ELLADA

Yunan sözünün sinonimi olub, ellinizm kəlməsi ilə qohumdur. Yunanıs­ta­nın adı olub. Yer adı eyni zamanda şəxs adı da ola bilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ELGAR
ELMAN
OBASTAN VİKİ
Ellada
Yunanıstan, rəsmi adı ilə Ellin Respublikası — Cənub-Şərqi Avropada yerləşən ölkə. Balkan yarımadasının cənubunda yerləşən Yunanıstan şimal-qərbdə Albaniya, şimalda Şimali Makedoniya və Bolqarıstan, şərqdə isə Türkiyə ilə qurudan həmsərhəddir. Ölkənin şərqində Egey dənizi, qərbində İon dənizi, cənubunda isə Krit dənizi və Aralıq dənizi yerləşir. Yunanıstan Aralıq dənizi hövzəsindəki ən uzun quru sərhədə və minlərlə adaya sahibdir. Ölkə 9 ənənəvi coğrafi bölgədən ibarətdir və təxmini 10,4 milyon əhaliyə malikdir. Afina ölkənin paytaxtı və ən böyük şəhəridir. Ardınca Saloniki və Patras şəhərləri gəlir. Yunanıstan demokratiyanın, Qərb fəlsəfəsinin, Qərb ədəbiyyatının, tarixşünaslığın, politologiyanın, əsas elmi və riyazi prinsiplərin, teatrın və Olimpiya oyunlarının yarandığı yer olduğuna görə Qərb mədəniyyətinin beşiyi hesab edilir. E.ə. VIII əsrdən başlayaraq yunanlar Aralıq dənizi və Qara dənizə yayılan polis adlandırılan müxtəlif müstəqil şəhər-dövlətləri qurmuşdular.

Digər lüğətlərdə