ekomorflar
ekonom-sinif
OBASTAN VİKİ
Ekonometrika
Ekonometrika (ekonometriya) — iqtisadi proseslərin və göstəricilərin statistik və riyazi üsullarla, son zamanlar isə kompüter elmləri ilə təhlilini və şərh olunmasını təmin edən elm sahəsidir. İndiki dövrdə daha güclü kompüter və proqram təminatlarının varlığıyla ekonometrik analizlərin gücünü artmışdır. Ekonometriya iki – "ekonomiya" (iqtisadiyyat) və "metrika" (ölçmə) sözlərindən yaranıb. Məşhur Norveç alimi, Nobel mükafatı laureatı Raqnar Friş tərəfindən elmə daxil edilmişdir. Ekonometriya elmi XX əsrin əvvəllərində xətti proqramlaşdırma məsələsinin, sahələrarası balans modelinin yaranması və onların real iqtisadi proseslərə tətbiqi ilə yaranmışdır. Ekonometriya termininin əvəzinə bəzən "ekonometrika" termini də işlədilir. Onun predmeti iqtisadi təzahürlərin və proseslərin kəmiyyət tərəfini riyazi və statistik üsullarla öyrənməkdən ibarətdir. Bu, iqtisadiyyat elminin yeni istiqamətidir. Ekonometrika riyazi iqtisadiyyatdan real, iqtisadi proseslərə ehtimal nəzəriyyəsi və statistik üsulların tətbiqi ilə fərqlənir. Etimolojik olaraq "iqtisadi ölçüm" mənasını verir.
Ekonometriya

Konstantin fon Ekonomo
Konstantin fon Ekonomo (21 avqust 1876, Breila — 21 oktyabr 1931, Vyana) — Yunanıstan mənşəli Avstriya nevroloqu. == Bioqrafiyası == Konstantin fon Ekonomo Rumıniyanın Breila şəhərində zəngin və zadəgan ailəsində anadan olmuşdur. Tezliklə ailəsi ilə birlikdə Avstriyanın Triest şəhərinə köçmüşdür. Onun uşaqlığını bu şəhərdə keçmişdir. 1893-cü ildə Vyana Politexnik Universitetinə daxil olmuş və mühəndislik fakultəsində təhsil almışdır. İki il sonra həkimliyi oxumağa başlamışdır. 1901-ci ildə Vyana Universitetinin tibbi fakultəsini bitirmişdir. 1900-cu ildən 1903-cü ilə qədər fizioloq Ziqmund Eksnerin assistenti olmuşdur. Münhendə Emil Krepelinadan dərs almışdır. 1906-cı ildən Vyanada psixiatriya kafedrasında Yulius Vaqner-Yaureqqin yanında assistent kimi çalışmışdır.
Milva Ekonomi
Milva Ekonomi (alb. Milva Ekonomi; 1962, Tirana) — Albaniya siyasətçisi, Albaniya sosialist partiyasının üzvü. 2016-cı ildən Albaniya iqtisadiyyat naziri. == Bioqrafiyası == Milva Ekonomi 1962-ci ildə Tiranada anadan olub. "Statistika və iqtisadiyyat" ixtisası üzrə Tirananın Kənd Təsərrüfatı universitetini bitirib. Tirana universitetində işgüzar inzibatçılıq üzrə magistr dərəcəsini alıb. 1994-dən 2005-ci ilədək Albaniyanın statistika institutunun direktoru idi. O, milli nomenaklatura komissiyasına başçılıq edib, iki müddət ərzində AİB/BMT Avropa Statistikləri Konfrans Bürosunun üzvü idi. 2006-cı ilin iyununda o, Tiranada iqtisadi və sosial məsələlər üzrə tədqiqat mərkəzini təsis etdi. O, 2007 və 2008-ci illərdə Kosovoda statistika layihəsi çərçivəsində yenidənqurma üzrə Avropa agentliyində işləyib.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
Ekonometrik Cəmiyyət
Ekonometrik Cəmiyyət — 1930-cu ildə Raqnar Friş, İrvinq Fişer və Çarlz Rusun təşəbbüsü ilə yaradılan Beynəlxalq İqtisadçılar İttifaqı: “Ekonometrik Cəmiyyət, statistika və riyaziyyatla qarşılıqlı əlaqədə iqtisadi nəzəriyyənin inkişafı üçün beynəlxalq cəmiyyət” adı ilə. == Haqqında == Econometrica, Journal of Mathematical Economics, Theorical Economics jurnallarını nəşr edir; 1978-ci ildən cəmiyyət nüfuzlu iqtisadi mükafatlardan birini - Friş medalını təqdim edir. Bir sıra müntəzəm seminarlar və konfranslar təşkil edir, ən böyük tədbir İqtisadi Cəmiyyətin illik Ümumdünya Konqresidir. Cəmiyyət üzvləri üçün peşəkar mükafatlardan biri cəmiyyətin ayrı-ayrı tədbirlərində mütəmadi olaraq təşkil edilən “ad mühazirələrindən” birinə dəvət etməkdir: Fişer-Şults mühazirəsi (Avropa konfransı), Marşak mühazirəsi (Avropadan kənarda regional tədbirlər və Şimali Amerika), Walras-Bowley mühazirəsi (Şimali Amerika Konfransı), Frisch Memorial Lecture (Dünya Konqresi), Coles Lecture (Şimali Amerika Yay Konfransı). Üzvlük ödənişli və ödənişsizdir, 2015-ci ildən etibarən qiymət illik 115 ABŞ dolları (onlayn kitabxanaya çıxış ilə) və ya ildə 175 dollar təşkil edir (əlavə olaraq jurnalların çap nömrələrinə abunə daxildir). İdarə heyətinin seçkilərində və yeni tamhüquqlu üzvlərin seçilməsində səsvermə hüququ verən “tam üzv” (ing. fellow) statusu var; Hər il icma üzvləri arasından bir neçə onlarla yeni tam üzv seçilir.