Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lugo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Luqo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Toqo
Toqo — Qərbi Afrikada dövlət. Ölkə qərbdən Qana, Şərqdən Benin, Şimaldan Burkina-Faso ilə həmsərhətdir. Cənubdan Qvineya körfəzinə çıxışı var. Paytaxtı Lome şəhəridir. == Adının Etimologiyası == Ölkənin adı Ewe dilindən gəlir. Ewe dilində Togo sözü to (Dilimizdə: su) və go (Dilimizdə: liman) sözlərindən ibarətdir. Almaniyanın burada qurduğu ilk müstəmləkə nizamında bölgəni Togoland adı verilmiş, buna da əsaslanaraq bütün ölkə üçün Togo adı istifadə edilmiş, müstəqilliyindən sonra da bu ad yeni ölkənin adı olaraq da seçilmişdir. == Coğrafiya == Ölkənin bütövlükdə sahib olduğu 1,647 km-lik sərhədindən 664 km-i Benin, 126 km-i Burkina Faso, 877 km-i Qana ilə həmsərhəd olduğu halda, ölkənin bundan başqa Atlantik Okeanına da 56 km-lik sahil xətti var. Togo sahib olduğu 56.785 km² sahəsi ilə Afrika qitəsindəki kiçik bir ölkələrdən biridir. Qitədə bu qədər sahayədən daha az bir sahəyə sahib olan çox az sayda ölkə var.
Tüdo
Tuado — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 457 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasındadır. Görünür, kəndin salındığı ərazidə və ya yaxınlığında çoxlu tut ağacı olduğu üçün belə adlanmışdır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Tuğ
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Adel Hüqo
Adel Hüqo (24 avqust 1830[…], Paris – 21 aprel 1915, Süren) — fransız yazıçısı Viktor Hüqonun 5 övladından ən kiçiyi. Gənc qadın olarkən şizofreniyaya düçar olur, Britaniya ordusunda xidmət edən zabitin onun sevgisini rədd etməsi onda bu zabitə qarşı romantik asılılıq yaradır. "Sevgi fobiası" adlandırılan Adel sindromu onun adı ilə bağlıdır. 1975-ci ildə fransız rejissor François Truffaut tərəfindən çəkilən "Adel H.-nin hekayəsi" adlı film Adel Hüqonun gündəliklərində yazdıqlarına əsaslanır. == Uşaqlığı == Adel Fuşe və Viktor Hüqonun son övladı olan Adel Hüqo maddi vəziyyəti yaxşı olan bir ailədə və mədəni mühitdə böyüyür. Piano çalmağı çox sevən Adel gözəlliyi və uzun qara saçları ilə məşhur idi. Bir sıra məşhur Parisli rəssamlar onun portretini çəkmişdi. Viktor Hüqonun siyasi səbəblərə görə sürgün edilməsindən sonra ailə 1851-ci ildə Cörsi adasına köçdü və 1870-ci ilə qədər orada qaldı. Adel sevgi asılılığının səbəbi olan Albert Pinsonla da məhz burada tanış oldu. == Xəstəliyi və Pinsonu təqib etməsi == 1856-cı ildə Adelin ruhi xəstəliyinin əlamətləri açıq-aydın sezilməyə başladı.
Aşağı Tuqa
Aşağı Tuqa (çeç. Тlуга) — Çeçenistan Respublikası, İtum-Kali rayonu, Mayst dərəsində yerləşən orta əsrlərə aid qala qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XV–XVI əsrlərə aid edilir. == Tarixi == V.İ.Markovin yazılarında Çeçenistandakı müdafiə qalalarının düzgün xülasəsini verən 1822-ci ilin anonim müəllifindən bəhs edir. Naməlum müəllifin araşdırması 1822-ci ildə "Ruskiy İnvalid" jurnalında dərc olunub. Adolf Berjenin müşahidələri XIX əsrin ortalarına təsadüf edir. Gördüyü bütün qalaların təsvirini vermədən ümumi şəkildə bəhs edir. Bir qədər sonra A.P.İppolitov Şatoy kəndi yaxınlığında iki hərbi qurğunun rəsmlərini dərc etdirir. Lakin Vsevolod Millerin işi ən böyük elmi əhəmiyyətə malik olur. O, Çeçenistan-İnquşetiyanın bir çox memarlıq abidələrini ətraflı təsvir edir.
