Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1981-ci il dekabr ayının 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Muzey ekspozisiya zalından və iş otaqlarından ibarətdir.
== Muzey eksponatları ==
200 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hal-hazırda rayonun qədim tarixini əks etdirən 3500-ə yaxın eksponat toplanmışdır. Muzeydə 3780-ə yaxın eksponat qorunub saxlanaraq ekspozisiyalar, daimi və səyyar sərgilərlə nümayiş etdirilir. Onlardan 500-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Ekspozisiya bir neçə guşə və bölmələrə ayrılmışdır. Burada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə, qədim məişət və təsərrüfat alətləri, əkinçilik və toxuculuq məmulatları, xalçalar, rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri, eyni zamanda müasir Babək rayonu haqqında məlumatlar, fotoşəkillər, stendlər, rayonun fauna və florasını əks etdirən nümunələr, yeraltı və yerüstü sərvətləri və kitablar sərgilənir.
Muzey binası ekspozisiya, eksponatların qorunub mühafizə edilməsi məqsədilə fond otağı, ekspozisiya–sərgi salonu və digər otaqlara ayrılmışdır. Ekspozisiyada ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı H.Əliyevə həsr edilmiş guşə yaradılmışdır. Guşədə müxtəlif sənədlər, fotolar, kitablar, qəzetlər, jurnal materialları nümayiş etdirilir.