Donatella
Donatello (it. Donato di Niccolò di Betto Bardi; 1386[…], Florensiya – 13 dekabr 1466, Florensiya) — İntibah dövrü italyan heykəltaraşı.
== Həyatı ==
1386-cı ildə Florensiyada dünyaya gəlib. O, erkən intibah dövründə Donatello adıyla tanınırdı və İtaliyanın görkəmli rəssam-heykəltaraşı olmuşdur. Əsasən İncil motivləri əsasında hazırladığı heykəllər, barelyeflərlə məşhurdur.
== Erkən dövr həyatı ==
Donatellonun atası, Niccolo di Betto Bardi "Florensiya yun darayıcılıları gildiyası"nın üzvü idi. 1386-cı ildə Florensiyada dünyaya gəlib. Donatello Martelli ailəsinin evində təhsil alıb. İlkin sənət təhsilini zərgər emalatxanasında aldıqdan sonra Lorenso Gibertinin studiyasında çalışır.
1404-1407-ci illərdə Fillipo Brunelleski ilə Romada bir sıra qazıntılar və axtarışlardan apardıqdan sonra onların hər ikisi xəzinə axtaran şəxs kimi nüfuz qazanır.