İstintaq davam edir (film, 1966)
İstintaq davam edir — Əlisəttar Atakişiyevin filmi.
== Məzmun ==
Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur.
== Film haqqında ==
Film aktrisa Larisa Xələfovanın kinoda ilk işidir.
Film aktyor Fuad Poladovun kinoda ilk işidir.
Film aktyor Ənvər Həsənovun kinoda ilk işidir.
Film yazıçı Cəmşid Əmirovun "Sahil əməliyyatı" povestinin motivləri əsasında lentə alınmışdır.
Film bəstəkar Polad Bülbüloğlunun kinoda ilk işidir.
Prokata çıxdığı 1-ci il əzrində filmə 28,2 milyon tamaşaçı baxdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstəricidir.