Marvel Kinematoqrafiya Kainatı
Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, MCU) və ya qısaca MKK – Marvel Studios tərəfindən Marvel komiksləri əsasında ərsəyə gətirilmiş və özündə superqəhrəmanlar haqqında filmlər seriyasını birləşdirən kinematoqrafiya kainatı. Bu kainat bir neçə filmin ümumi sujet xəttində əlaqələndirilməsi nəticəsində yaradılmışdır.
Filmlər əsasən müstəqil süjetə malik olub və ayrı-ayrı superqəhrəmanlardan bəhs edir. Bundan başqa bu qəhrəmanların bir araya gəldiyi krossoverlərdə mövcuddur.
Artıq 26 film buraxılmışdır: "Dəmir adam" (2008), "Möhtəşəm Halk" (2008), "Dəmir adam 2" (2010), "Tor" (2011), "Birinci qisasçı"(2011), "Qisasçılar"(2012), "Dəmir adam 3" (2013), "Tor 2: Zülmət aləmi" (2013), "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qalaktika mühafizəçiləri" (2014), "Qisasçılar: Altron erası"(2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Doktor Strenc" (2016), "Qalaktika mühafizəçiləri 2" (2017), "Hörümçək-adam: Evə qayıdış" (2017), "Tor: Raqnarök" (2017), "Qara pantera" (2018), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Qarışqa-adam və Arı" (2018), "Kapitan Marvel" (2019), "Qisasçılar: Final" (2019), "Hörümçək-adam: Evdən uzaqda" (2019), "Qara dul" (2021), "Şanq Çi: On üzük əfsanəsi" (2021), "Əbədilər" (2021) və "Hörümçək-adam: Evə yol yoxdur" (2021).
Növbəti illər üçün daha 7 filmin premyerası planlaşdırılıb: "Doktor Strenc: Dəlilik multikainatında", "Tor: Sevgi və İldırım", "Qara pantera: Əbədi Vakanda", "Marvellər", "Qalaktika mühafizəçiləri 3", "Qarışqa-adam və Arı: Kvantmaniya", "Fantastik dördlük".
== Yaradılışı ==
=== Filmlər ===
2005-ci ilə qədər Marvel Entertainment öz filmlərinin müstəqil istehsalını və Paramount Pictures vasitəsilə yayılmasını planlaşdırmağa başladı. Studiya əvvəllər Columbia Pictures, New Line Cinema və başqaları ilə birlikdə bir neçə superqəhrəman filmi istehsal edib (əsasən 20th Century Fox ilə yeddi illik müqavilə). Lisenziyalaşdırma sövdələşmələri Marvel üçün nisbətən az gəlir gətirirdi və studiya daha səmərəli olmaq və layihələri üzərində yaradıcı nəzarəti saxlamaq və onları yaymaq istəyirdi.