Fernando Luqo
Fernando Luqo (isp. Fernando Armindo Lugo Méndez; d. 30 may 1951, San Solano, Paraqvay) — Paraqvay Respublikasının Prezidenti (2008-2012). == Həyatı == 30 may 1951-ci ildə Paraqvayın San Solano şəhərində anadan olmuşdur. == Dini fəaliyyəti == Orta təhsilini Enkarnasion şəhərindəki dini məktəbdə almışdır. 15 avqust 1977-ci ildə keşiş, 1977-1982-ci illərdə Ekvadorda missioner olmuşdur. 17 aprel 1994-cü ildə Roma Katolik Kilsəsinin yepiskopu seçilmişdir == Siyasi fəaliyyəti == 29 oktyabr 2007-ci ildə Paraqvayın Xristian Demokratlar Partiyasının üzvü olaraq, həmin partiyadan Prezident seçkilərinə öz namizədliyini irəli sürmüş və 2008-ci ildə ölkənin Prezidenti seçilmişdir. 22 iyun 2012-ci ilə qədər bu vəzifədə olmuşdur. == Ailəsi == 1 övlad atasıdır.
Hugo Boss
Hugo Boss AG Kişi və qadın geyim mövzusunda ixtisaslaşmış, Metzingen mərkəzli xalqa açıq hazır geyim istehsalçısıdır. Adını qurucusu moda dizayneri Hugo Bossdan almışdır. Hugo Bossun hal-hazırda 110 ölkədə ən az 6100 satış nöqtəsi vardır. Hugo Boss AG 1,000 dən çox mağaza və fəaliyyət dükanı ilə təxminən 330 pərakəndə mağazalarına malikdir. 2008-ci ildən bu yana, Hugo Boss cib telefonları və əlaqədar aksesuarları inkişaf etdirməkdə və eyni zamanda Boss markası altında bir uşaq moda kolleksiyası başlatmışdır. Samsung Electronics və HTC Corporation ilə bir razılaşması olmuşdur. Hugo Boss, 1924-ci ildə Stuttgartın kiçik bir qəsəbəsi olan Metzingendə geyim firması olaraq işə başladı. Ancaq zamanın Almaniyasında iqtisadi böhran səbəbiylə, 1930-ci ildə iflasa məcbur oldu və yeni bir iş qurmaq məqsədi ilə 1931-ci ildə Nasist partiyasına üzv oldu. SA, SS, Hitler Gəncliyi, NSKK və digər partiya təşkilatlarına lisenziyalı forma (rəsmi tədarükçüsü) etdi. 1933-ci ildə Adolf Hitlerin yüksəlişi ilə birlikdə, Bossun işi də inkişafa başladı.
Hugo Hotel
Hugo Hotel — San-Fransiskonun South of Market bölgəsində yerləşən və 26 ildir ki, möhtəkirlər tərəfindən vakant kimi verilən, Brayn Qoqqin tərəfindən Defenestration of Furniture incəsənət qurğusunun yerləşdiyi, 1997-ci ildə inşa edilən hoteldir. Otel Teo V. Lenzen tərəfindən hazırlanmışdır və 200–214 Altıncı Küçədə yerləşir. 2009-cu ildə bina ekspropriasiya vasitəsilə San-Fransisko Şəhər və Qraflıq tərəfindən satın alınmışdır. Otel təmir məqsədilə 2015-ci ildə dağıdıldı. Tikintinin 2017-ci ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulub.
Huqo Andersson
Huqo Andersson (1 yanvar 1999-cu ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda müdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. == Klub karyerası == === Malmö === Andersson Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Andersson öz peşəkar karyerasında debütünü 20 may 2018-ci ildə Haken klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Mattias Svanberqi əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 23 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Huqo Basto
Hugo Cerqueira Pinto Basto (14 may 1993, Portu) Portuqaliyalı peşəkar futbolçudur.Hazırda Azərbaycan Premyer Liqasının klublarından Neftçi klubunda oynayır. == Kareyası == === Neftçi === Huqo Basto 17 iyul 2021 ci ildə Neftçiyə transfer olundu.
Huqo Hadviqer
Huqo Hadviqer (ing. Hugo Hadwiger; 23 dekabr 1908, Karlsrue – 29 oktyabr 1981, Bern) — İsveçrə riyaziyyatçısı, kombinator həndəsə sahəsində əsərlərin müəllifidir.
