Azərbaycan dini musiqisi
Azərbaycan dini musiqisi — Azərbaycanda yaranan dini musiqinin növü. Azərbaycan bəstəkarlarının yaradıcılığında həm Qərbdə yaranmış, əsasən Xristianlıqla bağlı dua mətnlərindən (məsələn, “Ave Maria”) və janrlardan (rekviyem, misteriya və s.) istifadə olunması, həmçinin, Şərqdə yayılmış qədim dinlərin – Zərdüştiliklə bağlı mövzuların, təriqətlərin (Dərvişlik, Sufilik, Mövləvilik), İslam dininə xas olan dini oxuma və janrların (dua mətnləri, mərsiyə, qəsidə, şəbeh və s.) istifadə olunması nəticəsində bəstəkarların özünəməxsus musiqi üslubu formalaşmışdır. Dini musiqinin bəstəkar yaradıcılığına sirayət etməsi, demək olar ki, bütün sahələrdə - musiqili teatr, vokal-instrumental, xor, simfonik və kamera instrumental musiqi sahələrində özünü müxtəllif cəhətlərdən göstərir.
== Tarixi ==
İslamdan əvvəlki Şərqin, o cümlədən Azərbaycanın dini məbədlərində mərasimlər musiqinin, rəqsin müşayiəti ilə, təmtəraqlı keçirilirdi.
Azərbaycan bəstəkarlarının yaradıcılığında həm Qərbdə yaranmış, əsasən Xristianlıqla bağlı dua mətnlərindən (məsələn, “Ave Maria”) və janrlardan (rekviyem, misteriya və s.) istifadə olunması, həmçinin, Şərqdə yayılmış qədim dinlərin – Zərdüştiliklə bağlı mövzuların, təriqətlərin (Dərvişlik, Sufilik, Mövləvilik), İslam dininə xas olan dini oxuma və janrların (dua mətnləri, mərsiyə, qəsidə, şəbeh və s.) istifadə olunması nəticəsində bəstəkarların özünəməxsus musiqi üslubu formalaşmışdır. Dini musiqinin bəstəkar yaradıcılığına sirayət etməsi, demək olar ki, bütün sahələrdə - musiqili teatr, vokal-instrumental, xor, simfonik və kamera instrumental musiqi sahələrində özünü müxtəllif cəhətlərdən göstərir. Azərbaycan bəstəkarlarının dini musiqiyə müraciəti özünəməxsus musiqi ifadə vasitələri kompleksinə, janr və mövzu sisteminə müraciətlə bağlıdır ki, bu da yaranan bəstəkar əsərinin bütün parametrlərinə - kompozisiya, melodika, intonasiya, forma, ritmika, harmonikpolifonik üslub və s. təsir edir.
Azərbaycanda dini oxuma qanunlarının konservativliyi və yaddaşa həkk olunmuş avaz modellərinin nəsillərdən nəsillərə keçərək şifahi yaşamaq qüvvəsi, ibadət musiqisinin bu günə qədər gəlməsi üçün imkan yaratmışdır. İslamın ilk illərindən etibarən musiqi də incəsənətin növləri kimi yeni çalarlar almış, yeni musiqi janrlarının yaranmasına təkan vermişdir.