BİRLİ

прил. первичный. хим. Birli amidlər первичные амиды, birli spirtlər первичные спирты
BİRLƏŞMİŞ
BİRLİ-İKİLİ
OBASTAN VİKİ
"Birlik" Studiyası
== Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərmişdir. Sənədli filmlər və cizgi filmləri istehsal etmişdir. Rəhbəri Firəngiz Qurbanovadır. == Filmoqrafiya == Ad günü (film, 1992) (cizgi filmi) ("Birlik" studiyası) İfritə Meymunə (film, 1992) ("Birlik" studiyası) Keşikçi (film, 1990) ("Birlik" studiyası) Kürən (film, 1989) ("Birlik" studiyası) Naməlum torpaq (film, 1992) ("Birlik" studiyası) Şahzadə qız (film, 1991) ("Birlik" studiyası) Yaramaz kral (film, 1990) ("Birlik" studiyası) Zəka yatarsa...
"Sabah" Yaradıcılıq Birliyi
"İrəli" İctimai Birliyi
"İrəli" İctimai Birliyi (ing. Ireli Public Union) — Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. == Tarixi == "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb. 3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən quruldu. Ceyhun Osmanlı 24 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfransda "İrəli" İctimai Birliyinin sədri seçilmişdir. Konfransdan sonra 16 aprel 2009-cu ildə birinci yığıncaq keçirilib və burada heyət üzvləri, katibliyin əsasnaməsi və baş katib təsdiqlənib. İrəli İctimai Birliyi 19 fevral 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. === Konfransları === Rauf Mərdiyev 5 may 2012-ci ildə keçirilən II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib. Bu vaxta qədər Rauf Mərdiyev 2010-cu ildən 2012-ci ilə qədər baş katib kimi işləyib. 27 iyun 2014-cü ildə İrəli İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
1840-cı il Birlik Qanunu
1840-cı il İttifaq haqqında akt — İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi və Aşağı, Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi: hər bir qurucu seqmentdən bərabər olaraq təmsil edilən tək bir parlamentin qurulması; borc konsolidasiyasının əsasının qoyulması; daimi bir vətəndaş siyahısının olması; rəsmi sənədləşmədə, danışıqlarda fransız dilindən istifadənin qadağan olunması; təhsil və mədəni hüquqla əlaqədar müəyyən frankokanadalı təşkilatların fəaliyyətlərinin dondurulması. Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq, cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinə də siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin, "Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt- Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki, 1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək riski istəmirdi. Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi. Lakin, eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı.
2017 Gənclərin Birlik Oyunları
2017 Gənclərin Birlik Oyunları— 2000-ci ildən start verilən və sayca altıncı dəfə təşkil olunan Gənclərin Birlik Oyunlarıdır.
Afrika Birliyi
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Almaniya Futbol Birliyi
Almaniya Futbol Federasiyası (alm. Deutscher Fußball-Bund‎ [ˈdɔʏ̯t͡ʃɐ ˈfuːsbalbʊnt]; DFB [deːʔɛfˈbeː]) — Almaniyada futbolun idarəetmə orqanı.
Amerika Səsyazma Sənayesi Birliyi
Amerika Səsyazma Sənayesi Birliyi (ing. The Recording Industry Association of America (RIAA)) — ABŞ-də səsyazma sənayesində fəaliyyət göstərən güclü və nüfuzlu təşkilat. 1952-ci ildə yaradılan RIAA, musiqi sənayesinin formalaşmasında və musiqi şirkətlərinin və sənətçilərin hüquqlarının müdafiəsində mühüm rol oynamışdır. RIAA-nın əsas məqsədlərindən biri səsyazma sənayesində əqli mülkiyyət hüquqlarını qorumaq və təşviq etməkdir. Buraya güclü müəllif hüququ qanunlarının və tətbiqinin müdafiəsi, həmçinin musiqi piratlığına və qeyri-qanuni fayl paylaşımına qarşı mübarizə daxildir. RIAA rəqəmsal müəllif hüquqlarının pozulmasının qarşısının alınmasına və rəqəmsal əsrdə yaradıcıların və müəllif hüquqları sahiblərinin hüquqlarının qorunmasına yönəlmiş qanunvericiliyin lobbiçiliyində fəal iştirak etmişdir. RIAA həmçinin müəyyən satış mərhələlərinə çatan albomlar və sinqllar üçün Qızıl və Platin sertifikatları kimi mükafatlar verir.
