Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maak qanqalı
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Maak doqquzdonu
Maak doqquzdonu (lat. Lonicera maackii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Şimal-Şərqi Çin, Yaponiya və Koreyada palıd və qarağac meşələrində, çay sahillərində bitir. == Botaniki təsviri == Kolun hündürlüyü 4 m-dir. Tünd-yaşıl rəngli yarpaqların uzunluğu 5-8 sm, yumurtavarı və ya ellipsvarıdır, şaxələnmiş çətirin diametri 3-4 m-ə çatır. Çiçəkləməsi 4-5 yaşından başlayır, mayın axırından iyunun əvvəlinə qədər və ya iyunun ikinci yarısına qədər, təxminən 7-9 gün çəkir. Çiçəkləri qıfşəkilli, ağ rəngli olub, uzunluğunu 2 sm-dir. 5-8 yaşından hər il bol meyvə verir, meyvələri avqustun ikinci yarısından sentyabrın birinci yarısınadək yetişir. Giləmeyvələri oturaq, şarşəkilli, sərbəstdir, yeməli deyil. == Ekologiyası == Qışa, kölgəyə, quraqlığa, soyuğadavamlıdır, torpağa tələbkar deyil, zərərverici və xəstəliklərə az yoluxur.
Maak meşəgilası
Maak meşəgilası (lat. Prunus maackii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Amur vilayətinin meşələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə çatan, enli yumurtavari, dağınıq piramidal çətirli, dekorativ ağacdır. Gövdəsi hamar, parlaq, qabıqla örtülmüş gözəl, qırmızı- narıncı və ya qızılı-sarı rəngdədir. Yarpaqları 13 sm uzunluqda, ucu biz, parlaq, ellipsvari və ya uzunsov formadadır. Çiçəkləri ağ rəngdədir, diametri 0,6 sm-ə çatır. 10-50 ədədi bir yerdə olmaqla salxımlarda toplanır, iysizdir. Meyvəsinin diametri 5 sm-ə qədər olan, yumru, qara, xırda çəyirdəkmeyvədir. Çox acıdır, quşlar və ayılar tərəfindən yeyilir, ona görə vətənində «ayı giləmeyvələri» də adlandırılır.
Maar
Maar (rus. маар, ing. maar, alb. maar) ― vulkanın lava axımı ilə müşayiət olunmayan qaz partlayışı zamanı yer səthində əmələ gətirdiyi qıfabənzər, yaxud silindrvari dərinlik, diametri 3200 m-ə, dərinliyi isə 300-dək olan çuxur. Maar vulkan lava püskürmədən qaz partalayışı nəticəsində əmələ gəlir. Rütubətli iqlimdə maar bəzən su ilə dolur və göl əmələ gəlir. Məsələn: Almaniyada Laxer-Ze gölü, Fransada Paven və Hodival gölləri.
Maas
Maas - Niderland və Belçika ölkələri ərazisində yerləşir. Çay Belçika, Fransa və Niderlandın ərazisindən keçir. Uzunluğu 925 km, hövzənin sahəsi isə 36 min.kv.km-dir. == Maas çayı == Çay öz başlanğıcını Fransanın Lanqr platosundan götürür. Sedan və Şarlevil-Mezeraya istiqamətində şimala axır və sonda Belçikaya daxil olur. Namurda şimal-şərq istiqamətində qərbdə doğru Ardenlər və sonra Liega şimala doğru axır. Niderlandın ərazisində şimala Venloya qədər axır və sonra qərbə istiqamətlənir. Reyn çayının sağ qoludur. Çay delta yaradaraq Şimal dənizinə tökülür. == Qidalanması == Çay yağış və qar suları ilə qidalanır.
