BACARIQSIZ (bir işi görə bilməyən) [Sitarə:] Onu sevdiyini söylə! Ah, bacarıqsız söyləsən a... (A.Şaiq); ACİZ Bizim söhbətimizə gəldikdə tələbə Əbdülhəsənzadə Xəlil, necə ki, axırda məlum oldu, heç də aciz deyilmiş (C.Məmmədquluzadə); ƏFƏL İskəndər: Əmioğlu, sən xam və əfəl adama oxşayırsan, deyib müsahibinin qolundan yapışdı (Ə.İldırımoğlu); KİRDARSIZ Göyərçin: Ay heysiz qarı, kirdarsız qarı (S.Rəhimov); QABİLİYYƏTSİZ Məsmə: Zəhmətə qabiliyyətsiz idi; buna baxmayaraq, anam, dayılarım məni ona verdilər, çünki onlar kənddə nüfuzlu, kəramət sahibi “seyidlər” hesab olunurdular (S.Hüseyn); MİSKİN Rəhim bəy: ..öz doğma oğlunun da... yanında xırda, miskin bir xəbərçi kimi biabır olmuşdu (M.Hüseyn); BİQABİLİYYƏT.