// Ehtiyac, hacət.
Hala məgər iqtizayi-dövran; Oldur ki, ola o gənc pünhan.
□ İqtiza etmək – 1) tələb etmək, lüzumlu etmək, vacib etmək, ehtiyac doğurmaq.
Aciz, yazıq bəşərlərə rəhm etməyən qəza; Səndən məni ayırmağı da etmiş iqtiza. ;
2) müsaidə etmək, imkan vermək.
Əgər onların gündüzləri vaxtları iqtiza etmir, bəs axşamlar niyə təşrif gətirmirlər?
İqtizasına görə – bax iqtizasınca.