Maat
Mayak
Mayak ya da dəniz fənəri — gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlarında inşa olunan hündür mərtəbəli tikiliyə verilən addır. == Poçt markalarında mayak == Poçt markası == İstinadlar == == Xarici keçidlər == Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Saak
Saak Süni — 821-831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasakın kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831-832-ci illərdə ərəblərə qarşı Zəngiçay sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir. “Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik teri (zadəganı) Saak da var idi. Smbat və Sevada isə qaçaraq canlarını qurtara bildilər. Hul yenidən Dvinə döndü. Sünik teri Saakın cəsədi böyük patriarx David tərəfindən müqəddəs patriarxlıq evinə gətirilərək müqəddəs məbəd yaxınlığında dəfn edilmişdir.
Mşak
"Mşak" (erm. Մշակ — Əməkçi) — 1872–1921-ci illərdə Tbilisidə nəşr edilmiş gündəlik erməni qəzeti. Təsisçisi və ilk redaktoru Qriqor Artsruni olmuşdur. == Haqqında == "Mşak" qəzetinin əsası 1872-ci ildə qoyulmuşdur. Redaktoru və naşiri Heydelberq Universitetinin fəlsəfə fakültəsini bitirmiş ictimai xadim və publisist Qriqor Artsruni olmuşdur. Əvvəlcə həftəlik, sonra gündəlik çıxmışdır. 1885-ci ildə fasilə vermişdir. 1892-ci ildən sonra qəzetin redaktorları: Aleksandr Kalantar (1893–1913), Hambartsum Arakelyan (1913–1918), tarixçi Leo (1918–1920), Tiqran Haxumyan (fasilələrlə 1917–1920) və başqaları olmuşdur. == Fəaliyyəti == Q.Artsrunin çıxartdığı "Mşak" azad fikirli ziyalıların ideoloji orqanı kimi burjua-demokratik quruluşu təklif edərək, əsas zərbəni kilsə və ruhanilərə qarşı yönəldirdi. Qəzetin fəaliyyətinin digər mühüm istiqaməti erməni məktəbinin dünyəviləşməsi və kilsədən ayrılması uğrunda mübarizə idi.
Maak meşə gilası
Amak adası
Amak adası (ing. Amak Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. == Coğrafiya == Alyaska yarımadasının qərb qutaracağından şimalda yerləşir. Adada fəaliyyətdə olan Amak vulkanı vardır. Sahəsi 15,094 km². Makimal hündürlüyü 488 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Yaşayışı olmayan bir qayalıq adadır.
Castin Mask
Castin Mask (ing. Justine Musk; qızlıq soyadı: Uilson; 2 sentyabr 1972, Peterborouh, Ontario) kanadalı yazıçı. Sahibkar İlon Maskın birinci həyat yoldaşıdır. 6 əsəri ingilis dilində 17 dəfə nəşr olundu. Hal-hazırda 839 kitabxanada mövcuddur. == Karyerası == Castin Mask 2005-ci ildə ilk kitabı olan Blood Angel-i nəşr etdirdi. İkinci kitabı Uninvited 2007-ci ildə nəşr olundu. Ardınca 2008-ci ildə Blood Angel-in davamı olan Lord of Bones-i nəşr etdirdi. Mask yeni roman planı hazırlamaq üçün Pinterest kimi saytlardan istifadə edən ilk şəxslərdən biri oldu. Mask həmçinin davamlı olaraq TED Talks-da çıxış edir.
Elon Mask
The Martian Mongoloid (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — Cənubi Afrika Respublikasında doğulmuş ABŞ sahibkar, mühəndis, investor və milyarderi. Mask SpaceX şirkətinin təsisçisi, informasiya texnologiyalarından cavabdeh rəhbəri və baş icraçı direktoru, Tesla-nın ilkin investoru, baş icraçı direktoru və məhsul dizayneri, The Boring Company-nin təsisçisi və Neuralink və OpenAI şirkətlərinin həmtəsisçisidir. 2022-ci ilin mart ayında xalis sərvəti 270 milyard ABŞ dolları olan Mask həm "Bloomberg milyarderlər siyahısı"na həm də "Forbes" jurnalının milyarderlər siyahısına görə dünyanın ən varlı adamıdır. Mask kanadalı ana və cənubi afrikalı atanın ailəsində dünyaya gəlib CAR-ın Pretoriya şəhərində böyümüşdür. Hərbi xidmətə çağırılmamaq üçün 17 yaşında Kanadaya köçməzdən əvvəl qısa müddət Pretoriya Universitetində təhsil almışdır. O, Kuens Universitetinə qəbul oldu və iki il sonra Pensilvaniya Universitetində təhsilini davam etdirib iqtisadiyyat və fizika ixtisası üzrə bakalavr dərəcəsi aldı. Təhsilini Stenford Universitetində davam etdirmək üçün 1995-ci ildə Kaliforniyaya köçdü, amma burada qardaşı Kimballa birlikdə veb-proqram təminatı şirkəti Zip2-ni quraraq biznes karyerasına başladı. Bu startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara satın alındı. Elə həmin il Mask Confinity ilə birləşərək 2000-ci ildə indiki PayPal olan onlayn bank X.com-u təsis etdi.
