1. İnsanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı.
// Müdriklik, kamillik; ehtiram doğuran sifətlər.
[Sevda:] Sus, onda fəzilət var; Qüdrət və cəsarət var.
[Yaşlı kişi:] Buraya gəldikdə mənə [Şeyx Yəhyanın] fəzilətindən çox şeylər söyləmişdilər.
2. məc. Dəyər, qiymət, məziyyət.
…Bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zəruri olmasını inkar edə.