istək
istək-arzulu
OBASTAN VİKİ
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. == İstək haqqında == İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H.Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z.Xəlil.
Arzu
Arzu — qadın və kişi adı. Həmçinin təxəllüs kimi də istifadə edilir. Bu adı olan tanınmış şəxslər Qadınlar Arzu Abdullayeva — Azərbaycan hüquq müdafiəçisi. Arzu Bağırova — Azərbaycan ictimai xadimi Arzu Zeynalova — azərbaycanlı jurnalist, "Neft Kadrları Uğrunda" qəzetinin redaktor müavini. Arzu Şuşanova — azərbaycan aktyoru. Arzu Soltan — Azərbaycanlı jurnalist, ssenari müəllifi. Arzu Okay — Türkiyə kino aktrisası və porno ulduzu Arzu Hüseynova — Arzu Şirinova Kişilər Arzu Rəhimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant. Arzu Rzayev — Azərbaycanın estrada müğənnisi. Arzu Səmədbəyli — Millət vəkili (2005-2010). Arzu Poladov — Dekorçu.
İSTƏK liseyi
İstək liseyi — I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərmiş ümumtəhsil müəssisəsidir. İSTƏK liseyi təsisçisinin 05.07.2018-ci il tarixli qərarına əsasən İSTƏK liseyi təhsil müəssisəsi kimi fəaliyyətini dayandırmışdır. == Ümumi məlumatlar == 2014-cü ildə təsis olunan lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (İSTƏK Beynəlxalq məktəbi, İstək ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu və Gənclik), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərir. Təhsil prosesində dövlət təhsil standartları və beynəlxalq proqramları birgə tətbiq edən İstək liseyi milli dəyərlərə sədaqətlə şagirdlərin dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib olmasına imkan yaradır. == İstək Beynəlxalq məktəbi == İstək liseyinin Bakı şəhərinin Nərimanov metro stansiyasının yaxınlığında yerləşən kampusu beynəlxalq təhsil proqramları, maddi – texniki bazası, dünya şöhrətli ali məktəblərə qəbul və beynəlxalq olimpiadalarda nəticələri ilə dünya təhsilini hamı üçün əlçatan edir. Binası, üstün texnologiyaları, beynəlxalq proqramları ilə liseyin şagirdləri fənləri xarici dillərdə mənimsəyərək bütün dünyada tanınan beynəlxalq sertifikat əldə edə bilirlər. Liseyin maddi-texniki bazası liseydə 20-dən artıq növ üzrə sosial fəaliyyət proqramlarının həyata keçirilməsi, şagirdlərin dərəcə və olimpiada siniflərində xüsusi hazırlıq keçməsi, təbiət elmləri və kompüter laboratoriyaları ilə biliklərini bacarıqlara çevirməsinə imkan verir. Liseydə Beynəlxalq bölmə üzrə qız və oğlan şagirdlər I-VI sinifdən 20 nəfərdən ibarət siniflərdə təhsil alırlar. Hər il beynəlxalq proqramlara və xaricdə təhsilə maraq göstərən yüzlərlə şagird və valideynin seçimi olan İstək Beynəlxalq məktəbi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır. == "İstək" oyunları == İstək oyunları hər il liseyin şagirdləri arasında keçirilən ümumlisey spartakiadasıdır.
Cinsi istək
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Seksual istək
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
16 arzu
"16 arzu" (ing. 16 Wishes) — baş rolda Debbi Rayanın çəkildiyi orijinal Disney Channel filmidir. Film ilk dəfə 25 iyun 2010-cu ildə nümayiş etdirilmişdir. == Haqqında == Ebbinin 16 yaşı tamam olur. Heç bir zaman işləri düz gətirməyən bu qıza sehrli şəkildə 16 ədəd şam çatar. Belə ki, bu şamlar onun 16 arzusunu həyata keçirə bilər. O, qırmızı bir maşın, populyar olmaq, böyümək kimi şeylər arzu edər, lakin işləri yenə də düz gətirməz. Axırda Ebbi səhvinin nədə olduğunu başa düşər.
