BUDKA

[ rus. будка] Qarovulçu, növbətçi, yaxud bir şey satmaq və s. üçün, adətən taxtadan qayrılan kiçik tikili. Qəzet budkası. Su budkası. Dəmiryol budkası.
– Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi və heç bir söz deməyib, öz budkasına girdi. M.İbrahimov.
[Yunis] kiçik pəncərəli budkada oturub, kağız nömrələr sayan bir qadından soruşdu. Mir Cəlal.

◊ Suflyor budkası – teatrda səhnənin ön tərəfində suflyor üçün düzəldilmiş yer.
Suflyor öz budkasında oturmadan heç kəs səhnəyə çıxmazdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BUDKA budka bax köşk 1
BUDDİ́ZM
BUDKAÇI

Digər lüğətlərdə