə layiq görülüb, 1909-cu ildə “Zodçiy” jurnalında dərc edilib. pravoslav Müqəddəs Nikolay kilsəsindən 100 kulaç (213 m) məsafədə (Puşkinskaya küçəsinin qarşısında Nikolayevskaya meydanının küncündə yerləşir). Tikintiyə Xarkov memarı M. F. Piskunov rəhbərlik etmişdir. Sinaqoq 1923-cü ildə “yəhudi işçilərin tələbi ilə” bağlandı.
Şor Bulaq (Xoy)
Şor Bulaq (fars. شوربلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.182 nəfər yaşayır (215 ailə).
Avroviziya Xor müsabiqəsi 2017
Avroviziya Xor müsabiqəsi 2017 — Avropa Yayım Birliyi (EBU) və İnterkultur tərəfindən təşkil edilən xor ifaçıları üçün ilk Avroviziya xoru müsabiqəsi.Tədbir Latviyanın aparıcı yayımçısı Latviyas Televizija (LTV) və Riqa Turizmin İnkişafı Bürosu tərəfindən hazırlanmışdır. == İştirakçı ölkələr == Avropa Yayım Birliyi (EBU) ilkin olaraq müsabiqədə 7 ölkənin mübarizə aparacağını açıqlasada, 3 Aprel 2017-ci il tarixində, Uelsin iştirakı təsdiqləndikdən sonra bu say 9-a yüksəlmişdir. == Yarışma qaydaları == Avropa Yayım Birliyinə (EBU) üzv olan bütün ölkələr müsabiqədə təmsil olunmaq hüququna malikdirlər. İlk müsabiqənin qaydalarına əsasən, iştirakçı ölkələr davam etmə müddəti altı dəqiqədən çox olmayan xor əsərini canlı ifa etməlidir. Hər bir əsər tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət ola bilər. 2017-ci il müsabiqəsinin qalibi, üç nəfərdən ibarət hakim münsiflər heyəti tərəfindən təyin edilmiş və qələbə qazanan xora, xüsusi kubok təqdim olunmuşdur. Aşağıdakı siyahıda, müsabiqənin qalib xorunu müəyyənləşdirmiş, peşəkar münsiflər heyətinin adları göstərilmişdir: Latviya – Elina Qarança (mezzo-soprano) Birləşmiş Krallıq – Con Radır (Bəstəkar) İsveçrə – Nikolas Fink (Dirijor) İlk Avroviziya Xor Müsabiqəsinin biletləri 15 mart 2017-ci il tarixində satışa çıxarılmışdır.
Azərbaycan Dövlət Xor Kapellası
Azərbaycan Dövlət Xor Kapellası — Respublikanın aparıcı musiqi kollektivlərindən biri. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində 1966-cı ildə yaradılmışdır. Yarandığı vaxtdan uzun illər boyu kollektivə əməkdar incəsənət xadimi, xormeyster Eduard Novruzov rəhbərlik etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Xorun repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir, o cümlədən, muğamlar əsasında bəstələnmiş C.Cahangirovun “Füzuli” kantatası, “Çahargah”, N.Əliverdibəyovun “Bayatı-Şiraz” xor kompozisiyaları Azərbaycan Dövlət Xor Kapellasının repertuarında görkəmli yer tutur. Hazırda Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri Azərbaycan Musiqi Akademiyasının dosenti Yulizana Kuxmazovadır.
Dünya Xor Oyunları 2000
Xor Olimpiadaları 2000 — İnterkultur fondu tərəfindən xor ifaçıları üçün təşkil edilən, ilk ümumdünya musiqi hadisəsi. Müsabiqə Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur. == Müsabiqə == Yeni eranın başlanğıcında, dünyanın müxtəlif qitələrindən təqribən 15 000-dən çox xor ifaçısı Birinci Xor Olimpiadalarının premyerasını başlatmaq üçün, Avstriyanın Linz şəhərində bir araya gəlmişdir. İnterkultur fondunun rəhbəri Qüntər Teçşin başçılığı və Avstriya federal prezidenti Tomas Klestilin himayədarlığı altında, 7 – 16 iyul 2000-ci il tarixlərində baş tutan tədbirdə, ümumilikdə 28 kateqoriya üzrə 342 xor musiqi qrupu, 403 yarışmada qələbə uğrunda mübarizəyə qoşulub. Beynəlxalq münsiflər heyətinə daxil olan və 51 nəfərlik qrupdan ibarət xüsusi xor mütəxəssisi yarışmanın yekununda, 69 qızıl, 124 gümüş və 34 bürünc medalı öz sahibinə təqdim etmişdir. Olimpiada günlərində qlobal xor ictimaiyyətinin nümayəndələri, xor musiqisinin hazırkı vəziyyəti haqqında məlumatların, YUNESKO-nun Beynəlxalq Musiqi Şurasına(BMM) təhvil verilməsi üçün qətnamə qəbul edib.