Arzu (Xaçmaz)
Arzu Qəsəbəsi — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == 1963-cü ilə qədər Quba rayonunun tərkibində olmuşdur. Həmin ildən Xaçmaz rayonuna birləşdirilmişdir. == Əhalisi == 2009-cu il siyahıyaalınmasına görə əhalinin sayı 1249 nəfərdir. == Təhsil == 2 mərtəbəli və 220 yerlik məktəb tikildi. == Səhiyyə == Qəsəbədə səhiyyə ocağı yoxdur.
Arzu Bağırova
Arzu Bağırova (11 dekabr 1980, Sumqayıt) — ictimai xadim, iş adamı. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, müxtəlif mövzularda maarifləndirmə ilə bağlı bir çox sosial tədbirlərin təşkilatçısı, layihə rəhbəri. == Həyatı == Bağırova Arzu Zakir qızı 11 dekabr 1980 tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilinə Sumqayıtda başlamış, Masallı rayonunun Bədəlan kəndində bitirmişdir. Taras Şevçenko adına Kiyev Milli Universitetində Hüquq ixtisası üzrə bakalavr təhsilini bitirdikdən sonra həmin universitetdə Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsi almışdır. Evlidir. 4 övladı, 2 nəvəsi var. == Fəaliyyəti == Arzu Bağırova 2005-ci ildən özəl sektorda fəaliyyət göstərir. Hazırda Gözəl Yaşam Mərkəzinin təsisçisidir. Arzu Bağırova şəhid, qazi ailələrinə, o cümlədən fiziki imkanları məhdud şəxslər, tənha, yaşlı, aztəminatlı ailələrə göstərdiyi aktiv fəaliyyəti ilə tanınır.
Arzu Fərzəliyev
Arzu Fərzəliyev (28 mart 1958, Naxçıvan) — Azərbaycanlı müğənni, əməkdar artist == Həyatı == Fərzəliyev Arzu İsmayıl oğlu 28 mart 1958-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə Naxçıvan Dövlət Pedaqoji institutunu bitirmişdir. Ailəlidir, 3 oğlu 5 nəvəsi var. == Fəaliyyəti == 1977-ci ildə Qafqaz İnstitutları arasında keçirilən Suxumi 77 festivalının qalibi, 1978-ci ildə Bakıda keçirilən "Qızıl Payız" musiqi festivalının qalibi olmuşdur. Naxçıvanda keçirilən mahnı televiziya müsabiqəsinin 7 dəfə qalibi olmuşdur. 1983-cü ildən Naxçıvan şəhərində mədəniyyət evində fəaliyyətə başlamışdır, 1985-ci ildə SSRİ mədəniyyəti xidmətinə görə əlaç döş nişanı ilə təltif olunmuşdur. 1984-cü ildə mədəniyyət evinin bədii rəhbəri, 1988-ci ildən 2017-ci ilədək Naxçıvan mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2018-ci ildən Naxçıvan Dövlət Filarmoniyasında bədii quruluş hissə müdürü vəzifəsində çalışır. Naxçıvanda və Bakıda keçirilən konsert proqramlarında çıxış etmişdir.
Arzu Fətullayev
Arzu Fətullayev (15 sentyabr 1973, Anzov, Yardımlı rayonu – 5 yanvar 1993) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == 1973-cü ilin 15 sentyabr tarixində Yardımlı rayonunun Anzov kəndində doğulmuşdur.1980-ci ildə Anzov kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Orta təhsilini isə 1990-cı ildə Hamarkənd məktəbində başa vurmuşdur. == Hərbi xidməti == 1992-ci il iyunun 1-də hərbi xidmətə çağırılır. 1992-ci il avqustun axırlarında Ağdərədə gedən döyüşlərdə iştirak edir.1993-cü il yanvarın 4-dən 5-nə keçən gecə ermənilər qərargaha hücum edirlər. Arzu və yoldaşları səhər saat 6-ya qədər vuruşur. Nəticədə 26 əsgər təslim olmadan, əsir düşmədən şəhid olurlar.
