Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Iris milesii
Iris milesii (lat. Iris milesii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Xavyer Mileyin prezidentliyi
Xavyer Mileyin prezidentliyi dövrü onun 10 dekabr 2023-cü ildə, 4 illik vəzifəsi üçün and içməsi ilə başlamış və Miley vəzifəyə vitse-prezident Viktoriya Viyarruel ilə birlikdə gəlmişdir. Seçkilər Argentinada pul böhranı davam edərkən baş tutmuş və Miley 2-ci turda 55,65% səs toplayaraq keçmiş iqtisadiyyat naziri Sergio Massaya qalib gəlmişdir. == Fon == === 2023-dəki seçkilər və seçki kampaniyası === Miley öz namizədliyini 11 aprel 2023-cü il tarixində Clarín qəzeti ilə müsahibəsində açıqlayıb və öz yoldaşı kimi Argentina Demokrat Partiyasının deputatı Viktoriya Viyarrueli seçib. O, seçkilər zamanı sağ libertarian ideologiyası ilə seçilmiş, sağ populist fikirləri inflyasiyanın 100%-i aşdığı ölkənin sorğularında yüksəlməsinə kömək olmuşdur. == Kabineti == Xavyer Mileyin kabineti də vəzifəyə 10 dekabr 2023-cü ildə başladı. Sabiq prezident Alberto Fernandesin heyəti istefa verəndən sonra Miley əksəriyyəti Azadlıq İrəliləyir və Dəyişiklik üçün Birlikdə koalisiyalarından olan öz kabinet üzvlərini vəzifələrə təyin elədi. Prezident kimi vəzifəyə başlayandan sonra Xavyer Miley nazirlər və nazirliklərlə bağlı bir sıra fərmanlar, sərəncamlar imzaladı. Nikolas Posse Kabinetin sədri, Giyermo Frankos Daxili İşlər naziri, Diana Mondino Xarici İşlər, Beynəlxalq Ticarət və İnanc naziri, Luis Petri Müdafiə naziri, Luis Kaputo İqtisadiyyat naziri, Patrisia Bulriç Təhlükəsizlik naziri və Mario Russo Səhiyyə naziri təyin olundu. 10 dekabr 2023-cü il tarixində Miley 8-ci (prezident səlahiyyətlərinin icraçısı kimi birinci) fərmanında qanunda dəyişiklik edərək mövcud olan 19 nazirliyin sayını 9-a saldı.