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Böyük xor sinaqoqu (Bakı)
Böyük xor sinaqoqu – Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşmiş keçmiş sinaqoq. Tikili hazırda Azərbaycan Dövlət Mahnı Teatrı kimi fəaliyyət göstərir. == Tarixi == 1902–1910-cu illərdə İosif Qoslavskinin layihəsi əsasında yunan üslubunda tikilmiş Böyük xor sinaqoqu Bakıda litvalı zəngin yəhudilərin pulu ilə tikilmiş ilk aşkenazi sinaqoqu olmuşdur. Bakının yəhudi icmasının maliyyə dəstəyi və Azərbaycanlı xeyriyyəçilərin maddi ianələri hesabına tikilmişdir. Onlar arasında neft maqnatı Zeynalabdin Tağıyev də var idi. Sinaqoqun tikintisi 100 min rubla başa gəlmişdir. Sinaqoq 1932-ci ilə qədər fəaliyyət göstərmişdir. Burada müxtəlif dini tədbirlər və ayinlər keçirilir, nikah mərasimləri baş tuturdu. 1930-cu illərdə SSRİ-də ateizm ideologiyası əsas tutularaq sinaqoqlar ləğv olunmağa başlanmışdır. 1934-cü ildə binada Bakı Yəhudi İşçi Teatrı, 1936-cı ildə isə Azərbaycan Dövlət Yəhudi Teatrına çevrilmişdir.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. == Qəbiri == Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
Lor
Lor — Lor (Sisyan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Por
Por (Ermənistan)
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. == Tarixi == Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Zar
Zar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Zar (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Zod
Zod/Sotk (erm. Սոթք) — Ermənistanın Geğarkunik mərzində, Məsrik düzənliyində kənd. Tarixi Qərbi Azərbaycanın Göyçə mahalında yerləşən Sotk kəndinin rəsmi adı 1995-ci ilə qədər Zod olmuşdur. == Tarixi == Bəzi açıqlamalara əsasən "Zod" qədim türk dillərində "sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri" deməkdir. Bir digər açıqlamaya əsasən, Alban tarixçisi Musa Kalankatlı eranın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır. Yeri gəlmişkən, Kəlbəcər rayonu yaxınlığında, Dağlıq Qarabağın şimalından keçən silsilələrdən biri ermənicə Tsavdey silsiləsi adlanır. Kənd 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilmişdir. XX əsrin ortalarına kimi Zod kəndinin əhalisi əsasən Azərbaycan türklərindən ibarət olmuşdur.
Zoi
Zoi — ad. Zoi Ştraub — Avstriya müğənnisi, söz yazarı və aktrisası. Zoi Saqq — britaniyalı vloqçu. Zoi Kontoqianni — Yunanıstanı təmsil edən bədii gimnast.
Zori
Zori (草履) – ənənəvi düz və dabanlı yapon səndəlləri. Yaponlar bu cür səndəlləri Edo dövründən bəri geyinir. Zorinin setta adlı növünün dabanı isə daha hündürdür və qarda gəzmək üçün əlverişlidir. Bu cür səndəllər çox möhkəmdir və sağlamlığa xeyirli olduğu deyilir. Zorinin daban hissəsi sintetik materialdan və ya dəridən hazırlanır. Zori yukata, kimono və cinbeylə birlikdə geyinilsə də, müasir dövrdə şalvarla da geyinilir. Yukata geyinərkən alçaq dabanlı zorilərdən istifadə olunur. Hündür dabanlı zorilər isə kimono geyinərkən istifadə olunur. Zoridən istifadə edərkən tabidən də istifadə olunur.