Arzu Hüseynov
Hüseynov Arzu Sadıq oğlu (1962, Bakı) — azərbaycanlı aktyor. == Həyatı == Arzu Hüseynov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Nərimanov rayonu, 45 saylı orta məktəbi bitirmiş, 1981–1983-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1985–1987-ci illərdə teatrda, kinostudiyada və televiziyada texniki işlərdə çalışsa da, çəkilən film və televiziya verilişlərinin bəzilərində epizodik rollarda iştirak etmişdir. 1987-ci ildə İncəsənət universitetinin rejissorluq fakültəsinə daxil olmuş və eyni zamanda Dövlət Gənclər Teatrına rejissor assistenti vəzifəsinə qəbul edilmiş, bir neçə tamaşada aktyor kimi iştirak etmişdir. 1993-cü ildə universiteti bitirmiş, İravan-Azərbaycan teatrında, Bakı Bələdiyyə teatrında və Speys telekanalında aktyor kimi çalışmışdır. 2002-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb. Hazırda Bəkı mədəniyyət idarəsinin nəzdindəki Satira teatrında fəaliyyətini davam etdirir. Aktyor Sadıq Hüseynovun oğludur. == Filmoqrafiya == Qanun naminə (film, 1968) Mən ki gözəl deyildim (film, 1968) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Hər şey yaxşılığa doğru Kənddən gələn var Nə gözəldir bu dünya...
Arzu Hüseynova
Arzu Doğru qızı Hüseynova — İqtisad elmləri doktoru(2016), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının üzvü (2018-ci ildən) == Həyatı == Arzu Hüseynova 21 iyul 1966-cı ildə Bakıda anadan olmuşdur. O, Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973–1983), M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsində (1983–1988) təhsil almışdır. Ali təhsilini "Tətbiqi riyaziyyat" ixtisası üzrə almış Arzu Hüseynova 1988–2001-ci illərdə müxtəlif təşkilatlarda aparıcı vəzifələrdə, 2001–2004-cü illərdə isə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzində (DQM) baş mütəxəssis vəzifəsində işləmişdir. Arzu Hüseynova 2005-ci ildə DQM-ə direktor müavini təyin edilmişdir. AR-nın Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014-cü ilin aprel ayının 1-nə kimi EİM-də direktorun 1-ci müavini vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi|Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini və Azəbaycan Dövlət İqtisad Unversitetinin "Rəqəmsal iqtisadiyyatı və İKT" kafedrasının professoru vəzifələrində işləyir. Arzu Hüseynova "Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 27 iyun 2007-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 5 oktyabr 2010-cu il tarixində ona iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adı verilmişdir. 2016-cı ilin yanvarında "Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkminləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 25 noyabr 2016-cı ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. Hüseynova A. Elmi tədqiqat fəaliyyəti ilə yanaşı, davamlı olaraq elmi-pedoqoji fəaliyyətlə də məşğul olur.
Arzu Nağıyev
Arzu Nəsib oğlu Nağıyev (27 iyul 1963, Baş Layısqı, Azərbaycan SSR) — azərbaycanlı dövlət xadimi və hərbi qulluqçu; Azərbaycan Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Arzu Nağıyev 27 iyul 1963-cü ildə Oğuz rayonunun Baş Layısqı qəsəbəsində anadan olub. 1985-ci ildə Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili bölməsindən məzun olub. 1991-ci ildə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali kurslarını qırmızı diplomla bitirib. Birinci Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli кitabın, çoxsaylı araşdırmaların və yazıların müəllifidir. Rus dilini bilir. Evlidir, 2 övladı var. == Fəaliyyəti == Arzu Nağıyev 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmiş, 1987–1989-cu illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nərimanov rayon Komitəsinin təlimatçısı və şöbə müdiri olmuşdur.
