1. Qatlanmaq, əyilmək, bükük hala düşmək.
Qəhrəman … [Xavərin] dizlərinin büküldüyünü və qeyri-ixtiyari yerə oturduğunu gördü.
[Tamara:] Külək əsər, gül bükülər.
2. Əyilmək, ikiqat olmaq, belini əymək. Beli bükülmək. Boynu bükülmək.
– Həcər cəld bükülüb evə girdi.
3. məch. Sarınmaq, bürüdülmək.
Xına bir kağız parçasına bükülmüşdü.
4. məch. Müəyyən qaydada qatlanmaq.
Kiçik və ipək parçalar bükülüb, güvə dəyməmək üçün tütünə qoyuldu.