1. Göz giləsinin ortasındakı qara dairəcik.
[Səba] güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi.
[Abbasın] zəfəran kimi qırmızı xətlər görünən yanaqları yumrulandı, dərində gizlənən bəbəkləri parladı.
2. bax bəbə 1-ci mənada.
O gözəl sevməli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək.
3. “Göz” sözü ilə bərabər şəfqət və nəvazişlə müraciət.
Dedi: – Oğlum! Göz bəbəyim, sən ey ömür çiçəyim; Tarixlərin şahididir mənim bu ağ birçəyim.
◊ Bəbək kimi, bəbək tək, yaxud göz bəbəyi kimi (qorumaq, saxlamaq və i.a.) – qeydkeşliklə, diqqətlə, əziz bir şey kimi, var gücü ilə. Bəbək tək bəslədim daim gözümdə xali-hinduni.
[Təliə:] Gələcək səadətin xatirəsinə onu [vəliəhdi] öz gözümün bəbəyi kimi qoruyacağam.