Arzu Nehrəmli
Arzu Nehrəmli (azərb. Arzu Kazım qızı Vəliyeva‎; d. 27 oktyabr 1970, Babək r., NMR) — şair, nasir, publisist. Tarix elmləri üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin (2000-ci ildən) üzvü və Azərbaycan Jurnalistlər Birliyinin (2015-ci ildən) üzvü. == Həyatı == === Təhsili === 27 oktyabr 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunun Nehrəm kəndində qulluqçu ailəsində anadan olub. Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. Bakalavr, magistratura və doktorantura təhsilini Bakı Dövlət Universitetində (BDU) alıb. Uşaq yaşlarından idmanla məşğul olur. Naxçıvan Muxtar Respublikasının qadınlardan ibarət yığma basketbol və yüngül atletika komandalarının, eləcə də BDU-nun basketbol komandasının heyətində oynayıb.
Arzu Okay
Arzu Okay — Türkiyə kino aktrisasıdır. Hazırda Fransada yaşayır ve həyat yoldaşından boşanmışdır. Arzu Okayın keçmiş həyat yoldaşından bir qız övladı vardır.
Arzu Poladov
Arzu Poladov (13 fevral 1966, Bakı) — Dekorçu. İcraçı rəssam. == Həyatı == Arzu Poladov 1966-cı il, fevralın 13-də Bakıda, Stepan Razin adına qəsəbədə anadan olub. 1973-cü ildə 96 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. Artıq 3-cü sinifdən rəsm çəkmək meyli artıb. Daha 2 il sonra rəssam olacağına qərar verir. 1979-cu ildən Razin qəsəbəsində olan pionerlər evində rəsm dərnəyinə üzv olur. Hər şəy də əslində buradan başlayır – dərnəyə əslen Balaxanı qəsəbəsindən olan Xəyyam müəllim başçılıq edirdi. Onun yüksək professionallığı, anadangəlmə rəssam dünyagörüşü əslində Arzu üçün böyük bir kəşf idi. Və həmin andan Arzu Əzim Əzimzadə adına rəssamlıq məktəbinə ciddi hazırlaşır.
Arzu Qeybullayeva
Arzu Qeybullayeva, Arzu Qeybulla (azərb. Qeybullayeva Arzu Qeybulla qızı‎; d. 1 avqust 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — jurnalist. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda anadan olub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur. Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb.. Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "Aqos" qəzetində yazar olaraq çalışmışdır.
Arzu Rzayev
Arzu Rzayev – Azərbaycanın estrada müğənnisi. == Həyatı == Musiqiyə istrumentalist kimi gələn müğənni peşəkar səhnəyə 1985-ci ildən çıxıb. Elə həmin illərdə Almaz Ələsgərova ilə ilk dueti olan musiqisi Səid Rüstəmova məxsus "Dedim-dedi" mahnısını ifa edilib. Mügənninin "Canım", "Bakı yurdum" və s. kimi albomları hal-hazırda da sevə-sevə dinlənilməkdədir. == Filmoqrafiya == Yurd yeri Yurd yeri 2 Qış nağılı.
Arzu Rəhimov
Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — Azərbaycan hərbi və dövlət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007). == Həyatı == Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. Arzu Rəhimov 1982-ci ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olmuşdur və 1986-cı ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Arzu Rəhimov 1986–1989-cu illərdə Sovet Ordusunun sıralarında bir sıra vəzifələrdə xidmət eləmişdir. 1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət eləməyə başlamışdır. 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, Hərbi Hissə Komandiri və digər vəzifələrdə xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir. 2004-cü il iyulun 30-da isə Arzu Rəhimova Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi vermilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsindən azad edilmiş və Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.
Arzu Sadıqov
Arzu Həmid oğlu Sadıqov (1 mart 1963, Bakı – 12 may 1994) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin Mayoru. == Həyatı == 29 fevral 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1994-cü illərdə N saylı Xüsusi Təyinatlı Alay komandirinin döyüş üzrə müavini rütbəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında, Füzuli şəhərinin müdafiəsində iştirak edib. 1994-cü il may ayının 11-də şəhid olmuşdur. == Təltifləri == Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli 157 nömrəli fərmanı ilə ölümündən sonra Azərbaycan bayrağı ordeni ilə təltif olunmuşdur.
