Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astacus astacus
Enlibarmaq çay xərçəngi (lat. Astacus astacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü. Enlibarmaq çay xərçənginin bədəni iki hissədən ibarətdir. Onlar baş-döş və qarıncıq adlanır. Çay xərçənginin tənəffüs orqanları yerimə ayaqlarının dibindəki qəlsəmələrdir. Çünki onların baş döş hissəsi secilmədiyi üçün baş-döş və qarıncıqdan ibarətdir. Ayrıcinslidirlər. Ürək beşbucaqlıdır, baş-döş hissənin bel tərəfində yerləşir. Açıq qan-damar sistemi vardır. Bütün Avropa qitəsində şirin sularda yayılmışdır.
Astacus
Çay xərçəngi (lat. Astacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Baş-döş uzunsov-yumurtavari formalıdır. Rostrum nisbətən uzun olub, ucu itidir. Baş-döş zirehində qövsvari şırım aydın görünür, onun qabarıq hissəsi arxaya yönəlmişdir. Həmin şırımdan arxaya 2 dərin olmayan qəlsəmə-ürək şırımları ayrılır. Dişi fərdlərdə ilk 3 cüt ətraflar qısqaclıdır. Birinci cüt ətrafların qısqacı daha iri və kütləlidir. == Yayılması == Cinsin nümayəndələri bütün dünyada şor və sirin sularda geniş yayılmışdır. Su anbarlarında, çaylarda, göllərdə və nohurlarda yaşaya bilirlər.
Astazur
Şvanidzor, Astazur — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Astacus leptodactylus
Uzunbarmaq çay xərçəngi (lat. Astacus leptodactylus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü. == Təsviri == Çay xərçənginin silindrvari baş-döşü 5 baş və 8 döş buğumundan ibarətdir. Ön antenalar 2 qamçılı və bığyanı pulcuqludur. Başın ön hissəsində 2 buğumdan ibarət saplaqlı, fasetli gözlər yerləşir. Rostrum iti ucluqla qurtarır. Döşün 8 heteronom buğumu başla hərəkətsiz birləşib ümumi xitin zirehlə (karapaks) örtülüb baş-döşü əmələ gətirmişdir. Qarın yaxşı inkişaf etmişdir və baş-döşün altına bükülmür. Zireh hamar və ya qırışıqlı, qabarıqlı ola bilər. Çay xərçəngində oynaqlı ətrafların ümumi sayı 19 cütə çatır.
Astarud (Xudabəndə)
Astarud (fars. استرود‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 933 nəfər yaşayır (201 ailə).
Vitali Astaxin
Vitali Vladimiroviç Astaxin (2 fevral 1951, Bakı) — Azərbaycan musiqiçisi, trombon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == Vitali Vladimiroviç Astaxin 2 fevral 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. Vitali Astaxin 1969–1973 və 1978–1986-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində, 1973–1978-ci illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında fəaliyyət göstərmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin trombonçalanlar qrupunun konsertmeysteridir.
Makbule Atadan
Makbulə Atadan (1885, Saloniki – 18 yanvar 1956, Ankara), Türk yazıçı və siyasətçidir. Mustafa Kamal Atatürkün bacısıdır. == Həyatı == 1885-ci ildə Salonikidə dünyaya gəlib. Balkan müharibələrindənndan sonra anası Zibeydə xanım ilə birlikdə İstanbula köçüb. Cümhuriyyətin elanından sonra Ankaraya getdi. Bir müddət qardaşı Mustafa Kamal ilə qaldıqdan sonra Çankaya Köşkü ərazisi içində onun üçün inşa edilən Camlı Köşkə yerləşdi. 1930-cu ildə Atatürkün istəyi ilə Fəthi Okyarın qurduğu Sərbəst Cümhuriyyət Firqəsinə girən Makbulə Xanım bir neçə ay sonra partiya bağlandıqdan sonra siyasətdən çəkildi. Atadan əslən Gümülcinəli bir fabrik sahibi olan Ədirnə millətvəkili Məcdi Boysan ilə evləndi və daha sonra boşandı. Qardaşı haqqında xatirələri Böyük Qardaşım Atatürk (1952) ve Qardaşım Mustafa Kamal (1952) adları elə yayımlandı. 18 yanvar 1956-cı il tarixində saat 12:55 də 71 yaşında Camlı Köşk, Ankarada vəfat etdi.
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.
Astan Şahverdiyev
Astan Şahverdiyev (15 fevral 1947, Qaryagin – 15 aprel 2018, Çiləgir, Qusar rayonu) — Texnika elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı. == Həyatı == Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Füzuli şəhərində anadan olmuşdur. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuş, 1970-ci ildə institutu bitirmişdir. 1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olmuş və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilmişdir. Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
Atadan oğula (film, 2017)
Atadan oğula qısametrajlı sənədli televiziya filmi rejissor Bəylər Bəylərov tərəfindən 2017-ci ildə çəkilmişdir. ARB-də istehsal edilmişdir. Film ata-oğul əməkdar artistlər, mahir kamança ifaçıları Mirnazim Əsədullayev və Toğrul Əsədullayevin sənət yoluna həsr olunub. == Məzmun == Film ata-oğul əməkdar artistlər, mahir kamança ifaçıları Mirnazim Əsədullayev və Toğrul Əsədullayevin sənət yoluna həsr olunub.