Asif İmaməliyev
Asif İmaməliyev (29 aprel 1969, Qafan) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dissertasiya Şurası Nəzdində "Siyasi Nəzəriyyə" ixtisası üzrə Elmi Seminarın üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru.
== Həyatı ==
Asif İmaməliyev 1969-cu il aprelin 29-da Ermənistan SSR Qafan şəhərində müəllim ailəsində anadan olmuşdur.1976–1986-cı illərdə orta təhsilini Sumqayıt şəhər 9 və 10 saylı məktəblərdə almışdır.1987–1989-cu illərdə hərbi xidmətdə olmuşdur.1986-cı ildə qəbul olmuş 1995-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini, 2000-ci idə daxil olmüş 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
== Əmək fəaliyyəti ==
1986–1987-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında çilingər, idman üzrə instruktor – metodist
1987–1989-cu illərdə Sovet ordusu sıralarında taqım komandiri
1989–1992-ci illərdə Sumqayıt şəhər Rabitə Qovşağında mexannik
1992–1997-ci illərdə Azərbaycan Respublikası Tikinti və Yenidənqurma üzrə İstehsalat Birliyinin 4 saylı Təmir-tikinti İdarəsində iş icraçısı, 26 saylı Təmir-tikinti İdarəsində rəis, 2 saylı Təmir-tikinti Trestində baş mühəndis, Birliyin Kommersiya işləri üzrə baş direktorunun müavini, 17 saylı Təmir-tikinti Trestinin baş mühəndisi və müdir əvəzi
1997–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində su ehtiyatları üzrə müfəttiş
2000–2003-cü illərdə Sumqayıt şəhər bələdiyyəsində təşkilat işi və daimi komissiyalarla iş şöbəsinin müdiri
2003–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat, regional məsələlər daimi komissiyasının üzvü
2005–2017-ci illərdə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri
2017–2021-ci illərdə Yeni Azərbaycan Partiyası İcra Katibliyində seçkilər ilə əlaqədar sektor müdiri
2021-ci ildən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini vəzifəsində işləyir.
== İctimai-siyasi fəaliyyəti ==
1988-ci ildə Sverdlovsk vilayətinin Novouralsk şəhər Partiya Komitəsinin qərarı ilə Kommunist partiyasının üzvlüyünə namizəd
1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü
1997–2006-cı illərdə YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Sumqayıt şəhər Gənclər Birliyinin sədr
1997–2005-ci illər YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini
2005–2017-ci illər YAP Sumqayıt şəhər təşkilatının sədri
1999–2001-ci illər YAP Siyasi Şurasının üzvü
2001–2021-ci illər YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
== Seçkili orqanlarda iştirakı ==
Sumqayıt şəhər bələdiyyəsinin I çağırış üzvü
Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı
== Ailəsi ==
Ailəlidir. 4 övladı, 2 nəvəsi var.
Atası Ağalar Bəylər oğlu İmaməliyev(10.04.1939–16.05.2022) kimya elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin müəllimi.
Anası Elmira Ziyəddin qızı Hacıyeva (20.03.1951–22.12.2021).
== Mükafatları ==
19.11.2009 — "Tərəqqi" medalı (Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə).
== Elmi məqalələri ==
Yeniləşmə və inkişaf yolu ilə.