İlhamiyyə Rza
İlhamiyyə Faiq qızı Rzayeva (26 mart 1967, Qazax rayonu) — azərbaycanlı jurnalist, televiziya aparıcısı, prodüser, rejissor.
== Həyatı ==
26 mart 1967-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1984-cü ildə həmin məktəbi bitirib.
Həmin ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən "Молодежь Азербайджанa" qəzeti ilə ştatdankənar müxbir olaraq əməkdaşlıq edib.
1989-cu ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında işə qəbul edilir. Xəbərlər redaksiyasında müxbir kimi çalışıb. Sonralar ABA TV, Lider TV, Space TV (" Gecə kanalı" verilişi) telekanallarında çalışıb. ANS TV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısı olmuşdur. Hal-hazırda AzTV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısıdır.