Əhməd xan Dəryabəyi
Əhməd xan Cəfərqulu xan oğlu Dəryabəyi (?-1923) — Qacarlar ordusunun admiralı.
== Həyatı ==
Əhməd xan Cəfərqulu xan oğlu Fars əyalətinin Nəva nahiyəsində anadan olmuşdu. Tehran darülfünunu bitirmişdi. Türk, fars, ərəb dillərini bilirdi. Əmidülmülk ləqəbini daşıyırdı.
Əhməd xan h.q. 1264-cü (1848) ildə, Nasirəddin şah hakimiyyətə gələn il Şirazda baş vermiş iğtişaşları yatırmaq üçün göndərilmişdi. Bu zaman o eşikağasıbaşının müavini idi. Orada işləri qaydaya saldıqdan sonra o, Əmir Kəbirin diqqətini cəlb elədi. Mirzə Tağı xan Əmir Kəbir onu İranın Tiflisdə baş konsulu təyin etdi.