Amerikan Psixoloqlar Birliyi
Amerikan Psixoloqlar Birliyi (APB) ing. American Psychological Association — ABŞ-nin ən böyük elmi və profissional psixoloqlar birliyidir. Birliyin 118 mindən çox üzvü var. Bunlara alimlər, müəllimlər, klinisyenlər, konsultantlar və tələbələr daxildir. APB-in illik büdcəsi təxminən 115 milyon amerika dollarıdır. APB-in 54 bölməsi var. Bu bölmələrin hər biri psixologiyanın xüsusi alt sahələri ilə məşğuldur.
Avropa İqtisadi Birliyi
Avropa İqtisadi Birliyi (qısaca: AİB) — Təşkilata üzv olan ölkələr arasında iqtisadi inteqrasiyanı yaratmaq üçün qurulmuş regional təşkilat. == Tarixi == 1957-ci ildə Roma Müqaviləsi və altı ölkənin iştirakı ilə (Almaniya, İtaliya, Hollandiya, Belçika, Lüksemburq və Fransa) Avropa İqtisadi Birliyi və yenə eyni ildə Avropa Atom Enerji Topluluğu quruldu. Bu üç topluluq qanunvericilik nöqtəsindən ayrı, siyasi cəhətdən isə vahid bir təşkilatdır. Üç topluluğun da ümumi iqtisadi hədəfi, iqtisadi fəaliyyətlərin müntəzəm inkişafı, daimi və nizamlı iqtisadi böyümə, yaşayış standartının artırılması, yüksək bir məşğulluq səviyyəsi, iqtisadi və valyuta istikrarı idi. 1960-cı illərin sonlarında Avropa İqtisadi Birliyi çərçivəsində vahid Gömrük İttifaqı yaradılmış, gömrük rüsumları ləğv olunmuş, qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətləri ləğv olunmuş, üçüncü tərəfə qarşı ümumi gömrük tarifləri müəyyənləşdirilmişdir. Avropa İqtisadi Birliyinin uğuru Böyük Britaniya, Danimarka və İrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. Fransanın 1961-ci ildə və 1967-ci ildə iki dəfə veto hüququnu istifadə etdiyi çətin bir dövrdən sonra bu üç ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlət sayını altıdan doqquza yüksəldən ilk genişlənmə ilə birlikdə Birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni bir nüfuz qazandı. 1973 və 1979-cu illərdəki iki neft böhranı dünya səviyyəsində pulun qeyri-sabitliyini daha da artırdı. 1979-cu ildə Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi.
Avstriya Həmkarlar İttifaqı Birliyi
Avstriya Həmkarlar İttifaqı Birliyi (alm. Österreichischer Gewerkschaftsbund‎) — Avstriyada həmkarlar ittifaqı. 1967-ci ildə yaradılmışdır.
Azərbaycan Fotoqraflar Birliyi
Azərbaycan Fotoqraflar Birliyi — Azərbaycan Respublikasının həvəskar və professional fotoqraflarını bir araya gətirən, vəzifəsi Azərbaycan Respublikasında fotoqrafiya sənətinin inkişafından, əldə edilən nailiyyətlərin qorunub saxlanması, ölkə daxilində və xaricdə təbliğindən ibarət ictimai təşkilat. == Ümumi məlumat == Azərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır. Birlik Azərbaycan Respublikasının konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. Birliyin sədri sədri Amira Süleyman, idarə heyətinin üzvləri Aydın Mehdiyev, Ayxan Əhmədov və Vüqar İbadov seçilmişdir. == Fəaliyyəti == 1990-cı ilin əvvəlində — SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində "Azərbaycan fotoqrafları" sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi. Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı.
Azərbaycan Regional Televiziyalarının İstehsalat Birliyi
ARB Media Qrup - 2011-ci ildə regional telekanallar olan Kəpəz TV, ARB Şimal, ARB Cənub, ARB Şəki, EL TV və ARB 24 tərəfindən yaradılıb. Birliyin məqsədi, regional televiziyaların efir, texniki və kadr imkanlarından birlikdə istifadə etməkdir. Bu, şirkətlərin resurslarının daha rasional bölüşdürülməsinə imkan verir, televiziya məhsullarının keyfiyyətini artırır, hər bir regional televiziya kanalına daha geniş yayım imkanları verir. Region TV-nin istehsal etdiyi məhsulları ölkənin 60 rayonu daxil olmaqla 5 milyon Azərbaycan vətəndaşı izləyir. İstehsalat birliyinə daxil olan televiziya kanallarının yayımı Respublikanın böyük bir ərazisini əhatə edir. 2013-cü ilin dekabr ayından 2014-cü ilin aprel ayına kimi Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə rəqəmsal yayımda hər gün bir kanal olmaqla izləmək mümkün idi. 2014-cü ildə Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderdən qalib çıxmış, Bakı şəhərində açılacaq telekanal üçün lisenziya almışdır. == Şirkətin tabeliyində olan telekanallar == 2011: - ARB Şimal (Xaçmaz) 2011: - ARB Cənub (Lənkəran) 2011: - Kanal-S (Şəki) 2011: - EL TV (Yevlax) 2011: - Kəpəz TV (Gəncə) 2014: - ARB (Bakı) 2015: - ARB Günəş (Quba) 2018: - ARB 24 (Bakı) == Şirkətin tabeliyində olan radio kanalları == 2013: - Kəpəz FM (Gəncə) == Fəaliyyətini dayandıran telekanallar == 2013-2019: - ARB Ulduz (Gəncə) == Xarici keçidlər == Teymur Həsənli. "Bölgə telekanalları sahiblərindən alınır" (az.). musavat.com.
