Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Durban
Durban (afrik. Durban, Dyurban; ing. Durban; zulu eThekwini) — CAR-ın Yohannesburq və Keyptaundan sonra üçüncü ən böyük əhalisi olan şəhəri, turizm mərkəzi. == Tarixi == Arxeoloji tapıntılar göstərir ki, yüz min il bundan əvvəl mövcud Durban ətrafı koysan xalqlarına məxsus olan kiçik ovçular və yığıcılar tərəfindən məskunlaşmışdı. Bizim eranın ikinci minilliyin əvvəlində onlar şimaldan köç edən bantu tayfaları tərəfindən tamamilə məhv edildi. 1497-ci ildə Portuqaliya bir ekspedisiya bu yerləri ziyarət edərək, Vasko da Qamanın başçılığı altında Avropadan Hindistana bir dəniz yoluaxtarırdı. O, bu ərazini portuqalca "Natal" yəni "Milad" adlandırmışdır. 1824-cü ildə ilk dəfə "ağ əhali", yəni leytenant Frensis Faruell başçılıq etdiyi 25 ingilis Natal Körfəzinin şimal sahilində düşərgə saldılar. Müharibənin başlanğıcında Zulu qəbilələri tərəfindən məhv edilmək təhlükəsi altında idi, lakin sonra Faruell peyklərindən biri olan Henri Finnə göndərdi, Zulu başçısı Çukça döyüşdə aldığı yarasını müalicə etməklə yoldaşlıq edə bildi. 23 iyun 1835-ci ildə daha 35 kolonist buraya gəlib rəsmi olaraq burada məskunlaşdı.
Purqaz
Purqaz (inyazor Purqaz, rus salnamələrində Purqas kimi də qeyd olunur; v. 1239) — XIII əsrin ilk yarısında yaşamış erzyan hərbi və dövlət xadimi, Erzya şahzadəsi (inyazor, otsyazor), erzyanların milli qəhrəmanı. Rus salnamələrinə görə, onun vaxtında mordovalıların bir hissəsinin "Purqas nahiyəsi"nin sərhədləri daxilində konsentrasiyası baş verirdi. == Həyatı == Erzyan şahzadəsi Purqaz rus knyazlıqlarına qarşı mübarizədə bulqar xanın dəstəyinə ümid bəsləyirdi və şahzadə Yurinin müttəfiqi olan mokşa hökmdarı Pureş ilə daimi müharibədə idi. XIII əsrin əvvəllərində Mokşa çayın aşağı axarı boyunca Oka və Temnikovo-Vod meşələri arasında Purqas nahiyəsi yarandı, burada mordvalar və feodal zülmündən qaçan rus kəndliləri (Purqas Rus dövləti) yaşayırdı. Bu nahiyənin başında knyaz Purqaz dayanırdı; o, Mokşa çayın sağ sahilində, indiki Kadomdan az məsafədə, təxminən indiki Purqasovo kəndi ətrafında yaşayırdı. Purqaz onun torpaqlarına hücum edilməsinin qisasını Nijni Novqoroddan çıxmağa qərar verdi və 1229-cu ilin aprel ayında "Mordoviya torpağındakı rus gücünün dayağınl" dağıtmağa çalışdı, lakin ancaq şəhər posadını və ətraf kəndləri yandırmağı bacardı, qala alınmaz qaldı. Bir neçə ay sonra Purqaz Pureş torpaqlarına yürüş etdi, lakin cəhdi uğursuz alındı. XIII əsrin ortalarında Purqasov nahiyəsi tatar-monqol əsarətinə düşdü. Batı xanın qoşunları 1236-cı ildə yola çıxdı, ancaq işğal yalnız 1237-ci ilin yayında başladı.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Sərbaz
Sərbaz-İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Sərbaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,047 nəfər və 234 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Zorba
Zorba, Sorik — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.
Zurna
Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. == Söz açımı == "Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. == Coğrafiyası və tarixçəsi == Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır. == Quruluşu == Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır.
Aşıq Qurban
Aşıq Qurban — ustad aşıq. == Həyatı == Aşıq Qurban Aşıq Ələsgərin qardaşı Məşədi Salehin böyük oğludur. Aşıq Talıbın və başqa qohumlarının söyləməsinə görə Qurban simaca yaraşıqlı, mərifət-qanacağı ilə xalq içində hörmət qazanmış yaxşı bir aşıq olmuşdur. Gözəl səsə, bədahətən şer söyləmək qabiliyyətinə malik Aşıq Qurban muğam havalarının da məşhur ifaçılarından imiş. Göyçənin Ağkilsə kəndində dünyaya göz açan Qurban 1915-ci ildə gənc yaşlarında vəfat etmiş və Ağkilsə kəndinin qəbrstanlığında dəfn edilmişdir. Aşıq Ələsgərin ən sevimli səyirdi, eyni zamanda qızı Gülnisənin əri Aşıq Qurbanın vəfatı böyük ustada elə məyusluq gətirmişdir ki, bu bədbəxt hadisədən sonra, Aşıq Ələsgər, bir daha əlinə saz almamışdır. Aşıq Qurbanın əksər şeirləri unudulmuşdur. Əldə edilən nümunələr Aşıq Ağayar və Aşıq Talıbın hafizəsində mühafizə olunmuşdur. == Ədəbiyyat == Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri.
