Butrus Bustani
Butrus Bustani (ərəb. بيار البستانى; 1819[…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1 may 1883[…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir.
Bustani birinci Suriya milliyətçisi hesab olunur.
== Həyatı ==
Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır.