Katalan Respublikası (2017)
Kataloniya (kat. Catalunya; isp. Cataluña; oks. Catalonha) və ya rəsmi adı ilə Katalan Respublikası (kat. República Catalana, isp. República Catalana, oks. Republica Catalana) — 1 oktyabr 2017 tarixində Kataloniya Muxtar Vilayətinin ərazisində katalan hakimiyyətinin keçirdiyi müstəqillik haqqında referendumun nəticələrinə əsasən, 27 oktyabr 2017 tarixində müstəqillyini elan edən və cənub-qərbi avropada yerləşən tanınmamış dövlət, İspaniya Krallığı daxilində yerləşən de-yure inzibati ərazi vahidi.
== Coğrafiyası ==
Kataloniya Avropanın cənub-qərbində, Piriney yarımadasında yerləşir. Şimalda Fransa və Andorra, qərbdə İspaniyanın Araqon, cənub-qərbdə isə İspaniyanın Valensiya regionu ilə həmsərhəddir. Ölkənin şərqində Aralıq dənizi yerləşir.