KİLK
KİLSİ
OBASTAN VİKİ
Abuğamir kilsəsi
Abuğamir kilsəsi - Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında qədim erməni kilsəsi. Bu kiçik kilsə Alacaçay (ermənicə Tsağkotsadzor) vadisində bir təpənin üstündə inşa edilmişdir. Qəribədr ki, Anidəki kilsələrin hamısı sanki şəhərin kənarından və uzaqdan görünməsi istənirmiş kimi hündür təpələrin üstündə inşa edilib. Mütəxəssislər abidəni X əsrə aid (binanın bəzədilməsində istifadə edilən naxışların çoxu bu dövr erməni memarlığı üçün xarakterikdir) edirlər və Pahlavuni sülaləsinə aid olduğunu, Şahzadə Qriqor tərəfindən inşa etdirildiyini güman edirlər. Bu sülalə Aninin müstəqilliyinin son illərində önəm qazanmışdır. Pahlavuni sülaləsindən olan ən məşhur tarixi şəxsiyyət Aninin Bizans imperiyasına ilhaq edilməsinə qarşı çıxmış dəstənin başında duran Vahram Pahlavuni olmuşdur. Vahramdan kilsənin qapısı üzərindəki kitabədə də bəhs olunur və adının kilsəyə verildiyi, özünün isə oğlu Abuğamirin xatirəsinin anılması üçün keçirilən mərasimlərə pul ayırdığı qeyd edilir. 1040 - cı il tarixli başqa bir kitabə isə şahzadə Ablğaribin atası, qardaşı və bacısı üçün iki otaqlı bir qəbir inşa etdirildiyi qeyd edilir. " 489 - cu ildə (miladi təqvimlə 1040) mən Ablğarib, ermənilərin mərzbanı Qriqorun oğlu və Abuğamirin nəvəsi ən gənc oğlu olmam səbəbiylə atam tərəfindən ciddiylə alınmamağıma rəğmən ailəmə olan sevgimə görə bu son mənzili atam Qriqor, qardaşım Həmzə və bacım Seda üçün inşa etdirdim, həmçinin Müqəddəs Stefanos və Müqəddəs Kristofer kilsələrini tikdirdim." Kilsənin Şimal divarına birləşmiş olan və günümüzə yalnız təməlləri çatan binanın məhz bu iki otaqlı qəbir olduğu güman edilir. 1998-ci ildə bu təməllər qızıl axtaranlar tərəfindən qazılır.
Akdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Alaqaranlıqda kilsə mənzərəsi (rəsm əsəri)
Alaqaranlıqda kilsə mənzərəsi — 1883-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri.
Alaverdi kilsəsi
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Alban Həvari Kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. == Tarixi == Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Alban Həvvari Kilsəsi

Alban Ortodoks Kilsəsi
Albaniya Pravoslav Kilsəsi (albanca: Kisha Ortodokse Autoqefale e Shqipërisë) baş yepiskopluğu idarəsi Tirana və Durres bölgələri ilə bərabər ümumilikdə Albaniyanın bütün cənub ərazilərini əhatə edir. Ayinlər alban dilində həyata keçirilir. Üzvlərinin sayı təqribən 0.5 milyon nəfərdir. Anastas kilsənin indiki baş yepiskopdur. == Tarixi == Xristianlığın Albaniyada yayılması çox qədim zamanlarda başlanmışdır. Durres şəhəri dünyadakı ən qədim yepiskopluq mərkəzlərindən biridir. Əziz Paulus artıq I yüzillikdə İlliryada xristianlığı yaymışdı. 325-ci ildə keçirilən Birinci Nikeya Kilsə Məclisində bütün İlliriya Roma idarəsinə verilmişdi. 731-ci ildə isə Bizans imperatoru III Leo Durres ərazisini Bizansa birləşdirdi. 927-ci ildə Bizans bulqar patriarxlığını qəbul etməyə məcbur qaldıqdan sonra alban kilsəsi də müstəqil Ohri yepiskopluğuna birləşdirildi.
Alban kilsəsi

Albaniya Pravoslav Kilsəsi

Aleksandr Nevski kilsəsi (Gəncə)
Aleksandr Nevski Kilsəsi — Gəncə şəhərində 1887-ci ildə tikilmiş pravoslav kilsəsidir. Kilsə Bakı yeparxiyası tabeliyindədir. Kilsənin baş rahibi yerey Andrey Bezatosnıydır. Kilsə Gəncə şəhərinin Nizami rayonunda yerləşir. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biridir (Bakıdakı Mixaylo-Arxangelsk kilsəsindən sonra ikinci). Azərbaycan Respublikası Tarixi Abidələrinin Milli Reyestrinə daxil edilmişdir. == Tarix == Məbəd 1887-ci ildə köhnə qəbirstanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Mənbələrə görə 1916-cı ildə, bu məbəd bir kafedral statusuna sahib idi. Bina Bizans üslubunda plint kərpicdən tikilmişdir. Kilsə 1931-ci ildə Sovet höküməti tərəfindən bağlanmışdır.
Aleksandriya Pravoslav Kilsəsi
Aleksandriya Pravoslav Kilsəsi — Misirdə yerləşən avtokefal pravoslav kilsə. Kilsə Afrikanı əhatə edir. II Feodor kilsənin indiki patriarxıdır. == Tarixi == İsgəndəriyyə Patriarxlığının tarixinə Kilsənin ən böyük və ən tanınmış atalarından bəziləri, xüsusən də müvafiq olaraq Nikea və Efes ekumenik şuralarında İsgəndəriyyə patriarxları olan Afanasius və Kirilin tarixləri daxildir. 451-ci ildə Xalkedon Şurasında siyasi və Xristoloji mübahisələr nəticəsində yaranan parçalanmada İsgəndəriyyə Kilsəsi iki yerə bölündü. Yerli (yəni Kopt) əhalinin əksəriyyəti Şərq Pravoslav Birliyinin Miafizit Xristologiyasına sadiq qalaraq Xalsedon Şurasına qoşulmadı və Kopt Pravoslav Kilsəsi kimi tanındı. İsgəndəriyyə Kilsəsinin kiçik bir hissəsi Kalsedon Xristologiyasını izlədi və bu, Yunanıstanı liturgik dil olaraq istifadə etdiyi üçün İsgəndəriyyə Yunan Pravoslav Kilsəsi adlanır. Bu Yunan Kalsedon möminləri Şərqi Roma İmperatoruna sadiq idilər. Bölgəni Bizans İmperiyasından daimi olaraq ayıran VII əsrdə ərəblərin Misiri zəbt etməsindən sonra Yunan Kalsedonları hətta xristianlar arasında da bölgədə təcrid olunmuş azlığa çevrildilər və kilsə əsrlər boyu kiçik olaraq qaldı. Bu İskəndəriyyə Xristianları adlarını diptiklərində qeyd edən Konstantinopol Patriarxı ilə, həm də Roma Papası ilə kilsə birliyində qaldılar.
Allahverdi kilsəsi
Allahverdi kilsəsi — Qax şəhəri, Zaqatala küçəsində yerləşən gürcü-pravoslav kilsəsi. == Haqqında == Qax şəhəri, Zaqatala küçəsi, 28 ünvanındə yerləşən kilsənin tikilmə tarixi XIX əsrdir. Rusiya imperiyası Qafqazı tam şəkildə işğal etdikdən sonra 1888-ci ildə XIII əsrə aid qədim bazilikanın qalıqları üzərində xristianların könüllü ianələri və Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin maliyyəsi ilə tikilmişdir. Kilsənin inşasında bişmiş kərpicdən, çay daşından və əhəngdən istifadə olunmuşdur. Dördkünc formaya malikdir. Hazırda fəaliyyət göstərmir.
Alman lüteran kilsəsi
Alman lüteran kilsəsi (Göygöl) — Azərbaycanın Göygöl şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gədəbəy) — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gəncə) — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şamaxı) — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şəmkir) — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi.
Alman lüteran kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
Alman lüteran kilsəsi (Göygöl)
Müqəddəs İohann lüteran kilsəsi — Azərbaycanın Göygöl şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi, Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda kilsədə Göygöl Tarix Diyarşünaslıq muzeyi fəaliyyət göstərir. == Tarixi == 1817-ci ildə imperator I Aleksandrın icazəsi ilə Şvabiyadan 700 lüteran pietist ailə Cənubi Qafqaza köçdü. Bu ailələrdən 120-i Azərbaycan ərazisinə gələrək burada Yelenendorf koloniyasının əsasını qoydular.Koloniyanın qurulması ilə lüteran icmasının da fəaliyyəti başladı. İlk dini ayinlər məktəb müəlliminin rəhbərliyi ilə aparılsa da sonradan 1832-ci ildə bura Hannover şəhərindən keşiş dəvət edilib.1854-cü ildə Lüteran cəmiyyətinin dini ehtiyaclarını ödəmək üçün kilsə binasının inşa edilməsi qərara alınıb. 1854-cü il aprelin 24-də alman lüteran kilsəsinin əsası qoyulub. Tikinti işləri üç il davam edən neoqotik üslubda olan kirxa 1857-ci il martın 10-da “Müqəddəs İohan kilsəsi” adına layiq görülüb və dindarların istifadəsinə verilib. Bu Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi idi. Kilsədə Lüdviqsburqda yerləşən “E.F.Walcker & Cie” şirkətinin istehsalı olan orqan quraşdırılmışdı.
Alman lüteran kilsəsi (Gədəbəy)
Alman lüteran kilsəsi — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Lüteran kilsəsi 1868-cu ildə almanlar tərəfindən inşa olunub.
Alman lüteran kilsəsi (Gəncə)
Müqəddəs Kiril və Mefodiy kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Bu rus pravoslav kilsəsi Gəncəçayın sağ sahilində, keçmiş Yelizavetpol kişi gimnaziyasının nəzdində yerləşirdi. Bu kilsə ilk olaraq 18 sentyabr 1885-ci ildə gimnaziyanın böyük zallarından birində gimnaziya direktoru İlya Staritskinin razılığı ilə açılır. Kilsənin abadlaşdırılması üçün bütün lazımlı xərclər gimnaziyanın fəxri himayədarı Ağasəid Hüseyn Ağaməhəmməd oğlu tərəfindən qarşılanır. Zamanla gimnaziyada oxuyan pravoslav tələbə sayının artması daha böyük kilsənin inşaatına zərurət yaradır ki, nəticədə İ. Staritskinn təşəbbüsü ilə gimnaziyanın yaxınlığındaki ayrı korpusda yeni kilsənin tikintisi başlanır. 20 dekabr 1902-ci ildə təntənəli mərasimlə kilsə gürcü ekzarxı Aleksiy tərəfindən Müqəddəs qardaşlar Kiril və Mefodiy adına təqdis edilib istifadəyə verilir. Klassik gimnaziyanın şəxsi vəsaiti ilə tikilmiş yeni kilsəyə, gimnaziyanın tələbələri üçün ayrılmış hissə xaricində rahat 500 nəfər yerləşirdi. Yəni kilsədən həmçinin yerli əhali də istifadə edirdi. 1920-ci ildə gimnaziyanın bağlanmasından sonra kilsənin aqibəti məlum deyil. Tarixi mənbələrdə Gəncədə Zaxariya və Yelisaveta (keçmiş "Xan məscidi"), Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay adına rus pravoslav kilsələrinin olduğu qeyd edilsə də, Kiril və Mefodiy qardaşlarının adına rus pravoslav kilsəsi rəsmi olaraq kilsə kimi qeyd edilmir.
Alman lüteran kilsəsi (Şamaxı)
Alman lüteran kilsəsi — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Alman lüteran kilsəsi 1869-cu ildə almanlar tərəfindən inşa olunub.
Alman lüteran kilsəsi (Şəmkir)
Alman lüteran kilsəsi — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə alman ailəsi imperiyanın ərazisinə köçürülüb. 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Azərbaycanda ilk alman koloniyası olan Yelenendorfdan sonra ondan 40 km aralıda ikinci alman koloniyasını – Annenfeldin əsası qoyulur. 1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə Annenfelddə roman qotik üslubunda lüteran kilsəsi tikilir. Kilsənin memarı Ferdinand Lemkul olub. === Sovet işğalında === Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. 1936-1938-ci illərdə ölkədə fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olundu.
Aluen kilsə məclisi
Aquen kilsə məclisi, Aquen məclisi, Aluen məclisi — Qafqaz Albaniyası xristian ruhanilərinin 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən çağırılmış yığıncağı. İlk hüquqi alban sənədinin qəbul olunduğu ali kilsə məclisi. == Aquen kilsə məclisinin kecirildiyi tarixi şərait == Aquen qanunları erkən orta əsrlər Qafqaz Albaniyasının dövrümüzə gəlib çatmış ilk və yeganə siyasi hüquqi sənədi kimi böyük əhəmiyyətə malikdir. Bu sənəddə Albaniyada sosial, hüquq və kilsə münasibətləri öz əksini tapmışdır. Aquen qanunlarının qəbul olunduğu zamanadək Albaniyada, Ermənistanda və Gürcüstanda kilsənin ehtiyac və maraqlarını ifadə edən tərcümə və orijinal qanun mətnləri mövcud idi: hüquqi normalarla birlikdə Bibliyanın tərcüməsi, ümumdünya kilsə məclislərinin (325-ci ilin Nikeya, 381-ci ilin Konstantinopol, 431-ci ilin Efes kilsə məclislərinin) bütün xristianlar üçün icbari olan qanunları. Ümumdünya kilsə məclislərinin hüquqi kodekslərinin müəyyən təsiri və Albaniyada ictimai münasibətlərin daxili inkişafı nəticəsində alban qanunlarının yaradılması zərurəti meydana gəldi. Alban hökmdarı III Vaçaqan Albaniyanın müstəqilliyini möhkəmləndirməyə can ataraq, yad dini-siyasi təsirlərə və yadelli qüvvələrin assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil alban kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq alban kilsəsinin dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab edirdi. Bunu isə alban kilsə hüquqi normalarının qəbul olunması yolu ilə etmək mümkün idi. III Vaçaqan bu məqsədlə 498-ci ildə Aquen kilsə məclisini çağırdı. Aquen məclisinin çağırılması səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, "ruhani olmayanlarla ruhanilər arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baş verdi; onda hökmdar məclis — böyük məhkəmə qurmaq istədi".