Bala Darbaz
Bala Darbaz (gür.: g.ə. პატარა დარბაზი, l.ə. patara darbazi) - Gürcüstanın Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Faxralı kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ტალავერის თემის საკრებულო, l.ə. talaveris temis sakrebulo) təşkil edir. Kənd şimali-şərqdə Faxralı, cənubda dağlarla (Sarvan bələdiyyəsi), şərqdə Qudro (Sarvan bələdiyyəsi), qərbdə Çatax, şimali-qərbdə Şəmşiöyü, İncəoğlu kəndləri, Bolnisi şəhəri, Xatissopeli və Mığırlı kəndləri ilə əhatələnib. Kəndə ən yaxın (5 km məsafədə) yaşayış məntəqəsi Faxralıdır. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 40 nəfər (22 nəfəri kişilər, 18 nəfəri qadınlar) əhali yaşayır.
Cimmi Durmaz
Yakup Cimmi Durmaz (22 mart 1989, Erebru) əvvəllər Cimmi Tuma kimi tanınan, Türkiyənin "Qalatasaray" klubu və İsveç milli komandasında oynayan bir İsveç futbolçusudur.
Darbaz (Borçalı)
Darbaz (gürc. დარბაზი) — Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd. == Etimologiyası == Darvaz sözünün fars mənşəli "darvāze" — darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür. Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir.
Darbaz (Pəmbək)
Darbaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «ensiz» mənasında işlənən dar sözü ilə türk dilində «dağ çökəkliyi» mənasında işlənən baz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Durbaş (Təkab)
Durbaş (fars. دورباش‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Etimologiyası == Bu kəndin adı Azərbaycan dilindəki dur (dayan, qalx) və baş (üst, yuxarı, yüksək, hündür) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu isə kəndin yüksək yerdə yerləşməsi ilə əlaqədardır. == Coğrafiya == Durbaş kəndi Təkab bölgəsinin cənub-şərqində yerləşir. Sabil, Qırxlı və Tamay kəndləri ilə həmsərhəddir. Kənd dağlıq ərazidə yerləşdiyindən qışı çox qarlı və soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.067 nəfər yaşayır (231 ailə). Durbaşlıların çoxu demək olarki müxtəlif şəhərlərə o cümlədən Tikantəpə, Zəncan, Urmiya,Təbriz, Tehran və Kərəc kimin şəhərlərə köçmüşlər. Təxminən 10.000 nəfərə yaxın Durbaşlı yuxarıda adları çəkilən şəhərlərdə yaşaşayır.[mənbə göstərin] === Milli tərkibi === Durbaş kəndində yaşayanların şiə etiqadlı Azərbaycan türklərindən ibarətdirlər.
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Qurban Qurbanov
Qurban Osman oğlu Qurbanov (13 aprel 1972, Aşağı Tala, Zaqatala rayonu) — Azərbaycan futbol mütəxəssisi, keçmiş Azərbaycan futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur. Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub. 1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir.
Qurban Qəzənfərli
Qurban Qinyaz oğlu Qəzənfərli (15 yanvar 1997; Ağlavaşlı, Şəmkir rayonu — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qurban Qəzənfərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurban Qəzənfərli sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qurban Sultanov
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972). == Həyatı == Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir. Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır. 1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. == Təltifləri == Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. == "Qurban Səid" təxəllüsünün mənası == Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Qurban Səlimov
Səlimov Qurban - (tam adı: Səlimov Qurban Hamlet oğlu) - bir çox sənədli filmlərin, televiziya layihələrinin və reklam çarxlarının müəllifi və rejissorudur. ABA TV, Lider TV, “İnternews Azerbaijan”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” sənədli filimlər studiyası, YADEL-film production (Türkiyə), "ADG plus production” kimi şirkətlərdə rejissor və layihə rəhbəri kimi çalışıb. Hazırda Azad Azərbaycan Tele-radio kompaniyasında Baş prodüser vəzifəsində çalışır. == Həyatı == Səlimov Qurban Hamlet oğlu, 27 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni-maarif işi” fakultəsinin televiziya rejissoru ixtisası üzrə ali təhsilini alıb. Evlidir iki övladı var.