Huqo Kapet
Huqo Kapet (940, Durdan[d], Sena-i-Uaza[d] – 24 oktyabr 996, Les Juifs[d]) — əvvəlcə frankların hersoqu (960–987), sonra onların kralı (987–996), Kapetinqlər kral sülaləsinin banisi. Qısa hakimiyyəti dövründə o, taxt-tac üçün Karolinqlər sülaləsinin son nümayəndələri ilə və Reyms arxiyepiskopluğu uğrunda Müqəddəs Taxt-tacla mübarizə aparmaqla məşğul olmuşdur. == Həyatı == === Mənşəyi === Ata tərəfdən Huqo Kapet Robertinlərin nəcib bir Frank ailəsindən idi. Frank əyalətindəki bir çox digər böyük ailələr kimi, sülalə də Karolinqlərin əcdadları olan Pipinidlərin ailə mülklərinin yerləşdiyi Reyn və Meuse çayları arasındakı ərazidən gəlir. Robertinlərin əcdadları, bu dairənin digər nümayəndələri kimi, hökmdarlarla qohumluq əlaqələri ilə bağlı idilər, onlar faktiki olaraq say vəzifələrini miras aldılar və gücləri, digər şeylər arasında, böyük monastırlara arxalanırdı. Həmçinin Robertinlərin əcdadlarının ixtiyarında ya onlara məxsus olan, ya da qrafın vəzifəsinə şərəf kimi bağlı olan geniş torpaqlar var idi. Hakimiyyətinin əsasını qoyan Robertinlər sülaləsinin banisi, indiki ən çox yayılmış versiyaya görə, Vormsqau qrafları ailəsindən olan Güclü Robert idi. O, əcdadlarının Reyn mülklərindən Neustriyaya köçdü və burada geniş və zəngin mülklər aldı. Onlar tək bir torpaq kompleksini təmsil etmirdilər və ilkin olaraq adı yox idi. Şərti olaraq, onlara "Robertine Dövləti" deyilir.
Huqo Lyoris
Uqo Lyoris (fr. Hugo Lloris; 26 dekabr 1986, Nitsa, Fransa metropoliyası) — fransız qapıçı, Fransa millisinin oyunçusu, Tottenhem Hotspur klubunun kapitanı və qapıçısı.
Huqo Robles
Huqo Vetlesen
Huqo Vetlesen (29 fevral 2000-ci ildə Norveçdə anadan olub) — Norveç Eliteserien təmsilçilərindən olan Stabek klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Stabek === Vetlesen Stabek akademiyası vasitəsilə inkişaf etmişdir. Vetlesen öz peşəkar karyerasında debütünü 2 aprel 2017-ci ildə Olesunn klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Stabek liqa görüşündə rəqibinə 3–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 15 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.
Huqo Yunkers
Huqo Yunkers (alm. Hugo Junkers‎; 3 fevral 1859[…] – 3 fevral 1935[…]) — alman aviakonstruktoru, Junkers avia şirkətinin əsasını qoymuşdur (1895). == Həyatı == O 1859-cu ildə müəssisəçi Haynrix Yunkers və onun həyat yoldaşı Luizenin yeddi ovladının üçüncüsü kimi dünyaya gəlmişdir. Yunkers 1933-cü ilə qədər Dessau şəhərində yaratdığı Junkers & Co şirkətinin sahibi olmuşdur. Professor, tədqiqatçı və iş adamı kimi o təyyarəqayırmada tam metaldan hazırlanmış təyyarələrin və möhkəm strukturların yaradılıb inkişaf etdirilməsində əsas işlər görmüşdür. O öz təyyarə mühərriki və qaz qızdırıcısı ilə məşhurlaşır. Yunkers 20-cu illərdə aviasiya şirkəti yaradır. Onun bu şirkıti sonralar "Luftnahza" ilə birləşir. 1932-ci ildə Dünya İqtisadi Böhranı nəticəsində onun müəssisəi tənəzzülə uğrayır. Yunkers həmin dövrdə "Nasional sosilalist"lər ilə birgə çalışmaqdan imtina etdiyinə görə müflisliyə doğru itələnir və Dessau şəhəri tərəfindən qadağa alır.
Huqo Çaves
Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías; 28 iyul 1954[…] – 5 mart 2013[…]) — Venesuela dövlət və hərbi xadimi, 1999–2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007–2013). == Həyatı == Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub. 1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır. Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi.
Hüqo Mükafatı
Hüqo mükafatı — hər il əvvəlki il yayımlanan ən yaxşı elmi fantastika və fentezi işlərinə müxtəlif kateqoriyalarda verilən mükafat. Mükafatın adı qabaqcıl elmi fantastika jurnalı Amazing Storiesin qurucusu olan Hüqo Qernsbekdən gəlir. İlk olaraq 1953-cü ildə verilən mükafat 1955-dən bəri aralıqsız hər il sahiblərini tapır. Hüqo mükafayı namizədləri və qazananları Worldcon sırasında qurultaya qatılan üzvlər tərəfindən müəyyən edilir. Hər kateqoriyada beş namizəd arasından biri WSFS-nin müəyyən etdiyi seçim sistemi olan alternatif səs sistemi üsuluna görə seçilir. Üzvlər mükafata layiq əsər tapa bilməyəndə mükafat yoxdur seçimini də etmə haqqına sahibdirlər. Hoffman Bronze Company tərəfindən bir raket formasında dizayn edilən mükafat hal-hazırda elmi fanı olan Piter Ueston tərəfindən yaradılıb. Raket formasında mükafatın bağlı olduğu qayda isə Worldcon komitəsinin məsuliyyətindədir və hər il dizaynı dəyişdirilir. Bir sonrakı mükafat mərasimi 5 sentyabr 2010 tarixinde 68-ci Worldcon-a (Aussiecon 4) ev sahibliyi etməli olan Avstraliyanın Melburn şəhərində təşkil ediləcək. == Tarixi == 1939-cu ildən bəri Worldcon sırasında ən yaxşı işlərin müəyyən edilməsi üçün seçim edilməsinə baxmayaraq, ilk dəfə 1953-cü ildə bu seçim nəticəsində bir mükafat verilməsi gündəmə gəldi.