Amerikada Pravoslav Kilsəsi
Amerikada Pravoslav Kilsəsi (ing. Orthodox Church in America) — hamı tərəfindən tanınmayan avtokefal pravoslav kilsəsi. Tixon kilsənin indiki metropolitdir. Amerikadakı Pravoslav Kilsəsi, qısaldılmış OCA, eng. OCA; qeyri-rəsmi olaraq həm də Amerika Ortodoks Kilsəsi) yerli pravoslav kilsəsidir və bütün Yerli Kilsələr tərəfindən kanonik kimi tanınmışdır. 1970-ci ildə Rus Pravoslav Kilsəsi tərəfindən ona verilən avtokefaliya sonuncu, eləcə də Gürcüstan, Bolqar, Polşa, Çexiya və Slovakiya pravoslav kilsələri tərəfindən tanınır. Yerli kilsələrin qalan hissəsi OCA-nı Moaskv Patriarxlığının bir hissəsi hesab edir. OCA-nın həll olunmamış statusu onun Amerikadakı digər kilsə yurisdiksiyaları ilə əlaqə saxlamasına mane olmur. Onun yepiskopluğu Amerikanın Kanonik Pravoslav Yepiskoplarının Daimi Konfransının fəaliyyətində iştirak edir. 1 iyul 2009-cu ildən kilsənin primatı "Vaşinqton arxiyepiskopu, bütün Amerika və Kanadanın Metropoliti" titulunu daşıyır.
Anqlikan Kilsəsi
Anqlikan kilsəsi — VIII Henrixin dövründə (1509–1547) İngiltərənin katolikliyə yaxın olan dövlət kilsəsi. İdarə üsuluna görə Katolik kilsəsinə protestantizmdən daha yaxın hesab edilir. Anqlikan kilsəsi Reformasiya dövründə meydana gəlib İngiltərədə kral mütləqiyyətinin möhkəmləndirilməsinə qulluq edirdi. 1534-cü ildə parlamentin "Üstünlük Aktı" əsasında Anqlikan kilsəsinin başçısı Kral elan edilmişdir. Kral Vatikandan dini asılılığını tam aradan qaldırmaq üçün Anqlikan kilsəsinin əlaqəsini Vatikan kilsəsi ilə qırdı. Anqlikan kilsəsinə tabe olan monastırlar ləğv olundu. Kral öz dvoryanları arasında hörmətini artırmaq üçün monastırlara məxsus olan torpaqları onlar arasında bölüşdürdü. Parlamentin qərarları ilə 1549-cu ildə bütün ingilislərə vacib olan "İcma ibadət kitabı" və 1571-ci ildə 39 maddədən ibarət anqlikanlığın inam rəmzləri təsdiq edilmişdir. Yeni dövlət kilsəsinin yaranması ilə razı olmayan katoliklər və kalvinistlər vəhşicəsinə təqib olunurdular. Anqlikan kilsəsi başda arxiyepiskop olmaqla iki, Kenterberi və York kilsə vilayətlərinə bölünür.
Antik Şərq Kilsəsi
Qədim Şərq Kilsəsi Şərq Xristian məzhəbidir. 1964-cü ildə Mar Toma Darmonun rəhbərliyi altında Şərqin Assur Kilsəsindən şaxələnmişdir. Bu, Şərqin tarixi Kilsəsi (qədim Selevkiya-Ktesifon Patriarxal vilayəti) ilə davamlı varislik iddiasında olan üç Aşşur Kilsəsindən biridir, digərləri Şərqin Assur Kilsəsi və Xaldey kilsəsidir. Qədim Şərq Kilsəsi baş ofisi İraqın Bağdad şəhərində yerləşir. 1972-ci ildən 2022-ci ilin fevralında ölümünə qədər kilsəyə Katolikos-Patriarx Mar Addai II Givargis rəhbərlik edirdi.
Antiox Pravoslav Kilsəsi
Antioxiya pravoslav kilsəsi və ya rəsmi adı ilə Əntakiyə və bütün Şərq yunan pravoslav patriarxlığı (ərəb. بطريركيّة أنطاكية وسائر المشرق للرّوم الأرثوذكس‎‎) — Dəməşqdə yerləşən avtokefal kilsə. Kilsə Suriya, Livan, Türkiyənin bir hissəsi, İraq, İran, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yəmən və Səudiyyə Ərəbistanını əhatə edir. Patriarx 2013-cü ildən X Yuhənnadır.
Antioxiya Pravoslav Kilsəsi