Qurban Xəlilov
Qurban Əli oğlu Xəlilov (2 (15) noyabr 1906, Kəlxoran, Cənubi Azərbaycan – 20 mart 2000, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1969–1985), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1970–1986), Azərbaycan SSR maliyyə naziri (1958–1969) və Azərbaycan SSR yerli sənaye naziri (1956–1958). == Həyatı == Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəhralan kəndində (hazırkı Ərdəbil) fəhlə ailəsində anadan olmuşdur. 1908-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlamışdır. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olmuş və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləməyə başlamışdır. O, burada Sov.İKP üzvlüyünə qəbul edilmişdir. Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olmuş və 1933-cü ildə oranı bitirmişdir. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M. Kirov adına zavodda mühəndis, sex rəisi işləmişdir. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F. Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışmışdır. Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955) işləmişdir.
Qurban Yaquboğlu
Qurban Yaquboğlu (Bədəlov Qurban Yaqub oğlu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı və publisist. == Həyatı == 1968-ci ilin mart ayının 14-də Şamaxı rayonunun Çöl Göylər kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Ailəlidir, 2 övladı var. == Yaradıcılığı == Müxtəlif qəzet və jurnallarda ədəbi-bədii, publisistik yazıları, o cümlədən 1990-cı ildən Xəzər jurnalında silsilə şerləri "jurnal içində kitab" formatında nəçr edilmişdir. 2000-ci ildə çapdan çıxmış "Min beş yüz ilin Oğuz şeri" antalogiyasına şerləri (İkinci kitab) daxil edilib. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə gənc şair kimi Prezident təqaüdü almışdır. 2018-ci ilin martında Qurban Yaquboğlu "Mən yoxam" adlı ilk kitabını nəşr etdirmişdir. == Mükafatları == 2015-ci ildə Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistika sahəsindəki fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülmüşdür.
Qurban Yetirmişli
Qurban Cəlal oğlu Yetirmişli (4 sentyabr 1952, Marneuli) – AMEA-nın müxbir üzvü, professor, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi == Həyatı == Qurban Yetirmişli 4 sentyabr 1952-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişdir. 1980–2008-ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini, 2008-ci ildən isə RSXM-nin baş direktorudur. Geologiya-mineralogiya elmlər doktoru, professordur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildə "Aşağı Kür çökəkliyində seysmo-geodinamik şərait və kəsilişlərdə neft və qaz yataqlarının paylanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə "Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsini almışdır. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" (№1509) fəxri adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır. Q.C.Yetirmişli geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarda, dərin qatlarda neft - qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir-sıra elmi-nəzəri işlər aparmış, 221 (115-i xarici nüfuzlu elmi jurnallarda) elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir.
Qurban Yusifzadə
Qurban Yusif oğlu Yusifzadə (1913, Naxçıvan – 4 iyun 1982) — Azərbaycan jurnalisti və dövlət xadimi, professor (1967), Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1970–1982), Azərbaycan SSR Ali Sovetinin 8–10-cu çağırış deputatı. == Həyatı == Qurban Yusif oğlu Yusifzadə 1913-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1931-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra kənd məktəbində müəllimlik etmiş, jurnalistika ilə məşğul olmuş, 1932-ci ildə "Şərq qapısı" qəzetinin şöbə müdiri təyin edilmişdir. 1941-ci ildə Azərbaycan Dövlət Universitetini bitirən Qurban Yusifzadə uşaq-gənclər nəşriyyatının direktoru, sonra isə baş redaktoru vəzifələrində işləmişdir. 1942–1944-cü illərdə o, SSRİ Xalq Müdafiə Komissarlığı hərbi nəşriyyatının Zaqafqaziya cəbhəsi yanında nəşriyyat redaktoru olmuşdur. 1947–1950-ci illərdə "Təbliğatçı", "Azərbaycan" jurnallarının məsul katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifələrini tutmuşdur. 1953-cü ildə Qurban Yusifzadə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1953–1954-cü illərdə isə Bakı Ali Partiya Məktəbində işləmiş, bir çox illər ərzində burada marksizm-leninizm fəlsəfəsi kafedrasına başçılıq etmişdir. 1967-ci ildə ona professor adı verilmişdir. Filosof alim və jurnalist kimi o, 60-dan artıq əsərin müəllifi olmuşdur.
Qurban İbrahimov
Qurban Namiq oğlu İbrahimov (4 iyun 1998, Kəngərli, Naxçıvan MR, Azərbaycan - 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş çavuşu, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurban İbrahimov 1998-ci il iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Qabıllı kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Qurban İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban İbrahimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kürban
Kürban (fr. Curbans, oks. Curbans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 390 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 239 yaşda olan (15-64 yaş arasında) 190 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.5%, 1999-cu ildə 66.8%). Aktiv olan 190 nəfərdən 176 nəfəri (97 kişi və 79 qadın), 14 nəfəri işsizdir (6 kişi və 8 qadın).
Türban
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.