Azərbaycanda seçki blokları və siyasi birliklər
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSSRİ dönəmində seçki blokları yaranmışdır. 1991-ci il Azərbaycan SSR Ali Sovetinin XII çağırışı üçün Azərbaycan Xalq Cəbhəsi və müstəqillik tərəfdarları Demokratiya Bloku şəklində seçkilərə qoşulmaq istəsə də mümkün olmamışdır. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 1998 Azərbaycan prezident seçkiləri === Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat və ya SİDSUH 1998-ci ilin prezident seçkisi ərəfəsində, 26 oktyabr 1998-ci il tarixində Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasının patronajlığı, başqa müxtəlif siyasi və ictimai təşkilatların iştirakı ilə yaradılıb, lakin Cəbhə və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədilər, nəticədə qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur. === 2003 Azərbaycan prezident seçkiləri === ==== Bizim Azərbaycan ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Azərbaycan–Avropa Birliyi münasibətləri
24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 3 fevral 1995-ci ildə AŞPA bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 11 sentyabr 1996-cı ildə AŞ Nizami-İntizam Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakim dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramı çərçivəsində yardımın edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir. 22 aprel 1997-ci ildə Strasburqda AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir. 25 aprel 1997-ci ildə Azərbaycan Respublikası Avropa Mədəniyyətlər Konvensiyasına qoşulmuşdur. 3 fevral 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisində respublika prezidentinin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edilmişdir. 1993-cü ildən ölüm hökmünün icrasına faktiki olaraq moratorium qoyulmuşdur. 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.
Azərbaycan–Avropa Birliyi əlaqələri
24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 3 fevral 1995-ci ildə AŞPA bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 11 sentyabr 1996-cı ildə AŞ Nizami-İntizam Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakim dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramı çərçivəsində yardımın edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir. 22 aprel 1997-ci ildə Strasburqda AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edilmişdir. 25 aprel 1997-ci ildə Azərbaycan Respublikası Avropa Mədəniyyətlər Konvensiyasına qoşulmuşdur. 3 fevral 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisində respublika prezidentinin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edilmişdir. 1993-cü ildən ölüm hökmünün icrasına faktiki olaraq moratorium qoyulmuşdur. 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 27 iyul 2014-cü ildə saat 19:30-da Şotlandiyaın Qlazqo şəhərindəki Klayd Auditoriumunda keçirilmişdir.
Baham Adaları Birliyi
Baham Adaları Birliyi (ing. Commonwealth of the Bahamas), Bahamalar (ing. Bahamas) — eyni adlı adalarda yerləşən dövlət. Sahəsi – 13,9 min km², əhalisi – 0,4 mln. nəfər (2005-ci il), paytaxtı – Nassau. Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir. Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir. == Adın etimologiyası == Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur. == Coğrafiya == Baham adaları əsasən mərcan tipli əhəngdaşlarından ibarətdir.
Bakı Ayaqqabı İstehsalat Birliyi
Bakı Ayaqqabı İstehsalat Birliyi (azərb-kiril. Бакы Ајаггабы Истеһсалат Бирлији) — Azərbaycan SSR-də yüngül sənaye müəssisəsi. == Tarixi == Bəzi mənbələrə görə 1972-ci, bəzilərinə görə 1973-cü ildə yaradılmışdır. Burada lak və xromdan modelli qadın və kişi ayaqqabısı, üzlüyü toxuma parçadan və xromdan olan yüngül ev ayaqqabısı istehsal edilirdi. Birlik 4 və 5 nömrəli ayaqqabı fabriklərini birləşdirirdi. Baş muəssisə olan 5 nömrəli ayaqqabı fabriki 1960-cı ildə fəaliyyətə başlamış, 1971-ci ildə 3 nömrəli ayaqqabı fabriki ilə birləşdirilmişdir. Fabrikdə dövr üçün yeni texnika və mütərəqqi texnologiya tətbiq edilmiş, istehsal prosesləri mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. Azərbaycanda poliuretan altlıqlı ayaqqabı və isti vulkanizasiya üsulu ilə ayaqqabı istehsalı ilk dəfə burada tətbiq edilmişdir. 1975-ci ildə 3480,1 min cüt ayaqqabı (o cümlədən 1042,2 min cüt modelli ayaqqabı, 2268,7 min cüt ev ayaqqabısı) istehsal edilmişdir. 1976-cı ilin iyuluna aid olan məlumata görə, birliyin beş növ kişi və qadın dövlət keyfiyyət nişanı ilə buraxılırdı.
