DƏRGƏH

is. [ fars. ] klas.
1. Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah.
[Xaqani:] Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm. M.Rahim.

2. məc. din. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti mənasında (bəzən “Allah”, “həqq” sözləri ilə).
Yarəb, kərəm et ki, xarü zarəm; Dərgahə bəsi ümidvarəm. Füzuli.
…Həmşəriləri təziyə məclisinə … qoymayanda … başlarını salardılar aşağa və özözlərinə deyərdilər: – Allah, şükür dərgahına! C.Məmmədquluzadə.
Xəlifə onların hər birinə tək-tək cavab verib, onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. M.S.Ordubadi.

□ Əllərini Allah dərgahına qaldırmaq (qalxızmaq) – Allaha müraciətlə əllərini göyə qaldırıb ona yalvarmaq, raz-niyaz etmək.
[Sona xanım:] Əziz Allah, dərgahına qalxızmışam əllərimi! Ə.Haqverdiyev.

3. məc. tənt. Ev.
Peymanını pozan xəyal həmdəmim; Dərgahıma sayə salmayacaqdır. S.Vurğun.

DƏRGAH
DƏRHAL

Digər lüğətlərdə