Konsorsium

umumi razılıq və qarşılıqlı mənfət əsasında birgə fəaliyət ğöstərən müəsisələr birliyi, Məsələn, Azərbaycan Beynəlxalq Əməliyat Şirkəti (AƏBŞ).
Konsistent sürtkü yağları, plastik sürtkü yağları
Kontinental şelf
OBASTAN VİKİ
Konsorsium
Konsorsium (lat. consortium — ortaqlıq, cəmiyyət) — kommersiya iştirakçılarının təşkilati-hüquqi formalarından biridir. Müxtəlif müstəqil şirkətlər tərəfindən hər hansı iri layihənin icrası məqsədilə müvəqqəti olaraq yaradılır. Konsorsium son zamanlar inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir qayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər. Konsersium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır.
Ümumdünya Hörümçək Toru Konsorsiumu
Ümumdünya Hörümçək Toru Konsorsiumu (ing. World Wide Web Consortium ya da qısaca W3C) — ümumdünya hörümçək toru üçün əsas beynəlxalq standartlar təşkilatı. 1994-cü ildə təsis edilmişdir və Tim Berners-Li tərəfindən idarə olunur. Konsorsium ümumdünya hörümçək toru üçün standartların işlənib hazırlanmasında birgə fəaliyyət göstərən tam ştatlı işçiləri təmin edən üzv təşkilatlardan ibarətdir. 5 mart 2023-cü il tarixinə olan məlumata görə, W3C-nin 462 üzvü var idi. W3C həmçinin, təhsil və təbliğatla məşğul olur, proqram təminatı hazırlayır və internet haqqında müzakirələr üçün açıq forum rolunu oynayır. == Tarixi == "World Wide Web Consortium" (W3C) 1994-cü ildə Tim Berners-Li tərəfindən 1994-cü ilin oktyabrında Avropa Nüvə Tədqiqatları Təşkilatından (CERN) ayrıldıqdan sonra yaradılmışdır. Bu, Avropa Komissiyası və Müdafiə Təkmil Araşdırma Layihələri Agentliyinin (DARPA) dəstəyi ilə Massaçusets Texnologiya İnstitutunun (MIT) Kompüter Elmləri Laboratoriyasında yaradılmışdır.. DARPA internetin sələflərindən biri olan ARPANET-ə öncülük etmişdi. 2004-cü ilə qədər Texnologiya Meydanında yerləşirdi, sonra Stata Mərkəzinə köçmüşdü.

Digər lüğətlərdə