Bakı və Kəndlər Birliyi
Bakı və Kəndlər Birliyi, Bakı Kəndlər Birliyi və ya qısaca BKB — Azərbaycanda 1990-cı illərdə təsis edilmiş, Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuş və Milli Azadlıq Hərəkatında iştirak etmiş ictimai-siyasi birlik. == Haqqında == Bakı və Kəndlər Birliyinin ilk təsis yığıncağı Nəsir Ağayev tərəfindən Şüvəlan qəsəbəsində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evində 13 yanvar 1990-cı il tarixində keçirilmişdir. Bakı və Kəndlər Birliyinin Ali Məclisinin ilk sədri Ağayev Nəsir Zərbəli oğlu Ağayev seçilmişdir. Bakı və Kəndlər Birliyi 1992-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. 1992-ci ildə Baki və Kəndlər Birliyinin mətbuat orqanı olan "Vəhdət" qəzeti təsis edilmişdir. Bakı və Kəndlər Birliyi Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. Nəsir Ağayev 1992-ci ildən 1994-cü ilin fevral ayına kimi təşkilatın Ali Məclisinin sədri olmuşdur. 1994-cü ildən Bakı və Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadə seçilmişdir. Bakı və Kəndlər Birliyi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəlinin hazırlanması üçün lazım olan məvacibin yığılmasında aktiv rol oynamışdır. 1994-cü ildə Bakı və Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadə, Hüquq şöbəsinin sədri Tahir Kərimli və Ş. Pənahi rəhbərliyində Bakı və Kəndlər Birliyinin bazasında Vəhdət Partiyası yaradılmışdır.
Beynəlxalq Təbiətin və Təbii Sərvətlər Mühafizəsi Birliyi
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.
Birlik Kuboku 2015
Birlik Kuboku 2015 — XXIII Birlik Kuboku; 2015-ci ilin 16–25 yanvar tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmişdir. Finalda Finlandiya U-21-ni 2:1 hesabı ilə məğlub edən CAR U-20-si turnirin qalibi olmuşdur.
Birlik Kuboku 2016
Birlik Kuboku 2016 — XXIV Birlik Kuboku; 2016-cı ilin 17–23 yanvar tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmişdir. Finalda Moldova U-21-ni 4:2 hesabı ilə məğlub edən Rusiya U-21-i turnirin qalibi olmuşdur.
Birlik Məbədi
Birlik məbədi — İllinoys ştatındakı Oak Parkında yerləşən Birlik Universalist kilsəsi, eyni zamanda universalist camaatının evidir. Məbəd amerikalı memar Frank Lloyd Rayt tərəfindən hazırlanmış və 1905–1908-ci illlər arasında inşa edilmişdir. Birlik məbədi XX əsrin ilk ongünlüyünə aid ən vacib quruluşlarından biri hesab olunur. Vahid bir materialdan, dəmir-betondan istifadə edərək estetik quruluşuna görə Birlik məbədi bir çox memar tərəfindən dünyada ilk müasir bina hesab olunur. Bu fikir Miyes van der Roh, Ludviq kimi müasir memarlar və hətta Frank Qehri kimi post-modernistlər üçün əsas əhəmiyyət kəsb etdi. Birlik məbədində ibadət edən Unitar Universalist camaat 1871-ci ildə quruldu və 1889-cu ildə qurulan Birlik kilsəsi dini bir təşkilatla əlaqəsi yoxdur. == Tarixi == 1905-ci ildə ildırım vurması odunla bəzədilmiş Oak Park Birlik kilsəsini yandırdı. Memar Frank Lloyd Rayt İllinoys ştatının Oak Park Universalist cəmiyyəti üçün yeni bir quruluş dizaynını təklif etdi. Nəticə Birlik məbədi oldu. Rayt yalnız Oak Parkda yaşamamış, həm də unitar bir ailədən, universalizm ilə bir çox ortaq inanclara sahib olan bir imandan gəlirdi.