1. Başın ön və yan tərəfinə tökülən tellər.
Siyah zülfü dal gərdəndə bir qulac! Sona cıqqasıtək ucları qıyğac.
Gülab qoxusu şairi nəşələndirdi . Xoş bir təbəssümlə şagirdini süzdü: cıqqa telləri ağ cunadan çıxıb gərdəninə toplanmışdı.
2. Tacşəkilli, daş-qaşlı qadın başlığı.
[Ərən:] Xanım yürüdükcə cıqqasının ziqiymət qaşları minbir rəng çalırdı.
Cüftilə alınmış brilyant sırğa; Minalı bilərzik, almazlı cıqqa.
Cıqqanın ortasında quş yumurtası böyüklüyündə üç …qiymətli daş parlayırdı.