Hüqo Qrotsi
Hüqo Qrotsi (nid. Hugo Grotius; 10 aprel 1583[…], Delft, Hollandiya qraflığı – 28 avqust 1645[…], Rostok) ― təbii hüquq nəzəriyyəsinin ilk görkəmli nümayəndəsi, Niderland Burjua İnqilabının ideoloqu, niderland hüquqşunası, siyasi filosofu və dövlət xadimi. == Həyatı == XVII əsr Burjua İnqilablarının Niderland və İngiltərədə qələbə çaldığı, dövlət, hüquq haqqında spesifik təlimlərin yayıldığı bir dövr kimi səciyyəvidir. Bu dövrdə mütləqiyyətə, zadəganlara, dinə qarşı ehtiraslı mübarizə burjua "təbii hüquq" nəzəriyyəsində öz əksini tapdı. Bu nəzəriyyəyə görə dövlət və hüquq Allah tərəfindən deyil, insan zəkasının qanunlarına uyğun olaraq, insanların əsrlər boyu əldə etdikləri təcrübə prosesində ictimai müqavilə əsasında yaranmışdır. Sözügedən nəzəriyyənin banisi niderland hüquqşünası, siyasi filosofu və dövlət xadimi Hüqo Qrotsi idi. Fransada mühacirətdə qalmağa məcbur olan Qrotsi həmin ölkədə "Müharibə və sülh hüququ haqqında üç kitab" (1625) adlı sanballı əsər yazır. Həmin əsərdə təbii hüquq və xalqların hüququ geniş təhlil olunur, ümumi hüququn prinsipləri açıqlanır və bütövlükdə dövlət və hüquq haqqında, xüsusi ilə beynəlxalq hüquq barədə burjua elminin əsası qoyulur. Qrotsi hüquqi çoxcəhətli ictimai hadisə kimi nəzərdən keçirir. Hollandiyanın dövlət katibi, fransız sarayında İsveçin səfiri vəzifəsini tutmuşdur.
Hüqo Salmela
Hüqo Salmela (13 iyun 1884 – 28 mart 1918, Tampere) - 1918-ci ildəki Finlandiya vətəndaş müharibəsində Qırmızı Qaravulların hərbi liderlərindən biri. O, heç bir hərbi təcrübəsi olmayan, Şərqi Finlandiyanın Kotka qəsəbəsindəki mişar dəyirmançısı olarq çalışan adi işçi idi. Salmela, həmçinin, yerli işçilərin teatrındakı qeyri peşəkar aktyorluq fəaliyyəti ilə də tanınırdı. 1917-nin sonlarında Qırmızı Qaravullar yaradıldıqdan sonra Salmela Kimi Qvardiyasının lideri oldu.
Pinus mugo
Pinus mugo (lat. Pinus mugo) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Piter Hüqo
Piter Hüqo (afrik. Pieter Hugo) — CAR fotoqrafı.
Toqo Heyhaçiro
Markiz Toqo Heyhaçiro (東郷 平八郎; 27 yanvar 1848 – 30 may 1934[…], Banço[d], Tokio) — Yaponiya hərbi-dəniz zabiti, admiral və Yaponiya imperiyasının marşalı (21 aprel 1913-cü il), 1904–1905-ci illər rus-yapon müharibəsində Yaponiya birləşmiş donanmasının komandanı. == Həyatı == Yapon admiralı Toqo hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi. Keçən əsrin axırlarında yaponlar Koreyanı işğal etmişdilər. Elə həmin illərdə Toqo öz "Paniva" kreyseri ilə bir neçə düşmən gəmisini batırmışdı. Bir neçə il sonra o, Çinin Formoza adasına da desant çıxarıb oranı ələ keçirmişdi. XX əsrin əvvəllərində məlum oldu ki, Şərqi Asiyanın Sakit Okean sularında hegemonluq uğrunda balaca Yaponiya ilə nəhəng Rusiya arasında barışmaz ziddiyyət və rəqabət yaranıb. Belə ziddiyyətlər isə heç vaxt toqquşmasız başa çatmır və Yaponiya buna ciddi hazırlamağa başladı.