Eyl Malk
Eyl Malk (ing. Eil Malk) — Palaunun tərkibinə daxil olan ada. mərcan mənşəlli adadır. Adada yaşayış yoxdur. == Coğrafiyası == Palau adasından 23 km cənub-şərqdə yerləşir. Uzunluğu 6 km, eni 4,5 km, sahəsi 19 km² təşkil edir. Maksimal hüündürlük 82 metrdir. İqlimi tropikdir. Tropik siklonların təsirinə məruz qalır. Bir hissəsi sıx şəkildə tropik meşə ilə örtülüdür.
Hayko Maas
Hayko Maas — alman siyasətçi, Sosial Demokrat Partiyasının üzvü, Angela Merkelin başçılığı altında formalaşan yeni hökumətində 2018-ci 14 mart ayından etibarən Almaniyanın Xarici İşlər Naziri. == Həyatı == Maas 1966-cı il sentyabrın 19-da Fransada orta sinif ailəsində anadan olmuşdur. Atası peşəkar bir əsgər idi, daha sonra Saarlouis Assambleyasında, Almaniyaya məxsus bir avtomobil zavodunda menecer oldu, anası bir paltar tikişçisi idi. 1987-ci ildə gimnaziyadan məzun, 1987-1988-ci illərdə məcburi hərbi xidmətdə olmuşdur. Bundan sonra bir il Saarlouis Assambleyasında işləmiş, 1989-cu ildə Saarland Universitetində hüquq fakültəsinə qəbul olmuşdur. == Fəaliyyəti == Saarland Universitetində hüquq fakültəsini bitirdikdən sonra 1996-cı ildə Saarland Parlamentinə seçilir. 1999-cu ildən Saarland regional parlamentində Almaniya fraksiyasının rəhbəri və 2013-2018-ci illərdə Almaniyanın ədliyyə naziri vəzifəsində olmuşdu. Hayko Maas 2000-ci ildə Sosial Demokratlara rəhbərlik etmiş, 2001-ci ildən isə Partiyanın Federal Şurasının üzvü olmuşdur. Saarlandın Ətraf mühit, Enerji və Nəqliyyat naziri (1998-1999), Saarlandın - İqtisadiyyat, əmək, enerji və nəqliyyat naziri (2012-2013), 14 mart 2018-ci ildən Almaniyanın xarici işlər naziridir. == Siyasi mövqeyi == Hayko Maas sosial demokratik dəyərlərin güclü tərəfdarıdır.
Kimbal Mask
Kimbal Mask (ing. Kimbal Musk; 20 sentyabr 1972, Pretoriya, Cənubi Afrika) cənubi afrikalı restoran meneceri, baş aşpaz və sahibkardır. Bir çox filialı olan The Kitchen Restaurant Group-un sahibidir. Qeyri-kommersiya təşkilat olan Big Green-in həmtəsisçisi və prezidentidir. Həmçinin dizayn şirkəti Square Roots-un həmtəsisçisi və prezidentidir. Kimbal hal-hazırda Tesla Motors və SpaceX-in idarə heyətində yer alır. Milyarder sahibkar İlon Maskın kiçik qardaşı və Tesla-nın irihəcmli səhmdarıdır. 1995-ci ildə qardaşı İlon ilə birlikdə Zip2-ni qurmuşdular. == İlk illəri == Kimbal qardaşı İlon, bacısı Toska və bir neçə qohumu ilə birlikdə böyüdü. Anası Mey Mask diyetaloq və model, atası Errol Mask isə mühəndis idi.
Maaka doqquzdonu
Maka (kənd)
Maka — Dağıstanın Doqquzpara rayonunda tərk edilmiş kənd. == Haqqında == Maka kəndi Doqquzpara rayonunun şimal-şərq hissəsində yerləşir. XVI əsrdən 1839-cu ilə qədər Maka kəndi Altıpara azad cəmiyyətinə daxil idi. 1839-cu ildə Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Dağıstan vilayətinin Samur dairəsinin Doqquzpara naibliyinə daxil idi. 1929-cu ildə Dağıstan MSSR-in yeni yaradılan Axtı rayonunun tərkibinə daxil edilmişdi. 1934-cü ildə isə yeni yaradılan Doqquzpara rayonunun tərkibinə daxil edilmişdi. 1960-cı illərdə kəndin sakinləri Məhərrəmkənd rayonunun Kuysun kəndində məskunlaşmışdı. Makalıların bir hissəsi Maka-Qazmalarda yaşayır. Maka kəndində məskunlaşamaya qədər ləzgilər, sünni-müsəlman əhali yaşayırdı.
Maka Çiçiua
Maka Çiçiua (gürc. მაკა ჩიჩუა) — Gürcüstan Respublikasının birinci xanımı; rəssam və aktrisa == Ailəsi == Georgi Marqvelaşvili uzun müddət vətəndaş nikahında yaşamışdır. o, Georgi Marqvelaşvili Gürcüstan prezidenti seçildikdən sonra 2014-cü ildə evlənmişlər. Onların nikah mərasimi Gürcüstanın şərqindəki Duşeti şəhərində, prezidentin öz evində baş tutmuşdur. Bu, Gürcüstan prezidentinin ikinci evliliyidir.
Mark! Lopes
Mark! Lopes — Amerikalı ətraf mühit fəalı. O, ekoloji ədaləti müdafiə edən East Yard icmasının icraçı direktorudur. 2017-ci ildə Qoldman Ətraf Mühit Mükafatını qazanışdır. == Bioqrafiyası == Santa Kruzdakı Kaliforniya Universitetini və Nortricdəki Kaliforniya Dövlət Universitetini bitirmişdir. Onun nənəsi Mothers of East Los Angeles təşkilatının həmtəsisçisi Xuana Beatris Quterredir. Kaliforniyanın Vernon şəhərində qurğuşun batareyasının çirklənməsinin aradan qaldırılması üçün lobbiçilik etmişdir. Los Anceles Vətəndaş Mərkəzində etiraz aksiyası təşkil etmişdir.
Mark (ad)
Mark — kişi adı. Mark MakKorkl — ABŞ ssenari müəllifi və prodüseri Mark Acheson — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı. Mark Blok — XX əsr yəhudi əsilli Fransa tarixçisi Mark Dalin — “Azərbaycanın Əməkdar elm xadimi” Mark Levi — Fransız yazıçı. Mark Ueldon — Britaniya yerli siyasətçisi Mark İnglis — Everest zirvəsini ayaqsız fəth edən ilk alpinist Mark Koqanov — dövlət xadimi, 26 Bakı komissarından biri. Mark Krass — Roma siyasi və hərbi xadimi. Mark Tulli Siseron — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Mark Avreli — Roma imperatoru (161-180) Mark Helfriç — ABŞ montajçısı və rejissoru Mark Şihan — musiqiçi Mark İrvin — Kanada-ABŞ bəstəkarı və operatoru Mark Uolberq — Amerika aktyoru və prodüseri.
