İÇALAT
İÇMƏ
OBASTAN VİKİ
İçəridə (teleserial, 2016)
İçəridə – 2016-cı ildə yayımlanmağa başlayan Türkiyə teleserialı. == Haqqında == Sarp Yılmaz ilk olaraq polis məktəbini bitirib. Serial məktəbin buraxılış mərasimi ilə başlayır. Sarpın daha əvvəl qaçırılan əkiz qardaşı Umut Mertdə sonradan Mert adı ilə tanınan eyni polis məktəbində oxuyur. Həyatına qədəm qoyan Mələk sayəsində Mert küçələrdən qurtularaq polis məktəbinə başlayır. Sarp və Umutun illər əvvəl törətmədikləri cinayətə görə atalarının qandallanaraq götürülməsinə şahid olmaları həyatlarının ən böyük faciələrindən biri olub. Ataları həbs olunduqdan sonra Umutun qaçırılması iki qardaş arasındakı bağı tam pozmasa da, illər sonra hər ikisi polis olmağı seçmiş və bir-birindən xəbərsiz eyni məktəbdə tanış olmuşlar. Polis Akademiyasının buraxılış mərasimi gələndə Sarpın müəllimi Yusuf Kaya onun zərərli oyunlarını üzə çıxararaq atasına meydan oxuyur. Məktəbdən qovulacağını son anda öyrənən Sarp mərasimdə müəlliminə silah dartıb və daha sonra həbsxanaya düşüb. Sarpı müdafiə etməyə gələn vəkil həmin vaxt qardaşı Mertə kömək edən Mələkdir.
İçəridəki adam
İçəridəki adam (İngiliscə orijinal adı: Inside Man) — 2006-cı ildə Russell Gewirtz tərəfindən yazılmış və Spike Lee tərəfindən çəkilmiş triller-detektiv-dram filmidir. == Süjet xətti == Hər şey adi bank quldurluğu kimi başlayır. Wall Streetin ən böyük korporasiyalarından birinin foyesində özünü rəngsaz kimi təqdim edən dörd quldur 50 nəfəri girov götürəndə, polis adi prosedura qaydalarına əməl edir və quldurlarla danışıqlar aparmaq üçün iki detektiv təyin olunur. Zaman keçdikcə detektivlər başa düşürlər ki, quldurlardan həmişə bir addım geridə qalırlar. Hər vəziyyətdə işə yarayan planlar alt-üst olur və zaman keçdikcə çarələr tükənməyə başlayır. Bank müdiri baş verənlərlə çox ciddi şəkildə maraqlanır. Bu vaxt bir makler soyğunçularla təkbətək görüş tələb edir.