Arzu Soltan
Arzu Soltan (tam adı:Arzu Əli qızı Həsənli) — Azərbaycanlı jurnalist, ssenari müəllifi.[mənbə göstərin] == Həyatı == Arzu Soltan 1971-ci il fevralın 2-də Bakıda anadan olub. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə isə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1988-ci ildən Azərbaycan mətbuatında çalışır. "İnşaatçı", "Ordu", "Azadlıq" qəzetlərində və "Olaylar" informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1989-cu ildə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-də, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub. Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatorudur. Azərbaycanda, Gürcüstanda, Monqolustanda bir sıra təlimlərin aparıcısı olub. "Azərbaycanda qadın mətbuatı" adlı tədqiqat işi, "Cənubi Qafqazda gender situasiyası" mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub.
Arzu Şuşanova
== Həyatı == 38 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olaraq təhsilini davam etdirmişdir. Tələbəlik dövründə Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərində Güllü, C.Cabbarlının "Solğun çiçəklər"ində Sara, A.Çexovun "Təklif" pyesi əsasında hazırlanmış tamaşada Natalya Ştepanovna, N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında isə Yetər rolları üzərində çalışmış və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan obrazlar yaratmağa nail olmuşdur. Arzu Şuşanova 2000-ci ildən Bakı Bələdiyyə Teatrındadır. C.Cabbarlının "Dönüş"ündə – Gülər, C.Məmmədquluzadənin "Ölülər"ində- Nazlı, M.F.Axundovun "Müsyo Jordan və Dərviş məstəli şah" əsərində- Gülçöhrə obrazları deməyə imkan verir ki, onun teatr aləmində böyük gələcəyi vardır. A.Babayevin "Oğul"unda – Nurəngiz, N.Hikmətin "Damokl qılıncı"nda – Benzin satanın qızı, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" tamaşasında – Əsmər, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə – Fatimə, H.Cavidin "İblis"ində – Mələk, Ə.Pəhləvanın "İnsan və İblis"ində- Şükriyyə, A.Qurbaninin "Türk sancağı" tamaşasında – I aparıcı, Sofoklun "Elektra" faciəsində – Carçı qız , V.B.Molyerin "Fırıldaqçı" komediyasında – Qiasinta, Ə.Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl" tamaşa nağılda- Cırtdan rollarında məharətlə çıxış edir. Arzu Şuşanova öz istedadlı çıxışları ilə teatr ictimaiyyətinin müsbət rəylərini, tamaşaçı məhəbbətini qazana bilmişdir.
Arzu Əliyev
Arzu Əliyeva
Arzu İlham qızı Əliyeva (23 yanvar 1989, Bakı) — film prodüseri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı. == Həyatı == 23 yanvar 1989-cu ildə Bakı şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1995–2006-cı illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb. Arzu Əliyeva 2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub. 3 sentyabr 2011-ci ildə Arzu Əliyevanın toyu olub. O Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə ailə həyatı qurub. 9 may 2015-ci ildə Arzu Əliyevanın "Hədəf Bakıdır.
Arzu Ələsgərov
Arzu Süleyman oğlu Ələsgərov (17 dekabr 1945, Bakı, Azərbaycan SSR, SSRİ) — pianoçu, Bakı Musiqi Akademiyasının Dosenti və Professoru, Azərbaycan Respublikasının Əməkdar artisti . Bəstəkar Süleyman Ələsgərovun oğlu. == Həyatı == Arzu Ələsgərov 17 mart 1945-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının xalq artisti Süleyman Ələsgərovun ailəsində anadan olub. 1951-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə (A. A. Kələntərin sinfi) daxil olub. 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına (M. R. Brennerin sinfi). 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ilin yanvar ayından 1970-ci ilin sentyabr ayına kimi Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının stajoru olmuşdur (rəhbər professor Y. İ. Milşteyn). 1970–1972-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının aspirantı olub. Dəfələrlə xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir (Almaniya, Polşa (1972), Seneqal, Nigeriya (1973), Ukrayna (1978), Özbəkistan (1980)). == Pedaqoji fəaliyyət == 1968-ci ildən Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında assistent vəzifəsində çalışmağa başlayıb (M. R. Brennerin assistenti).