BÖHT

is. [ ər. ] Heyrət, təəccüb, mat qalma, çaşıb qalma, çaşqınlıq.
…Böhtün içində onun [Hacı Xəlilin] keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Ə.Haqverdiyev.
Rəssam heyrət və böht içində dayanıb dinləyirdi. İ.Əfəndiyev.

□ Böht aparmaq (almaq) – mat qalmaq, heyrətə düşmək, fikrə getmək.
Bu sözü eşidəndə məni böht aparıb: bilmirdim inanım bu xəbərə, ya inanmayım. C.Məmmədquluzadə.
Sarğı gözündən açılıb içəri girdikdə, Qulamı böht aldı. Ə.Əbülhəsən.

Böhtə getmək – bax böht aparmaq (almaq).
Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir an böhtə gedib dedi… Ə.Haqverdiyev.
Büllur Nisəxanımın xoşuna gəlməyən bir də ərinin bu xasiyyəti – “içində danışmağı”, “böhtə getməyi” idi. Mir Cəlal.

BÖHRANLI
BÖHTAN
OBASTAN VİKİ
Böhtan
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" — deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" Hz.
Böhtan (film, 2008)
Böhtan və pis güman

Digər lüğətlərdə