Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daniel Berjenyi
Daniel Berjenyi (mac. Berzsenyi Dániel; 7 may 1776[…] – 24 fevral 1836[…], Nikla[d], Şomod) — Macarıstan yazıçısı. Berjenyi Macarıstan ədəbiyyatının ən ziddiyyətli şairlərindən biri idi. O, həyatı boyu fermaçı olmuşdur, lakin hər zaman Macarıstan ədəbiyyatında baş verən dəyişikliklərə yaxın olmaq istəyirdi. Həll edə biləcəyini düşündüyü bu çaşqınlıq sonralar onu təkəbbürlü, özünəqapanan və acı bir şair kimi formalaşdırdı. Əsərlərində klassisizmin, sentimentalizmin və romantizmin əlamətləri özünü göstərirdi. == Həyatı == Berjenyi zadəgan ailəsinin yeganə övladı idi. Atasının hüquq dərəcəsi almağına baxmayaraq özü heç vaxt hüquqla maraqlanmamış və fermada işləmişdir. Atası hesab edirdi ki, zəif və xəstə oğlunun fermada işləməsi onu daha fiziki cəhətdən möhkəmləndirəcək. Onun fikrincə, uşaqlara on yaşından sonra məktəbə getməlidirlər.
Lyubov Berejnaya
Lyubov Berejnaya-Odinokova (qızlıq soyadı: Berejnaya; d. 24 iyun 1955; Otradnıy, Rusiya) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lyubov Berejnaya, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lyubov Berejnaya, həm də Dünya Çempionatlarında 1 qızıl və 1 gümüş medala sahib olub. == Karyerası == Lyubov Berejnaya, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lyubov Berejnaya növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Lyubov Berejnaya-Odinokova