Mark 81
Mark 81 və ya qısaca MK81 — ABŞ istehsalı aviabomba. ABŞ-də 1950-ci illərdə inkişaf etdirilmiş, Vyetnam müharibəsi zamanı istifadə edilmişdir. Mark seriyasından olan hava bombalarının ən kiçiyidir. Nominal çəkisi 119 kq, ancaq faktiki çəkisi versiyasına görə dəyişə bilər. Korpusu metaldan hazırlanmışdır. 44 kq Tritonal növ partlayıcı ilə doldurulur. == İnkişafı == 1950-ci illərdə Birləşmiş Ştatların hərbi qüvvələri üçün hazırlanmış, ilk dəfə Vyetnam müharibəsi zamanı istifadə edilmişdir. Bomba, 44 kq tərkibi H6, Minol və ya Tritonal partlayıcı olan bir çuğun poladdan ibarətdir. MK 81-nin gücü ABŞ-nin hərbi taktiki istifadəsi üçün uyğun deyildi və lisenziyalı surətlər və ya bu silahın dublikatları digər millətlərdə xidmətdə qalmasına baxmayaraq tez bir zamanda istifadəsi dayandırıldı. == Mark 80 seriyası == MK-81 MK-82 MK-83 MK-84 == İstinadlar == ==== Qeydlər ==== ==== Ədəbiyyat ==== Tom, Gervasi.
Mark Antokolski
Mark Antokolski (rus. Антокольский, Марк Матвеевич; 2 (14) noyabr 1840, Vilnüs – 26 iyun (9 iyul) 1902, Bad-Xomburq[d], Hessen[…]) — rus heykəltaraş. 1871-ci ildən akademik. == Həyatı == 1862-1866-cı illərdə Sankt-peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır. Realist sənətkar kimi yetişməsində İ.Y.Repin, V.V.Stasov və İ.N.Kramskoyun təsiri olmuşdur. 1871-ci ildən İtaliyada, 1877-ci ildən Parisdə yaşamışdır. Yaradıcılığının ilk illərində yəhudi məhəlləsindən seçdiyi tipajların obrazlarını incə yumorla Dərzi (1864) və Xəsis (1865) əsərlərində yaratmışdır. Milli-tarixi mövzularda yaratdığı əsərlər Antokolskinın yaradıcılığında əhəmiyyətli yer tutur. Obrazın psixoloji aləminə dərin nüfuz, tarixi detalların düzgün əksi onun İvan Qroznı (1871), I Pyotr (1872) əsərlərində daha qabarıqdır. Yaradıcılığının sonrakı dövrlərində əsərlərini psixoloji səpkidə işləmişdir.
Mark Antoni
Mark Antoni (e.ə. 83, Roma, Qədim Roma – e.ə. 30, İsgəndəriyyə, Ellin Misiri[d][…]) — Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı. E.ə. 43-cü ildə Mutin şəhəri yaxınlığında senat qoşunlarına məğlub olduqdan sonra Oktavian Avqust və Mark Emili Lepid ilə ittifaqa girmiş (2-ci triumvirat), e.ə. 42-ci ildə Oktavianla birgə Sezarın qatilləri Brut və Kassini məğlub etmişdi. Bundan sonra imperiyanın şimal əyalətlərini idarə edən Antoni, Misir hökmdarı Kleopatra ilə yaxınlaşmış və Misirə arxalanaraq hakimiyyət uğrunda Oktavianla mübarizəyə başlamışdı. E.ə. 36-cı ildə Antoni 100 minlik qoşunla Atropatenaya hücum etmiş, lakin tələfat verərək (təqr. 24 min nəfər) geri çəkilmişdi.
Mark Avreli
Mark Avreli (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121, Roma, İtaliya[d], Roma imperiyası – 17 mart 180) — Roma imperatoru (161–180), stoaçı filosof. İlk vaxtlar imperiyanı Lutsi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162–166), german və sarmatlarla (166–180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür. == Həyatı == 139-cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır. Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir. Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq Hadrianın vəfatından yarım il sonra 5 dekabr 138-ci ildə kvestor vəzifəsinə irəli çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir.