EDİNMEK
EFENDİ
OBASTAN VİKİ
Edip
Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslindən olan Edipdir. Polidoranın nəvəsidir. == Mənşəyi == Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğəmbərinə müraciət edir. Peyğəmbər ona övladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir.
Edip Akbayram
Edip Akbayram (29 dekabr 1950, Qaziantep) – türk musiqiçi. Anadolu rokunun tanınmış simalarından biri hesab olunur. Musiqiçi kimi 500-ə yaxın şəxsi mükafatları var.
Edip Yüksəl
Edip Yüksəl (türk. Edip Yüksel; 1957, Bitlis, Türkiyə) — kürd mənşəli türk araşdırmaçı və yazıçı. İslam mövzusundakı reformist fikirləriylə tanınır. Ölkədə təqib və təyziqlərə görə Amerika Birləşmiş Ştatlarında yaşamaqdadır. Türk, ingilis dillərində Quran-i Kərim və İslam dini haqqında bir çox kitabın müəllifidir. Onun əsərləri, çıxışları başda İslam dünyası olaraq Avropa və Amerika ölkələrində diqqət cəlb etmişdir. Əsas məqsədi, əsərlərində və çıxışlarında da qeyd etdiyi kimi, humanist və daha müasir bir İslam anlayışını yaymaqdır. Dini yazı olaraq Quranı qəbul etmək ilə birlikdə hədis, sünnə, icma anlayışlarını da rədd edər. == Həyatı == 1957-ci ildə Türkiyənin Bitlis şəhərində anadan olan kürd mənşəli Edip Yüksəl, ilahiyyatçı Sədrəddin Yüksəlin oğlu və həddindən artıq islamçı fəal kimi tanınan, daha sonradan millətçilər tərəfindən öldürülən Mətin Yüksəlin qardaşıdır. Edip Yüksəl Qurani olmamışdan əvvəl, o da qardaşı kimi islamçı bir fəal kimi tanınırdı.
Edip kompleksi
Edip kompleksi (ing. Oedipus complex) — oğlanın anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuntular kompleksinə verilən ad. Freydin qurucusu olduğu psixanalitik nəzəriyyəyə görə qarşı cins olan valideynləri sahiblənmə və öz cinsindən valideynləri itələmə mövzusunda uşağın bəslədiyi duyğu, düşüncə, impuls və fantaziyaların cəmidir. == Ümumi anlayış == Edip kompleksi , uşağın anasına qarşı cinsi marağı və atasına qarşı düşmənlik duyğularının olmasına deyilir. Ziqmund Freyd irəli sürdüyü və bütün nevroz nəzəriyyəsini üzərinə oturtduğu ən əhəmiyyətli nəzəriyyədir. "Antik yunan teatr yazıçılarından olan Sophokles atasını öldürərək anasıyla evlənən Edip adlı bir gənc qəhrəmananının hekayəsindən bəhs edir. Thebai kralı , Kral Laios , Pelopsun oğuluna təcavüz etdiyi üçün lənətlənmişdir. Doğulacaq oğulu kral Laiosu öldürəcək. Laios , doğan uşağı öldürmək üzrə ayaqlarını iplərlə bağlayaraq meşəyə göndərir(oedipus: ayaqları qabarıq olan deməkdir). Qurda quşa yem olmasını istəyir.
Hökmdar Edip
"Hökmdar Edip", həmçinin "Çar Edip", "Tiran Edip" (q.yun. Oἰδίπoυς τύραννoς) — təxminən eramızdan əvvəl 496-406-cı illərdə yaşamış Afina şairi və dramaturqu Sofoklun yeddi tragediyasından biri. Esxil və Evripidlə birlikdə antik dövrün ən böyük tragediya kimi qəbul edilirdi. Aristotel tərəfindən poetikada tragik əsərin idealı kimi qəbul edilmiş və antik dramaturgiya tarixində böyük rol oynamışdır. Onun qəhrəmanı günahını dərk edən və bunun üçün özünü cəzalandıran bir insan idi. Tamaşada faciəvi sonluq baş qəhrəmanın özünün ehtirasları və eybəcərlikləri ilə bağlı deyil, taleyin hökmü ilə yuxarıdan müəyyən edilir. Faciə Ümumdünya Kitabxanasına (Norveç Kitab Klubunun dünya ədəbiyyatının ən əhəmiyyətli əsərlərinin siyahısı) daxil edilmişdir. İngilis müəllim T.Vitmarşa görə, bütün dövrlərin ən məşhur tragediyasıdır.
Halide Edip Adıvar
Xalidə Ədib Adıvar (osman. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır. Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib. İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.
Edip Semih Yalçın
Semih Yalçın (1958, Gəmərək, Sivas ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Semih Yalçın 1958-ci ildə Sivas ilinin Gəmərək ilçəsində anadan olub. Ankara Universiteti Dillər, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Ankara Universitetinin Tarix İnstitutunda magistr, Ərciyəs Universitetinin Sosial Elmlər İnstitutunda isə PhD dərəcələri alıb. Qazi Universitetinin Elm və Ədəbiyyat Bölməsində yardımçı dosent, dosent və professor elmi adları alıb. Təhsil Elmləri İnstitutunun rəhbəri, İncəsənət və Elmlər Bölməsinin Tarix şöbəsinin müdiri vəzifələrində çalışıb, bir müddət səhiyyə nazirinin müşavirinin müavini olub. Kitabları və məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavinidir. 2011-ci ildə Qaziantep ilindən, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.