Aor (hərf)
𐕈 (səslənməsi /ɒ/, transkripsiyası Å, å) — Alban əlifbasının 25-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ար (Ar) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Aor" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "o" hərfinə çevrilmişdir. Əncir mənasına gələn alb. 𐔸𐕈𐕀𐔰𐕎 (tåxan) və udi tǒxə̌n, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo sözləri sözügedən saitin əlavə udlaqlaşmalı və ya udlaqlaşmasız [o] səsinə yaxın olduğunu qəti şəkildə göstərir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərfin düzgün transkripsiyası ä olmalıdır. Sergey Murayevin fikrincə isə bu hərf udlaqlaşdırıcı saiti bildirirdi. Georgi Klimov bu hərfin öncələr nə formasını, nə də mənasını başa düşməyib, lakin sonrakı əsərində onun fonetik dəyərini səhvən /ʒ/ kimi qeyd edib.
Bor (Niğdə)
Bor (türk. Bor) — — Niğdə ilinin ilçəsi.
Bor (Rusiya)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bor (şəhər)
Bor — Rusiya Federasiyasının Nijeqorod vilayətində şəhər.
Bor hadisəsi
Bor hadisəsi— dünyanın bir çox rayonlarında çaylar ensiz körfəzlərə (estuarilərə) tökülür. Su qalxaraq çaylara daxil olan zaman qabarma dalğalarının hündürlüyü kəskin şəkildə yüksəlir. Bu hadisə bor adlanır. Ona həmçinin maskare (Çində) və ya pororoka da (Amazonda) deyilir. Bor Böyük Britaniyada, Bristol körfəzinə tökülən Severn çayının mənsəbində müşahidə edilir. Cənubi Amerikada olan Amazon çayında 5–6 metr hünürlüyü olan pororoka yüksək sürətlə axın boyu üzü yuxarı hərəkət edir. Çində axan Fuçuntszyan çayı özünün maskaresi ilə məşhurdur. Burada qabarma səddinin hündürlüyü 3 metrə çatır.
Bor maqnetonu
Bor maqnetonu — elektronun maqnit momentini xarakterizə edən fiziki sabit və ya təbii ölçü vahidi. BS vahidlərində aşağıdakı şəkildə ifadə olunur: μ B = e ℏ 2 m e {\displaystyle \mu _{\mathrm {B} }={\frac {e\hbar }{2m_{\mathrm {e} }}}} SQS vahidlərində isə aşağıdakı kimi verilir: μ B = e ℏ 2 m e c {\displaystyle \mu _{\mathrm {B} }={\frac {e\hbar }{2m_{\mathrm {e} }c}}} Bu düsturlarda e elementar yük, ħ Plank sabiti, me elektronun kütləsi, c isə işıq sürətidir. Bor maqnetonunun düsturunu elektron barədə söhbət açmadan, daha ümumi şəkildə yazmaq olar: μ B = q ℏ 2 m q c {\displaystyle \mu _{\mathrm {B} }={\frac {q\hbar }{2m_{q}c}}} SQS vahidlərində q hər hansı bir zərrəciyin yükünü, mq isə kütləsini ifadə edir.
Bor mikrogübrəsi
Bor mikrogübrəsi Bor təbiətdə geniş yayılmışdır.Demək olar ki, bora hər yerdə rast gəlmək olar. Bor bütün torpaqlarda, süxurlarda , suda, çayda, göllərdə , dəniz bitkilərinin tərkibində və heyvan orqanizmində olur. Borun müxtəlif birləşmələrinin (əsasən bor turşusu və boraks) toxumun cücərməsinə və müxtəlif bitkilərin böyüməsi və inkişafına təsirini öyrənmişlər. Uzun müddət tədqiqatçılar borun bitkiyə yalnız zərərli olduğunu təsdiq etmişdir.Bunun səbəbi o idi ki, təcrübələrdə bitkiyə normadan artıq bor birləşmələri verilirdi. Məsələn , 1 faizli bor turşusu , belə doza bitki üçün zərərlidir. Sonra bor birləşmələrinin duru məhlulunu işlətdikdə müəyyən edilmişdir ki, bor bitkinin böyüməsinə müsbət təsir göstərir. Hazırda məlumdur ki, 100-dən çox kənd təsərrüfatı bitkisi – çuğundur, günəbaxan, tütün , pambıq və s.borsuz inkişaf edə bilmir. Hər bir bitkinin orqanizmində bor mütləq vardır. Lakin borun miqdarı bütün bitkilərdə eyni deyil və 1kq quru qalıqda 2-3 mq-dan 100 mq-a qədər dəyişir. == Bitkilərdə borun çatışmamazlığının əlamətləri == Ayrı-ayrı bitkiərdə bor çatışmamazlığı müxtəlif şəkildə meydana çıxır ki, bunun ümumi xarakterik əlamətləri vardır.
Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür. Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi. == Bor postulatları == 1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir: Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥) === Həyəcanlanmış atom === Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.
Bor oksidi
Bor oksidi–B2O3 – bor turşusunun anhidridi , rəngsiz , şüşəvari və ya kristallik, acı dada malik dielektrikdir. Şüşəvari təbəqəli quruluşa malikdir. ( təbəqələr arasındakı məsafə 0,185 nm).B2O3 kristallik maddədir , 450ºC-də əriyir, 2250ºC-də qaynayır, ərintini soyutduqda şüşəyəbənzər faza əmələ gəlir. Şüşə halında B2O3 polimerdir, quruluşunda mərkəzdə B və təpələrdə O atomları olan üçbucaq fraqmentlər yerləşir. == Xassələri == B2O3 hiqroskopikdir.Su ilə əvvəlcə ümumi formulu (HBO2)n olan müxtəlif metaborat turşuları əmələ gəlir.Sonrakı sulaşma orta borat turşusunun H3BO3 əmələ gəlməsinə səbəb olur. Ərimiş B2O3 bir çox elementlərin oksidlərini yaxşı həll edir.Metal oksidləri ilə borat duzları əmələ gətirir. B2O3 turşu anhidrididir, çox zəif amfoterlik əlamətləri var. Bor oksidinin 1000°C yüksək temperaturda elementar borla qızdırdıqda, buxarda termiki davamlı O=B-B=O xətti molekulu mövcuddur. Buxarın 300°C-dən aşağı temperatura sürətli soyutsaq müəyyən ərimə temperatur nöqtəsinə malik olmayan (B2O2)n ağ bərk polimeri əldə etmək olar.60 min atmosfer təzyiq altında və 1500°C temperaturda bor oksidi elementar borla aşağıdakı reaksiya ilə qarşılıqlı təsirə girir.Bu bor oksidi qrafit kimi təbəqəli quruluşa malikdir. == Alınması == Ən təmiz bor borhidroksidin pirolizi ilə alınır.
Nils Bor
Nils Henrik David Bor (7 oktyabr, 1885 – 18 noyabr 1962) – Danimarkalı fizik, müasir fizikanın banilərindən biri. Atomun ilk kvant nəzəriyyəsini hazırlamış, atomun quruluşu və kvant mexanikasının əsaslarının işlənilməsində iştirak etmişdir. Eyni zamanda atom nüvəsi nəzəriyyəsi və nüvə reaksiyaları məsələlərinə fundamental töhfələr vermişdir. O həmçinin Manhetten layihəsi üzərində işləmiş fiziklər qrupuna daxil idi. Oğlu Age Nils Bor da atası kimi XX əsrin böyük fiziklərindən biri olmuş və 1922-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Nils Bor Kopenhagen Universitetinin fiziologiya fakültəsi professoru Kristian Bor və nüfuzlu yəhudi əsilli bankir və parlamentarilər ailəsindən olan Ellen Adlerin ailəsində anadan olmuşdur. 1908-ci ildə Bor Kopenhagen universitetini bitirir. Burada o özünün maye axınlarının rəqsi hərəkəti və metalların klassik elektron nəzəriyyəsinə dair ilk elmi tədqiqatlarına başlayır. 1911–1912-ci illərdə Kembricdə C. C. Tomsonun və Mançestrdə E. Rezerfordun laboratoriyalarında çalışır. 1913-cü ildə Rezerfordun nəzəriyyələri əsasında özünün atomun quruluşu modelini irəli sürür.
Norman Bor
Norman Loftus Bor (irl. Norman Loftus Bor; 2 may 1893 – 22 dekabr 1972[…]) — İrlandiya botaniki. == Elmi fəaliyyəti == Norman Loftus Bor toxumlu bitkilər üzrə ixtisaslaşıb.. == Şərəfinə adlandırılmış taksonlar == Borinda Stapleton cinsi Norman Loftus Borun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Barnhart, J. H. Biographical Notes Upon Botanists. — Vol. 1. — P. 220.
Sosnovu Bor
Sosnovu Bor (rus. Сосно́вый Бор, tərc. "Şam ağacı meşəsi") — Rusiyanın Leninqrad vilayətində şəhər (1973-cu ildən).