1. Axmasına səbəb olmaq. Suyu axıtmaq. Südü axıtmaq. Qan axıtmaq (adam öldürmək, ya yaralamaq).
– Göztək bulaqlardan, buztək suları; Axıdıb çaylara qatar o dağlar.
2. Tökmək.
Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı; Eşq əhlinə fəğan etməyi qanun etdin.
Axıtdım alnımın inci tərini; Yanmadım ömrümün iki ilinə.
□ Göz yaşı, yaxud gözlərinin yaşını axıtmaq – ağlamaq.
Lotular oturub bir qədər mərhumu yalanbaşdan yad edib, göz yaşı axıtdılar. “ ”.
Şahməmməd adı eşidəndə pişxidmətin rəngi saraldı. Gözlərinin yaşını axıdaraq səcdəyə düşdü.
3. məc. Çoxlu miqdarda və ardı-arası kəsilmədən göndərmək, yollamaq.
Hər beşdə, üçdə etdi, hər səmtə bir səyahət; Hər bir səyahətində, seltək axıtdı sərvət.
[Uluca:] Başlayır kinə, çökür şən-şövkət; Axıdır Ruma xəzinə, sərvət.
4. Axar su ilə göndərmək. Çayla ağac axıtmaq.
5. məc. Süzmək, baxmaq.
[Qazı] bir qədər qabağa gəlib qoşa ovcunu tutub qabağa və gözlərini yuxarı axıdıb…